Cəmiyyət 

13 avqust – Beynəlxalq Solaxaylar Günüdür.

Bu gün solaxayların unikallığının və fərqliliklərinin cəmiyyətə çatdırılması və təbliğ olunması məqsədilə qeyd edilir. Alimlərin qənaətinə görə, solaxaylarda beynin sağ yarımkürəsi sol yarımkürəsinə nisbətən daha yaxşı inkişaf edir və beynin yarımkürələri arasındakı keçiricilik daha yaxşıdır. Solaxaylar beynin hər iki tərəfindən daha asanlıqla istifadə edə bilirlər. Onlar çox vaxt başqalarının diqqətini özlərində toplamağı bacarırlar. Ona görə də solaxay olanlar bunu özlərinə kompleks etməməli və uğura doğru daim irəliləməlidirlər.

Read More
Cəmiyyət 

Bu gün #Bərdə rayonundan #Vətən müharibəsi şəhidi, tibb xidməti baş-leytenantı Şəmilov Azər Elyas oğlunun doğum günüdür.

Şəhid Azər Şəmilov 13 avqust 1971-ci il Tərtər rayon #Qapanlı kəndində anadan olmuşdur. 1978-ci ildə Tərtər rayon Soyulan kəndindəki orta məktəbin birinci sinifinə daxil olub. Həmin məktəbin 8-ci sinifin əla qiymətlərlə bitirdikdən sonra Bakı şəhəri “Kimya-Biologiya Təmayyüllü” məktəbə daxil olmuş və oranı əla qiymətlərlə bitirmişdir. Sonra Qazaxıstana hərbi qulluğa getmişdir. Hərbi qulluğu müvəffəqiyyətlə başa vurmuş və Azərbaycana qayıtmışdır. Vətənə qayıdaraq 1-ci Qarabağ müharibəsində #könüllü olaraq ön cəbhədə vuruşmuşdur. Döyüşlərdə cəsarətlə iştirak etdikdən sonra imtahan verərək Azərbaycan Tibb Universitetinə daxil olmuşdur və oranı bitirdikdən sonra Naxçıvan şəhərinə hərbi qulluğa çağrılır və…

Read More
Cəmiyyət 

Ələtdə çay məcrasının dəyişdirilməsi və yol qovşağının inşası zamanı ağaclar köçürüləcək

Dövlət Ekoloji Ekspertiza Agentliyində növbəti ictimai dinləmə keçirilib. Dövlət qurumları əməkdaşlarının, ekoloqlar, QHT və KİV nümayəndələrinin iştirakı ilə təşkil olunan tədbirdə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn məsələlərə uyğun olaraq tikilən Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun Fatmayı kəndi, Ceyranbatan qəsəbəsi və Xırdalan şəhərləri ərazisindən keçən hissəsinin inşası, Ələt-Astara avtomobil yolunun Ələt hava limanına dönən hissəsində yeni yol qovşağının tikintisi və Ələt Azad İqtisadi Zonası ərazisində Pirsaatçay çayının məcrasının tənzimlənməsi layihələrinin ekoloji qiymətləndirilməsi həyata keçirilib. Agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib…

Read More
Cəmiyyət 

İdxal olunan alkoqolsuz içki məhsullarında uyğunsuzluq aşkarlanıb

Nəzarət tədbirləri çərçivəsində “PTP AZEL” MMC-nin Yaponiyadan idxal etdiyi çəkisi 126 kiloqram olan 360 ədəd “DR. PEPPER CAN 350G” əmtəə nişanlı və 120 kiloqram çəkidə 240 ədəd“GRAPE 500ML” əmtəə nişanlı meyvə aromalı qazlı su məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna təqdim edilib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, laborator müayinələr nəticəsində nümunələrdə benzoy turşusunun kütlə qatılıq miqdarının normadan artıq olduğu aşkarlanıb. Həmçinin nəzarət tədbirləri çərçivəsində çəkisi 52,8 kiloqram olan 120 ədəd “KOCHAKADEN ROYAL MILK TEA 440ML” əmtəə nişanlı südlü içki, 36 kiloqram…

Read More
Cəmiyyət 

AQTA bir sıra ölkələrin qida təhlükəsizliyinə nəzarət sisteminin ekvivalentliyini tanıyıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Avstraliya, Belçika, Danimarka, Gürcüstan, Xorvatiya, İrlandiya, İslandiya, Kanada, Qazaxıstan, Portuqaliya və Pakistanın qida təhlükəsizliyinə nəzarət sistemlərinin ekvivalentliyi tanınıb. Bu barədə agentlik tərəfindən müvafiq qərar qəbul edilib. AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yüksək riskli qida məhsulları istehsal edən həmin ölkələrin müəssisələri bundan sonra əlavə qiymətləndirmə aparılmadan Azərbaycana məhsul ixrac edə biləcəklər. Ekvivalentliyi tanınmış ölkələrin səlahiyyətli qurumları tərəfindən müəssisələrin təsdiqinə dair təqdim olunan rəsmi məlumatlar və ya müvafiq sənədlər agentliyə təqdim edildiyi halda, həmin müəssisələrin yenidən təsdiqinə ehtiyac qalmır. Qərarın qəbulundan…

