Gündəm 

Daha iki ölkədə qadınlar əsgər gedəcək – bəs bizdə…

Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərində qadın hərbi qulluqçular xidmət aparırlar Yaponiya Müdafiə Nazirliyi qadınların ölkənin silahlı qüvvələrinə qəbulu ilə bağlı son məhdudiyyətləri aradan qaldırıb. Belə ki, avqustun 1-dən etibarən qadınlar hətta nüvə, bioloji və kimyəvi müdafiə bölmələrində də xidmət edə biləcəklər. Hərbi idarə bu addımını bu sahələrdə təhlükəsizlik tədbirlərinin artırılması ilə izah edib. Latviyanın müdafiə naziri Andris Spruds isə bəyan edib ki, ölkənin təhlükəsizliyini möhkəmləndirmək və silahlı qüvvələrin gücünü artırmaq məqsədilə 2028-ci ildən qadınların da məcburi hərbi xidmətə cəlb olunması planlaşdırılır. Nazir bildirib ki, bu addım yalnız orduya yeni…

Read More
Gündəm 

2026-cı ildə Azərbaycanda AQEM-in zirvə toplantısı keçiriləcək

2026-cı ilin payızında Azərbaycanın sədrliyi altında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə toplantısının da keçirilməsi planlaşdırılır. Musavat.com-un məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin AQEM Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində deyilir. Dövlət başçısı qeyd edib ki, Asiya qitəsinin 90%-ni əhatə edən və 28 üzv dövləti bir araya gətirən AQEM regionda etimadın gücləndirilməsi və ölkələrarası əməkdaşlığın inkişafı baxımından çox əhəmiyyətli bir təsisatdır: “Azərbaycan AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinə böyük məsuliyyətlə yanaşır. Sədrliyimizin fəaliyyəti “Daha güclü AQEM, Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı artım” mövzusu üzərində…

Read More
Gündəm 

Bakıdan Təbrizə bir addım: Birbaşa uçuşlardan kimlər və necə qazanacaq?

Azərbaycan və İran arasında münasibətlərin inkişafında yeni mərhələ başlayıb. Bir neçə ildən sonra ilk dəfə olaraq “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı–Təbriz–Bakı istiqamətində birbaşa reys həyata keçirib. Bu, uzun müddət fasilədən sonra regionda əlaqələrin bərpası baxımından xüsusi əhəmiyyət daşıyan hadisə kimi dəyərləndirilir. Azərbaycanın İrandakı səfiri Əli Əlizadə sosial şəbəkə üzərindən verdiyi açıqlamada bildirib ki, bu addım Prezident İlham Əliyevin tapşırığı əsasında atılıb. Səfirin sözlərinə görə, ilkin mərhələdə Bakı–Təbriz reysi həftədə iki dəfə icra ediləcək. Bundan əlavə, şənbə günündən etibarən Bakı–Tehran–Bakı marşrutu üzrə də AZAL-ın uçuşları bərpa olunub. Bu isə iki…

Read More
Gündəm 

Müharibəyə hazırlaşan Qərb – Rusiyanın elan olunmayan bloku – ŞƏRH

Rusiya ilə Belarus bu il sentyabrın 12-16-da “Qərb-2025” adı altında birgə hərbi təlimlər keçirəcək. Məlumata görə, təlimdə NATO qüvvələri ilə mümkün toqquşmalara dair tapşırıqlar yerinə yetiriləcək. Bu tədbirin Polşa və Litva sərhədlərinə yaxın ərazilərdə reallaşacağı planlaşdırılır. Məhz buna görə, NATO ölkələri “Qərb-2025” təlimlərinə cavab verəcəklərini vəd ediblər. Litva müdafiə nazirinin müavini Tomas Qodlyauskas bildirib ki, NATO və Avropa İttifaqı sərhədləri yaxınlığındakı hərbi təlimləri ciddi qəbul etməlidir: “Qonşu ölkələr, həm də NATO bunlara maksimum ciddiyyətlə yanaşır. Litva və müttəfiqlərimiz hazırdır, birdir və hadisələrin inkişafını diqqətlə izləyəcəklər”. Polşanın Baş naziri Donald Tusk…

