Cəbhədən Xəbər 

Minaya düşmə hadisələrinin çoxu azad edilmiş ərazilərə qanunsuz daxil olma zamanı baş verib

Statistik təhlil göstərir ki, minaya düşmə hadisələrinin 51 %-i azad edilmiş ərazilərə qanunsuz daxil olma zamanı, 26 %-i təmizlənmiş ərazidən kənara çıxma hallarında baş verib. Azərbaycan Minatəmizləmə Agentliyindən verilən məlumata görə, ərazilər azad edildikdən sonra mülki şəxslər arasında 73 nəfər minaya düşmə hadisələrinin qurbanı olub, onlardan 49 nəfəri yaralanıb, 24 nəfəri isə ölüb. Son günlər minaya düşmə hadisələrinin artmasını nəzərə alaraq, əhalini mina və partlamamış sursatlarla kritik həddə çirklənmiş azad edilmiş ərazilərə qanunsuz səfərlərdən çəkindirməyə çağıran, intensivliklə və böyük zəhmət hesabına aparılan ərazilərin təmizlənməsi prosesinin başa çatmasını təmkinlə gözləməyə dəvət edən materialların…

Read More
Cəbhədən Xəbər 

Türkiyə Müdafiə Nazirliyi helikopter qəzasına görə Azərbaycana başsağlığı verib

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycana başsağlığı verib. ARANTV.AZ  bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi “Twitter” hesabında paylaşım edib. “Qardaş Azərbaycanda Dövlət Sərhəd Xidmətinə aid bir helikopterin qəzaya uğraması xəbərini kədərlə öyrəndik. Bu faciəli hadisədə itirdiyimiz şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfalar arzulayır, bütün azərbaycanlı qardaşlarımıza başsağlığı verir və səbir diləyirik”, – deyə qeyd olunub.

Read More
Cəbhədən Xəbər 

HHM bölmələrinin döyüş atışları keçirildi – VİDEO

2021-ci il üçün döyüş hazırlığı planına əsasən Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin döyüş atışları keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, atışlarının əsas məqsədi şəxsi heyətin zenit qurğularından istifadəetmə bacarıqlarının təkmilləşdirilməsi və bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir. Hava hücumundan müdafiə vasitələrinin döyüş heyətləri tərəfindən aşkar olunan şərti düşmən hava hədəflərinin praktiki atışlarla məhv edilməsi tapşırıqları peşəkarlıqla icra edilib.

Read More
Cəbhədən Xəbər 

Azərbaycanda hərbi helikopter qəzaya uğradı: Həlak olanlar və yaralananlar var

Bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Bununla bağlı Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var. Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir. Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir.

Read More
Cəbhədən Xəbər 

Müharibə həqiqətlərindən bəhs edən “Biz” sənədli filmi yayımlandı – VİDEO

İctimai Televiziya 44 günlük Vətən müharibəsindən bəhs edən “Biz” filmini yayımlayıb. Filmdə Vətən müharibəsi dövründə rəngli xarakterləri və səsləri ilə 100 fərqli vətəndaşımızın müsahibəsinə yer verilib. Qısacası filmdə “Biz” və bizim məğrur qələbəmiz öz əksini tapıb. Qeyd edək ki, layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Baku Media Center” və “Azərbaycanfilm” kinostudiyasının birgə istehsalıdır.

Read More
Cəbhədən Xəbər 

Müharibə həqiqətlərindən bəhs edən “Biz” sənədli filmi – VİDEO

Bu gün saat 20:05-də “İctimai TV”nin efirində “Biz” sənədli filmini izləyə biləcəksiniz. Filmdə, 44 günlük Vətən müharibəsi dövründə rəngli xarakterləri və səsləri ilə 100 fərqli vətəndaşımızın müsahibəsinə yer verilib. Qısacası filmdə “Biz” və bizim məğrur qələbəmiz öz əksini tapıb. Bildirək ki, layihə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Baku Media Center” və “Azərbaycanfilm” Kinostudiyasının birgə istehsalıdır.  

Read More
Cəbhədən Xəbər 

Minaatan və artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirildi – VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan ordusunda minaatan və artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlimlər keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hərbi hissələrin çöl çıxışları dövründə keçirilən döyüş atışlı taktiki təlimlərdə bölmələrin komanda müşahidə məntəqəsinin açılması və atəş mövqeyini tutması tapşırıqları icra olunub. Vətən müharibəsində əldə edilən təcrübələr nəzərə alınaraq keçirilən döyüş atışlı taktiki təlimlərdə əsas məqsəd atəş vasitələrindən düzgün istifadə etməklə tapşırıqların vaxtında və dəqiq icra edilməsi üçün şəxsi heyətin praktiki vərdişlərinin artırılması, eləcə də komandir heyətinin bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsidir. Minaatan və…

Read More
Cəbhədən Xəbər 

Qubadlı əməliyyatının detalları məlum oldu – VİDEO

Baku TV işğaldan azad olunmuş Qubadlı rayonundan reportaj hazırlayıb. Qubadlı istiqamətində döyüşlərdə iştirak edən hərbçilər əməliyyatların detallarından danışıb. “Cəbrayıldan Qubadlıya qədər dağları, dərələri piyada gəlmişik”, – deyə çavuş Samir Ağayev bildirib. Qeyd olunub ki, döyüşlərin çətinliyinə, düşmənin bütün hiylələrinə baxmayaraq, onları geri çəkilməyə məcbur ediblər.

Read More