Evdə interneti zəif olanlar bunları edin – Ekspertdən açıqlama
İstifadəçilərin böyük əksəriyyəti TP-Link, Nokia, Huawei və ZTE markalı modemlərə üstünlük verir. Bu cihazlar əsasən provayderlər tərəfindən təklif edilir və bazarda əlçatanlıq baxımından populyardır. Bunu Milli.Az-a açıqlamasında texno-ekspert İlqar Şabanov Azərbaycanda geniş istifadə olunan modem modelləri və onların fərqləri barədə deyib. Onun sözlərinə görə, anten sayı və siqnal gücü nəzərə alınmalıdır: “Modem alarkən ilk növbədə istifadəçinin texniki ehtiyacları nəzərə alınmalıdır. Evdə çoxlu cihaz varsa və yüksək sürətli bağlantıya ehtiyac duyulursa, Wi-Fi 6 texnologiyasını (802.11ax) dəstəkləyən modellərə üstünlük verilməlidir”. İ.Şabanovun sözlərinə görə, dual-band (2.4GHz və 5GHz) texnologiyasını dəstəkləyən modellər həm daha geniş əhatə…
Read More