Read More
Cəmiyyət 

Qarabağ Dirçəliş Fondu: Müşahidə Şurasının tərkibində dəyişiklik baş verməyib

Məlum olduğu kimi, avqustun 12-də Prezident İlham Əliyev “Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 2021-ci il 4 yanvar tarixli 2407 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. Fondun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Müşahidə Şurasının üzvlərinin siyahısında dəyişiklik baş verməyib. “Xatırladaq ki, 5 fevral 2025-ci il tarixli Prezident sərəncamları ilə Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilərək Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib. Həmçinin Tural Gəncəliyevin rəhbərlik etdiyi “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyi 2021-ci ilin aprelində fəaliyyətini dayandırıb. Prezident İlham…

Read More
Cəmiyyət 

Gündə üç dəfə qidalanmalıyıq?

Yəqin ki, siz də çoxları kimi gündə üç dəfə doyurucu yemək yeyərək böyümüsünüz: səhər yeməyi, nahar və şam yeməyi. Ancaq bir anda özünüzə sual verirsiniz, niyə? Niyə xüsusi olaraq üç dəfə yemək yeyirəm? Bu, maraqlı sualdır! Çoxları eyni şeyi düşünürlər və bu yazıda gündə üç dəfə yemək yeməyin əslində ən yaxşı seçim olub-olmadığını araşdıracağıq. Gündə üç dəfə yemək tarixi ABŞ-da sənayeləşmə dövründən əvvəl insanlar gündə yalnız iki dəfə yemək yeməyə meyilli idilər, bu da bədənlərinin daha çox kəndlərdə açıq iş üçün “yanacağı” idi. Bu gün yemək vərdişləri Bu gün dünyada…

Read More
Cəmiyyət 

Məşhur restoranda qəfəsdə saxlanılan tülkülər təbiətə buraxıldı – RƏSMİ

Ələt-Astara magistral avtomobil yolunun kənarında fəaliyyət göstərən “Yolüstü” restoranının ərazisində qəfəsdə saxlanılan tülkülər təbiətə buraxılıb. ARANTV.AZ  xəbər verir ki, bu barədə “report”un sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov bildirib. Onun sözlərinə görə, Dövlət Xidmətinin əməkdaşları tülkülərin qəfəsdə saxlanılması ilə bağlı sosial şəbəkədə yayılan görüntüləri yerində araşdırıb: “Əraziyə keçirilən baxış zamanı vəhşi heyvanların qəfəsdə olmadığı müəyyənləşib. Restoran sahibi qeyd edib ki, görüntülər sosial şəbəkədə yayıldıqdan sonra tülkülər qəfəsdən çıxarılaraq təbiətə buraxılıb. Tülküləri qəfəsdə qanunsuz saxladığına görə restoranın sahibi barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq akt və…

Read More
Cəmiyyət 

Botoks və dolğularla bağlı XƏBƏRDARLIQ

Bəzi özəl tibb müəssisələrində “Botulinum toksini” (botoks), estetik dolğular (məsələn, hialuron turşusu tərkibli vasitələr) və mezopreparatlar (vitamin, amin turşusu, peptid qarışıqları) rəsmi idxal icazəsi və keyfiyyət sənədləri olmadan istifadə olunur. ARANTV.AZ xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi məlumat yayıb. Qeyd edilib ki, Nazirlər Kabinetinin 18 iyul 2024-cü il tarixli 345 nömrəli Qərarına əsasən, bütün dərman və tibb vasitələri (o cümlədən inyeksiya olunan estetik preparatlar) yalnız Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra ölkəyə idxal oluna bilər. Qeydiyyatsız preparatların idxalı və istifadəsi qanunla qadağandır. “Mənşəyi məlum olmayan…

Read More
Cəmiyyət 

“Tarixi yanlış təsəvvürlər dəyişməsə, ermənilərlə birgəyaşayış mümkün deyil” – Ayaz Salayev

Azərbaycan kinorejissoru və kinoşünası Ayaz Salayev Musavat.com-a verdiyi açıqlamada ermənilərlə birgəyaşayışın mümkün olub-olmaması barədə fikirlərini bölüşüb. O bildirib ki, erməni ictimai şüurunda geniş yayılmış, kök salmış bir təsəvvür var – guya Azərbaycanın əksər əraziləri tarixi erməni torpaqlarıdır və ümumiyyətlə, Azərbaycan milləti heç vaxt mövcud olmayıb: “Onların iddiasına görə, guya azərbaycanlılar Altay dağlarından köçüb gələn tayfalardır və bu tayfalar yerli erməniləri öz torpaqlarından qovaraq onların mədəniyyətini – mətbəxini, musiqisini, adət-ənənələrini mənimsəyiblər”. Ayaz Salayev vurğulayıb ki, bu cür yanlış və təhrif olunmuş tarixi yanaşma təkcə fərdi düşüncə deyil, bütövlükdə Ermənistanın milli ideologiyasının…

Read More