Cəmiyyət 

Övladı olmayan şəxsin ölüm haqqında şəhadətnaməsini kim ala bilər? – Qanun belə deyir…

Redaksiyamıza daxil olan müraciətdə bildirilir ki, övladı olmayan bir qadının vəfatından sonra onun ölüm haqqında şəhadətnaməsini yaxın qohumları əldə edə bilmir. Səbəb isə sənədin kimə verilməli olması ilə bağlı aidiyyəti qurumda yaranmış qeyri-müəyyənlikdir. Nəticədə əmlak məsələlərinin həlli, bank hesablarının bağlanması və digər hüquqi prosedurlar faktiki olaraq dalana dirənib. Mövzu ilə bağlı qüvvədə olan qanunvericilik təhlil edildikdə isə məlum olur ki, bu sahədə hüquqi mexanizm kifayət qədər konkret və birmənalıdır. Mövcud qanunvericiliyə əsasən, ölümün dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və şəhadətnamə mərhumun yaxın qohumlarına və ya qanuni nümayəndəsinə…

Read More
Cəmiyyət 

Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd EDİLƏCƏK

Azərbaycanda yaz fəslinin gəlişindən xəbər verən çərşənbələr yaxınlaşır. Bu il ilk çərşənbə – Su çərşənbəsi fevralın 24-nə təsadüf edəcək. Su çərşənbəsi ilə Novruz bayramı üçün hazırlıqlar başlayır. Bu çərşənbədə suyun dirilməsi özünü göstərir. Qədim inanclara əsasən, bu çərşənbə suya tapınma ilə xarakterizə olunur. İnanca görə “təzə su”, yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır. Su üstündən atlanmaq, arzularını, diləklərini suya söyləmək, sübh tezdən evə bulaq suyu gətirmək və s. bu çərşənbənin ayinlərindəndir. Su çərşənbəsi ilə bağlı su falları da mövcuddur. Deyirlər, su həyat…

Read More
Cəmiyyət 

Satışda olan xurmalar: Əgər çox parlaq, yapışqandırsa…

Ramazan ayının əsas qidalarından sayılan xurma həm qida dəyəri, həm də enerji verməsi ilə iftar süfrələrinin ayrılmaz hissəsi olsa da, mütəxəssislər satışda qlükoza ilə işlənmiş xurmaların da geniş yayıldığını bildirirlər. Əlavə qlükoza ilə örtülən xurmalar, adətən, normadan artıq parlaq, yapışqan və daha kiçik ölçüsü ilə seçilirlər. Bu cür xurmaların tərkibindəki əlavə şəkər qanda qlükoza səviyyəsinin sürətlə artmasına səbəb ola bilər və bu, ürək-damar sistemi və metabolik sağlamlıq baxımından risk yaradır. Yüksək şəkər qəbulu ilə bağlı bəzi araşdırmalarda mədəaltı vəzi xəstəliyi ilə əlaqələr də müzakirə olunur və orqanizmdə mövcud olan xərçəng hüceyrələrinin…

Read More
Cəmiyyət 

Ötən gün Azərbaycanda borclu şəxs qismində axtarışda olan 100 nəfər saxlanılıb

⁠Ötən gün Azərbaycanda axtarışda olduğuna görə ümumilikdə 126, o cümlədən borclu şəxs qismində axtarışda olan 100 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, fevralın 20-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Dələduzluğa görə isə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Read More
Cəmiyyət 

Ana Dili Gününün mesajı- yaddaş və dövlətçilik…

Beynəlxalq Ana Dili Günü dünyaya xatırladır ki, hər bir insanın öz doğma dilində danışmaq, yazmaq, təhsil almaq və mədəni irsini qorumaq hüququ var Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Bu tarix 1999-cu ilin noyabrında UNESCO tərəfindən Banqladeş səfirinin təşəbbüsü ilə  rəsmiləşdirilib. Günün seçimi isə təsadüfi deyil: 1952-ci il fevralın 21-də Banqladeşin Benqal bölgəsində ana dilinin rəsmi statusu uğrunda dinc mübarizə aparan dörd tələbə qətlə yetirildi. Bu faciə sonradan dil hüquqları uğrunda qlobal həmrəyliyin rəmzinə çevrildi. Ana dili sadəcə ünsiyyət vasitəsi deyil. O, yaddaşdır, mədəniyyətin kodudur, xalqın…