Read More
Gündəm 

Azərbaycan və Vyetnam arasında turizm sahəsində əməkdaşlıq müzakirə olunub

Sentyabrın 8-də Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosunun nümayəndə heyətinin Vyetnamın Hanoy şəhərinə təşkil olunan işgüzar səfəri çərçivəsində Vyetnamın turizm üzrə aidiyyəti qurumlarının iştirakı ilə görüşlər keçirilib. Səfərdə ATB və Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyi tərəfindən Hanoy Ticarət və Turizm Kolleci ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın turizm potensialı və turizm imkanlarının təqdim edildiyi tədbir baş tutub. Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmit və Azərbaycanın Vyetnamdakı fövqəladə və səlahiyyətli səfiri Şövqi Mehdizadənin iştirakı ilə keçirilən tədbirdə, həmçinin turizm sahəsi üzrə təcrübə mübadiləsi və ikitərəfli əməkdaşlıq imkanları müzakirə edilib.…

Read More
Gündəm 

ARDNF-nin nümayəndə heyəti Çin Xalq Respublikasında işgüzar səfərdədir

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında işgüzar səfərdədir. Səfərin əsas məqsədi Çin ilə investisiya əməkdaşlığının gücləndirilməsi və qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarının genişləndirilməsidir. Səfər çərçivəsində nümayəndə heyəti Çin Xalq Respublikasının ali dövlət nümayəndəsinin iştirakı ilə təşkil olunan dəyirmi masa görüşündə iştirak edib. Qlobal səviyyədə aparıcı təsisat rəhbərlərini bir araya gətirən bu platforma Çində aktiv investisiya fəaliyyəti həyata keçirən investorlarla hökumət nümayəndələri arasında birbaşa fikir mübadiləsi aparmaq üçün mühüm imkan yaradıb. Həmçinin, ARDNF-nin nümayəndə heyətinin Çin İnvestisiya Korporasiyasının sədri və icraçı…

Read More
Gündəm 

Sərhəddəki sakitliyin İLGİNC səbəbi – Bu payız…

Bir neçə gün öncə Ermənistanın müdafiə nazirinin müavini Qraçya Sərkisyan maraqlı bir etiraf edib. Deyib ki, ölkənin müdafiə xərcləri heç vaxt Azərbaycanın hərbi büdcəsinin həcminə çatmayacaq. Ardınca bildirib ki, 2026-cı il üçün dövlət büdcəsində Müdafiə Nazirliyinə ayrılacaq məbləğin azaldılıb-azaldılmayacağı hələlik məlum deyil. “Əminəm ki, nazirlik gələn ildə də 2024 və 2025-ci illərdəki məntiqlə işləyəcək”, – rəsmi əlavə edib. Ermənistanın 2025-ci il üçün hərbi büdcəsi isə 1,7 milyard dollar təşkil edir. Bu da ÜDM-nin 6 %-i deməkdir. Hansı ki, heç NATO ölkələrində də yoxdur. Alyans ölkələri təzə-təzə və Trampın təzyiqi altında…

Read More
Gündəm 

Azərbaycanda ət bahalaşdı – Səbəb nədir?

İqtisadiyyatın qızıl qanunlarından biri odur ki, təklif azalanda, tələb isə yerində qalsa və ya artsa, mütləq qiymətlər yüksəlir. Bunu nəzərə alaraq statistikaya baxaq: son 5 ildə Azərbaycanda iribuynuzlu mal-qaranın və keçi-qoyunun sayı hər il azalaraq ən aşağı həddə düşüb. ARANTV.AZ xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli bildirib. O qeyd edib ki, rəsmi məlumata görə, 2025-ci ilin yanvarın 1-nə ölkədə olan iribuynuzlu mal-qaranın sayı 2 milyon 465,6 min baş təşkil edib: “2020-ci il yanvarın 1-nə isə ölkədə mal-qara sayı 2 milyon 646,6 min baş olub. Yəni son 5 ildə iribuynuzlu…

Read More
Gündəm 

TƏCİLİ: Amerika BAŞLADI: Rusiyanı FƏLAKƏT GÖZLƏYİR, rusları bu ölkədən QOVURLAR

Zelenskidən təcili zəng: “Birgə cavabımız var” Bu ölkələr özlərini məhv etmək yoluna qədəm qoyublar Rusiyanın hücumu: 4 ölü, 44 yaralı… – Zelenski açıqladı Peskov Ərdoğanla türkcə danışıb – Zarubin Lavrov bu ölkədə çimərliyə getdi, PUA-lar… – Zaxarova Təcili yardım maşını körpüdən aşdı: yaralılar var Rusiya bu istiqamətdə “həlledici döyüşə” HAZIRLAŞIR Kiyevdə indi Putini niyə “səbrsizliklə” gözləyirlər: Rusiya lideri cəmisi iki qəliz variantdan birinə məcbur edilir ABŞ BAŞLAYIR – Rusiya iqtisadiyyatı tamamilə ÇÖKDÜRÜLÜR Ruslar bu ölkədən qovulurlar – Səbəb Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 18.40-da aparıcı Sevinc…

Read More