Can Bala Gündəm Manset 

Bərdə rayon 10 saylı Uşaq bağçasında uşaqları sevindirmək üçün gözəl bayram şənliyi təşkil olunub-VİDEO

Bərdə rayonunda yerləşən 10 saylı uşaq bağçasında Novruz şənliyi keçirildi. Biz də bayram şənliyinin necə keçirildiyini görmək üçün adıçəkilən bağçaya yollandıq. Bağçaya daxil olarkən əsl bayram əhval-ruhiyyəsini hiss etdik. Bayram libaslarında olan uşaqlar böyük sevinclə öz çıxışlarını gözləyirdilər. Balacaların çıxışlarından öncə Baxçanın tərbiyıçisi Nilufər Qurbanlı Novruz bayramı münasibətilə fidanları təbrik edərək tədbirə başladı. Yallı rəqsi ilə tədbirə başlayan uşaqlar hazırladıqları bayram şeirlərini sıra ilə söylədilər. Bundan başqa, uşaqlar bir-birindən gözəl rəqslər də nümayiş etdirdilər. Bayramın sonuna yaxın zala Arşın mal alan obrazından Əsgəri təşrif buyurdu. Onun gəlişi isə uşaqların sevincini…

Read More
Can Bala 

Hüquqi şəxslərin dövlət reyestrinin aparılması qaydalarında dəyişiklik edildi

Nazirlər Kabineti “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nda dəyişiklik edib. ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu qərarın indiyədək olan variantına əsasən, dövlət reyestri qurumların təşkili, qeydiyyatı, yenidən təşkili, ləğvetmə prosesində olması, ləğv edilməsi, eləcə də siyasi partiyaların, həmkarlar ittifaqlarının, qeyri-hökumət təşkilatlarının və xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyətinin dayandırılması və bərpası barədə məlumatlardan ibarətdir. Yeni qərarla isə bu məlumatların sırasına məhkəmənin yekun qərarı ilə cinayət-hüquqi tədbir qismində hüquqi şəxsin müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməsi barədə də məlumatlar əlavə edilib. “Hüquqi şəxslərin dövlət qeydiyyatı…

Read More
Can Bala 

İntihar etmənin cəzası

Dünya Səhiyyə Təşkilatının son illər apardığı tədqiqatların nəticəsi əsasında hazırladığı məlumata görə, dünyada hər il təxminən 1 milyon insan intihar edir. 2020-ci ildə intiharların sayının 500 minə qədər artacağı proqnozlaşdırılır.   Mütəxəssislər intihar hadisələrinin çoxalmasını adətən iqtisadi vəziyyətlə bağlayırlar. Təhlillər göstərir ki, xüsusi ilə böyük miqdarda borcu olanlar, ailəsini dolandıra bilməyənlər intihara əl atırlar. Bəs İslamda intihara münasibət necədir? İntihar edəni axirətdə hansı cəza gözləyir. Bu yazıda bu və digər sualları cavablandırmağa çalışacağıq. Bildiyimiz kii, dinimizə görə, hər hansı bir insanı öldürmək böyük günahdır və bir insanı haqsız yerə öldürən…

Read More
Can Bala 

14 fevral Azərbaycan Televiziyasının yarandığı gündür

ARANTV.AZ xəbər verir ki, Diqqət-diqqət, göstərir Bakı. 1956-cı ilin 14 fevralında  Azərbaycanın ilk televiziyası bu sözlərlə yayıma başladı. Həmin tarix xalqımızın siyasi və mədəni həyatına böyük yenilik gətirdi…  O gün, bu gün həyatımızı televiziyasız təsəvvür edə bilmirik. Efirə ərsəyə gələn hər bir verilişdə, hər bir videosüjetdə böyük yaradıcı kollektivin əməyi var. Bu aləmdə “mən” anlayışı yoxdur, biz varıq. 63 illiyini qeyd etdiyimiz ailənin üzvləri. Özü də yaradıcı ailənin. 63 il ərzində çox yeniliklər olub özümüzə doğma bildiyimizi evimizdə. Böyümüşük, dəyişmişik, inkişaf etmişik. Buranı arı yuvasına da bənzətmək olar. Asan gəlməsin.…

Read More