Cəbhədən Xəbər 

ANAMA-dan indiyədək minalardan təmizlənən ərazilər barədə AÇIQLAMA

“İndiyədək ümumilikdə 49 min 395,3 hektar ərazi minalardan təmizlənib, minalar və partlamamış hərbi sursatlar aşkar edilərək zərərsizləşdirilib. Həmçinin minaların partlaması nəticəsində 240 mülki və hərbçi həlak olub və ya yaralanıb”. ARANTV.AZ xəbər verir ki, bu fikirləri Şuşada keçirilən beynəlxalq konfrans zamanı Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini Samir Poladov deyib. Minaların insanların həyatına yaratdığı təhlükədən danışan S.Poladov işğal zamanı dağıdılmış ərazilərin də minalarla çirkləndiyini və bu yerlərin də təhlükəli ərazilər sayıldığını qeyd edib. Həmçinin bildirib ki, Ermənistan tərəfindən minalarla bağlı hər hansı xəritə təqdim edilməyib. Samir Poladov vurğulayıb…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun hərbi qulluqçusu qəzada həlak olub

Avqustun 26-sı günorta saatlarında Goranboy rayonu ərazisində baş vermiş avtoqəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Mahir oğlu həlak olub. Məlumatı Müdafiə Nazirliyi təsdiq edib. Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir. Oxu.Az

Read More
Cəbhədən Xəbər 

Azərbaycan hərbçiləri Moskvadakı “Tank biatlonu”nda ustalıq nümayiş etdiriblər – FOTOREPORTAJ

Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları – 2022” yarışları çərçivəsində “Tank biatlonu” müsabiqəsi tankçılarımızın iştirakı ilə 13 avqust tarixindən start götürüb. Tankçılarımız 19 avqust tarixində Monqolustandan olan komanda ilə mübarizə apararaq hədəfləri sərrast atəşlə məhv ediblər, marşrut üzrə müəyyən edilmiş məsafəni uğurla qət ediblər. Ümumi nəticədə Monqolustan komandasını geridə qoyan hərbi qulluqçularımız müsabiqənin yarımfinalına yüksəliblər. “Tank biatlonu” müsabiqəsi avqustun 27-dək davam edəcək. Photostock.az yarışdan eksklüziv fotoları təqdim edir:  

Read More
Cəbhədən Xəbər 

Laçına müvəqqəti komendant təyin olunub

Laçın rayonuna müvəqqəti komendant təyin olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, daxili işlər naziri tərəfindən Laçın rayon müvəqqəti komendantlığı yaradılmaqla, rayon polis şöbəsinin rəisi müvəqqəti komendant təyin olunub. ARANTV.AZ-ın məlumatına görə, bu vəzifəyə Laçın Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Adil Əsədov təyinat alıb.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun Laçın şəhərinə daxil olmasını əks etdirən görüntülər – VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda qeyd olunan ərazilərdə bölmələrimizin yeni dislokasiya məntəqələrinə yerləşdirilməsi, həmçinin zəruri mühəndis işlərinin görülməsi istiqamətində fəaliyyətlər davam etdirilir.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan snayperləri hədəfləri sərrast atəşlə məhv edib – FOTO

Azərbaycan snayperləri hədəfləri sərrast atəşlə məhv edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İran İslam Respublikasının Yəzd şəhərində keçirilən “Snayper həddi” müsabiqəsi davam edir. Avqustun 25-də müsabiqənin üçüncü mərhələsi üzrə tapşırıqlar yerinə yetirilib. Mərhələnin ilk çalışmasının tələblərinə uyğun olaraq komanda şəklində fəaliyyət göstərən snayperlərimiz 300-600 metr məsafədə peyda olunan hədəfləri sərrast atəşlə məhv ediblər. Növbəti çalışma zamanı birinci snayper cütlüyü 150-200 metr aralıqda olan hədəfə atəş açılması, eləcə də silahlarla 300 metrlik məsafənin qaçaraq dəf edilməsi tapşırıqlarını yerinə yetiriblər. Daha sonra ikinci snayper cütlüyü 300-600 metr məsafədə peyda…

Read More
Cəbhədən Xəbər 

Kəlbəcər və Laçında yeni nəzarətə götürülən ərazilərdən yeni GÖRÜNTÜLƏR

Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun bölmələri tərəfindən aparılan dəqiqləşdirmələr nəticəsində nəzarətə götürülən bir sıra strateji əhəmiyyətli hakim yüksəkliklərdə mühəndis təminatı üzrə tapşırıqların icrası davam etdirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə bölmələrin fəaliyyətini təmin etmək məqsədilə ümumilikdə 62 km-dən çox yeni təminat yolları çəkilib. Azad edilən ərazi və hakim yüksəkliklərdə mühəndis təminatı üzrə həyata keçirilən zəruri tədbirlər yüksək peşəkarlıqla yerinə yetirilir.

Read More
Cəbhədən Xəbər 

“Snayper həddi” müsabiqəsində növbəti çalışmalar yerinə yetirilib – FOTO

“Beynəlxalq Ordu Oyunları-2022” çərçivəsində İranın Yəzd şəhərində keçirilən “Snayper həddi” müsabiqəsinin ikinci mərhələsi üzrə müvafiq çalışmalar yerinə yetirilib. Bu barədə Müafiə Nazirliyi məlumat yayıb. Çalışmaların şərtinə uyğun olaraq 300-500 metr məsafədə yerləşən hədəflər məhv edilib. Sonra maneələr zolağını dəf edən növbəti snayper heyəti üçün hədəflər müəyyənləşdirilib və 400-600 metr məsafədə yerləşən 4 hədəfə atəş açılıb. Snayper cütlükləri, həmçinin 150-200, 200-400 və 300-800 metr məsafədə sabit və hərəkət edən beş hədəfi sərrast atəşlə məhv ediblər. Daha sonra hakim komissiyasının üzvlərinin iştirakı ilə üçüncü mərhələnin püşkatma mərasimi keçirilib. Qeyd edək ki, üçüncü…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan ermənilərin Laçında evləri yandırmaları ilə bağlı Avropa Məhkəməsinə məlumatlar təqdim edib

“Bu yaxınlarda ermənilər tərəfindən Laçının kəndlərindəki evlərin yandırılması və sökülməsi ilə bağlı bütün məlumatlar vaxtında Avropa Məhkəməsinə təqdim edilib”. Bunu “Report”un Laçın rayonuna ezam olunmuş əməkdaşına açıqlamasında Avropa İnsan Hüquqları Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, Azərbaycan Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov deyib. O bildirib ki, ötən həftənin cümə günü Azərbaycan dövləti Avropa Məhkəməsinə yeni məlumatlar təqdim edib: “Məlumatda qeyd olunub ki, Laçını tərk edən ermənilər bu yanğınları dayandırmalı, bu əməldən çəkinməlidirlər”.

Read More