Cəbhədən Xəbər 

Azərbaycanda istismar müddəti başa çatmış zirehli maşınlar müasir standartlara uyğunlaşdırılacaq

Azərbaycanda istismar müddəti başa çatmış zirehli maşınlar müasir standartlara uyğunlaşdırılacaq. “Report”un xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb. “Hərbi sənaye kompleksinin yaradılması imkanları ilə bağlı bildiririk ki, zirehli nəqliyyat vasitələrinin təmiri, təkmilləşdirilməsi, habelə istismar müddəti başa çatmış zirehli maşınların müasir standartlara uyğunlaşdırılması, o cümlədən silah və hərbi texnikanın ehtiyat hissələri üçün istehsal sahələrinin yaradılması üzrə Müdafiə Sanayesi Nazirliyinin müvafiq təkliflərinə Nazirlər Kabinetinin tapşırığına əsasən İqtisadiyyat və Müdafiə nazirliklərində baxılır”, – hesabat sənədində bildirilib.

Read More
Cəbhədən Xəbər 

Düşmən Ağdamı atəşə tutub

Martın 10-u gecədən səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri Ağdam rayonunun Çuxurməhlə, Qurdlar, Xıdırlı, Qaradağlı və Qasımlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərimizi müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir. Qeyd olunan istiqamətlərdə təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Read More
Cəbhədən Xəbər 

Sülhməramlıların erməni qadınlara “8 mart hədiyyəsi” separatçıların məzarına qismət ola bilər – VİDEO

Azərbaycanın Qarabağ ərazisində müvəqqəti xidmət aparan Rusiya sülhməramlı kontingenti növbəti dəfə öz fəaliyyət sahələrinə uyğun olmayan məqamlarla gündəmə gəlib. Belə ki, sülhməramlılar Laçın dəhlizindəki postlarda ermənilərin idarə etdiyi avtomobilləri yoxlamaq əvəzinə guya 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı jest etməklə məşğul olublar. Erməni qadınlara gül paylayan sülhməramlılar yəqin ki, xidmət başında olduqlarını unudublar, əks halda hər biri potensial terrorçu ola biləcək erməni sürücüləri və Qarabağa nə daşıdıqları bəlli olmayan avtomobilləri yoxlamağın daha vacib və mandatlarına uyğun addım olduğunu bilməliydilər. Hər bir halda martın 8-də erməni qadınlara görə “xərcə…

Read More
Cəbhədən Xəbər 

Azərbaycanın müdafiə xərcləri nə qədərdir?

Ötən il müdafiə və milli təhlükəsizlik xərcləri üçün proqramlaşdırılan 4 milyard 579 milyon manatdan 4 milyard 541. 6 milyon manat icra olunub. ARANTV.AZ  xəbər verir ki,  bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında qeyd olunub. Beləliklə, müdafiə və milli təhlükəsizlik xərcləri üçün ayrılan 99.2 faizi müvafiq istiqamətdə xərclənib. Bu, 2020-ci illə müqayisədə 786.5 milyon manat, yaxud 20.9 faiz çoxdur.

Read More
Cəbhədən Xəbər 

Azərbaycanın müdafiə xərcləri məlum olub

Ötən il müdafiə və milli təhlükəsizlik xərcləri üçün proqramlaşdırılan 4 milyard 579 milyon manatdan 4 milyard 541. 6 milyon manat icra olunub. ARANTV.AZ  xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında qeyd olunub. Xarici işlər naziri: “Azərbaycan azad etdiyi ərazilərdə kütləvi məzarlıqlar tapıb” – VİDEO Naxçıvanda komandir hazırlığı məşğələləri keçirilib – VİDEO Azərbaycanın 14 hərbçisi Türkiyədə məzun olub – FOTO – VİDEO Beləliklə, müdafiə və milli təhlükəsizlik xərcləri üçün ayrılan 99.2 faizi müvafiq istiqamətdə xərclənib. Bu, 2020-ci illə müqayisədə 786.5 milyon manat, yaxud 20.9 faiz çoxdur.

Read More
Cəbhədən Xəbər 

“Ohanyan səddi” Azərbaycan əsgəri tərəfindən qısa zamanda darmadağın edildi – Vətən Müharibəsi Qəhrəmanı

Həmin ərazidə, həqiqətən də, düşmənin “keçilməz Ohanyan səddi” dediyi mühəndis qurğuları var idi. Lakin zaman göstərdi ki, Vətən sevgisi ilə döyüşən Azərbaycan əsgərinin qarşısını heç bir sədd ala bilməz! ARANTV.AZ  xəbər verir ki, bunu Birlik komandiri general-mayor, Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidov APA-ya müsahibəsində deyib. Kənan Seyidov qeyd edib ki, Ağdam və Füzulinin işğalına və işğal altında saxlanılmasına Ermənistan ordusu hələ Birinci Qarabağ döyüşlərində də çox böyük önəm vermişdi: “Vətən müharibəsində də belə idi. Çünki düşmən yaxşı bilirdi ki, Şuşaya gedən ən qısa yol məhz Füzuli şəhərindən keçir. Bu baxımdan…

Read More
Cəbhədən Xəbər 

Şuşaya hücum əmrini Çanaqçı yaşayış məntəqəsinin ətrafında olarkən aldıq

“Şuşaya hücum əmrini Xüsusi Təyinatlı Qüvvələr komandanı Vətən Müharibəsi Qəhrəmanı cənab general-leytenant Hikmət Mirzəyevdən Çanaqçı yaşayış məntəqəsinin ətrafında olarkən aldıq. Tam təfərrüatı ilə tapşırığı aldıqdan sonra, əmrin icrası üçün fəaliyyətə başladıq. Əsas idarəetmə Topxana meşəsində, N yüksəkliyindəki mövqeyimizdən təşkil olunmuşdu və plana uyğun olaraq Xüsusi Təyinatlı Qüvvələrin Şuşaya hərəkəti, hücumun başlanması, davam etdirilməsi və Şuşa şəhərinin işğaldan azad olunması birbaşa oradan idarə olunub. Yəni ki, gördüyünüz o şəkillər doğrudur”. ARANTV.AZ  xəbər verir ki,  bunu Birlik komandiri general-mayor, Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidov APA-ya müsahibəsində deyib. Şuşaya hücum əmrininin verildiyi an Vətən…

Read More
Cəbhədən Xəbər 

Düşmən Xocalı və Goranboyu atəşə tutdu

Martın 8-i günorta saatlarından başlayaraq martın 9-u səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri ordumuzun Xocalı və Goranboy rayonlarında yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Təxribatların qarşısını almaq məqsədilə bu istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Hazırda qeyd olunan istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır. Bildiririk ki, Azərbaycan Ordusu heç bir halda mülki infrastrukturu hədəfə almır, yalnız qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq zərbələr endirir.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun Laçında itkin düşən əsgərlərinin axtarışı davam edir

Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində itkin düşmüş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlunun axtarışı davam edir. ARANTV.AZ  xəbər verir ki, bu barədə “Report” məlumat yayıb. Bildirilib ki, hərbi qulluqçularımızın tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq axtarış tədbirləri aparılır. Qeyd edək ki, Müdafiə Nazirliyinin martın 5-də yaydığı məlumata əsasən, Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun əsgərləri – F.Məmmədovla F.Abdullayev hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək…

Read More