Azərbaycan İstanbuldakı “SAHA EXPO 2024” Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində iştirak edir
Oktyabrın 22-də İstanbulda “SAHA EXPO 2024” Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi işə başlayıb. ARANTV.AZ xəbər verir ki, Azərbaycanı tədbirdə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti təmsil edir. Sərgidə açılan Azərbaycan stendində 57 adda müdafiə təyinatlı məhsullar təqdim olunub. Bura iri və orta çaplı snayper tüfəngləri, müxtəlif çaplı minaatan, avtomatlar, iri çaplı pulemyotlar, avtomatik top və qumbaraatanlar, eləcə də həmin silahların sursatları daxildir. Sərgidə Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir. “SAHA EXPO 2024” 1200-dən çox firması, 29…
Read More