Read More
Cəmiyyət 

Sumqayıtdan Laçına avtobus işləyəcək – TARİX

“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Sumqayıt-Laçın müntəzəm avtobus reysi təşkil edilir. “İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilir ki, fevralın 23-dən fəaliyyətə başlayacaq reys üzrə avtobuslar hər gün Sumqayıt Avtovağzalından saat 07:00-da, əks istiqamətdə isə 17:30-da yola düşəcək. Sumqayıt-Laçın reysi üzrə gedişhaqqı 16,60 AZN müəyyən edilib. Xocalı, Xankəndi və Şuşa şəhərləri marşrut üzrə aralıq məntəqələri təyin edilib. Sumqayıt-Xocalı üzrə gedişhaqqı 14,30 AZN, Sumqayıt-Xankəndi üzrə 14,80…

Read More
Cəmiyyət 

Kiçik çillədən Boz aya – Novruza aparan 30 gün…

Azərbaycan xalq təqviminə görə dekabrın 21-dən başlayan qış fəslinin ən sərt, ən sınaqlı mərhələlərindən biri – Kiçik çillə artıq başa çatıb. Fevralın 20-si ilə “qışın oğlan çağı” deyilən 20 günlük dövr arxada qaldı və fevralın 21-dən etibarən xalq inanclarında xüsusi yer tutan Boz ay başlayıb. Bu mərhələ artıq qışın son akkordları, yazın isə ilk pıçıltıları deməkdir. Musavat.com xatırladır ki, xalq təqviminə əsasən qış üç hissəyə bölünür: Böyük çillə – 21 dekabr – 31 yanvar Kiçik çillə – 31 yanvar – 20 fevral Boz ay – 21 fevral – 20 mart…

Read More
Cəmiyyət 

Unun qiymətində artım oldu: çörək də bahalaşacaq? – Foto

Son bir ay ərzində Azərbaycanda 50 kiloluq un kisələrinin topdansatış qiymətlərində müəyyən dəyişikliklər müşahidə olunub. “Anadoluqida” MMC və “AVETA” MMC qiymətlərini kiçik bir artımla 27.7 manatdan 27.8 manata yüksəldib, eyni zamanda, bir sıra digər şirkətlər də unun topdansatış qiymətlərinə 10 qəpik əlavə edib. Maraqlıdır ki, “Qarabağ un” MMC qiymətində kiçik azalma edib, “Avrora” MMC-də isə artım olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda unun pərakəndə satış qiyməti hər kiloqram üzrə 2026-cı ilin yanvarında yerli istehsal üzrə illik 0.3% artaraq 1.29 manat, xarici istehsal isə 4.23% artaraq 1.78 manat olub. Unun…

Read More
Cəmiyyət 

Restoranda iftar etmək neçəyə başa gəlir?

Ramazan ayında iftar süfrələrinin təşkili, həmişəki kimi, gündəmin əsas mövzularından biridir. Bəziləri iftarını restoran və kafelərdə açmağa üstünlük verir, bəziləri isə dostlarına jest edərək iftar süfrələrinin məhz ictimai iaşə müəssisələrində təşkilinə çalışırlar. Artıq paytaxtda və ətraf ərazilərdə fəaliyyət göstərən bir çox iaşə obyektləri xüsusi iftar menyularını təqdim etməyə başlayıblar. Menyularda şorba, xurma və sərinləşdirici içkilərdən tutmuş isti yeməklər, kabab növləri, plov, salatlar və şirniyyatlara qədər müxtəlif təamlar yer alır. Təklif olunan çeşidin zənginliyi isə qiymətlərdə fərqlilik yaradır. Bəzi məkanlarda daha münasib paketlər təqdim olunsa da, mərkəzi ərazilərdə və yüksək xidmət…

Read More