Gündəm 

Azərbaycanda ət bahalaşdı – Səbəb nədir?

İqtisadiyyatın qızıl qanunlarından biri odur ki, təklif azalanda, tələb isə yerində qalsa və ya artsa, mütləq qiymətlər yüksəlir. Bunu nəzərə alaraq statistikaya baxaq: son 5 ildə Azərbaycanda iribuynuzlu mal-qaranın və keçi-qoyunun sayı hər il azalaraq ən aşağı həddə düşüb. ARANTV.AZ xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli bildirib. O qeyd edib ki, rəsmi məlumata görə, 2025-ci ilin yanvarın 1-nə ölkədə olan iribuynuzlu mal-qaranın sayı 2 milyon 465,6 min baş təşkil edib: “2020-ci il yanvarın 1-nə isə ölkədə mal-qara sayı 2 milyon 646,6 min baş olub. Yəni son 5 ildə iribuynuzlu…

Read More
Gündəm 

TƏCİLİ: Amerika BAŞLADI: Rusiyanı FƏLAKƏT GÖZLƏYİR, rusları bu ölkədən QOVURLAR

Zelenskidən təcili zəng: “Birgə cavabımız var” Bu ölkələr özlərini məhv etmək yoluna qədəm qoyublar Rusiyanın hücumu: 4 ölü, 44 yaralı… – Zelenski açıqladı Peskov Ərdoğanla türkcə danışıb – Zarubin Lavrov bu ölkədə çimərliyə getdi, PUA-lar… – Zaxarova Təcili yardım maşını körpüdən aşdı: yaralılar var Rusiya bu istiqamətdə “həlledici döyüşə” HAZIRLAŞIR Kiyevdə indi Putini niyə “səbrsizliklə” gözləyirlər: Rusiya lideri cəmisi iki qəliz variantdan birinə məcbur edilir ABŞ BAŞLAYIR – Rusiya iqtisadiyyatı tamamilə ÇÖKDÜRÜLÜR Ruslar bu ölkədən qovulurlar – Səbəb Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 18.40-da aparıcı Sevinc…

Read More
Gündəm 

Minsk qrupunun ləğvi Azərbaycan tərəfindən danışıqların ilkin mərhələlərində irəli sürülmüş şərtlərdən biri idi

Dövlət başçısı İlham Əliyev onu da bildirir ki, Ermənistan rəsmi şəkildə Qarabağı Azərbaycanın hissəsi kimi tanıdığını və münaqişənin başa çatdığını bildirdiyi halda, Minsk qrupunun hüquqi mövcudluğu absurddur Dövlət başçısı İlham Əliyevin ABŞ-a işgüzar səfərindən xeyli müddət keçməsinə baxmayaraq, əldə olunan razılaşmalar bu gün də geniş müzakirə olunmaqda davam edir. Həmin razılaşmalardan biri ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılmasıdır. Daha dəqiq desək, yarandığı gündən missiyasının mahiyyətini dərk etməyən bir qrumun fəaliyyətinə ehtiyacın olmadığını rəsmiləşdirməkdir. Qarabağ münaqişəsinin həllinədək regiona nəticəsiz səfərləri ilə diqqətdə olan Minsk qrupunun həmsədrləri hər zaman çıxış yolunu tərəfləri öz…

Read More
Gündəm 

Başlıbel qətliamının tanıdılması üçün tədbirlər keçiriləcək

“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dəstək Agentliyinin dəstəyi ilə “113 gün düşmən arxasında mübarizə: Başlıbel qətliamının bilinməyən tərəfləri” adlı layihənin icrasına başlayıb. Layihənin rəhbəri, “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Vüqar Həşimovun Musavat.com-a verdiyi məlumata görə, sentyabrın 1-dən icrasına başlanan layihə iki ay müddətində icra ediləcək. Layihə çərçivəsində Başlıbel qətliamının şahidi olan və 113 gün mühasirə həyatı yaşayan şahidlərin 2 aydan artıq müddətdə partizan mübarizəsi apardıqları və Başlıbel kəndinin işğalından sonra heç bir çəkiliş aparılmayan “Nəbi kahası” adlanan ərazidə, həmçinin “Barıdlı kahası” adlanan ərazidə 2 hər biri…

Read More
Gündəm 

Bir gün Paşinyan Anna ilə Bakıya gəlsə…

Baş nazir Nikol Paşinyanın təyyarəsi ilk dəfə Azərbaycan hava məkanından istifadə edib. Ermənistan hökumətinin sözçüsü Nazeli Bağdasaryana görə, avqustun 30-da təyyarə xarici səfərə hava məkanımız üzərindən yola düşüb, sentyabrın 6-na keçən gecə isə eyni marşrutla ölkəsinə qayıdıb. Bağdasaryan həmçinin bildirib ki, Ağ Evdə imzalanmış üçlü Birgə Bəyannamədən sonra İrəvan Bakıya rəsmi müraciət edərək bu icazəni alıb. Sitat: “Biz bu addımı regionda kommunikasiyaların açılması, sülh gündəliyinin irəli aparılması və qarşılıqlı etimad mühitinin yaradılması istiqamətində praktik addım kimi qiymətləndiririk”. Nəzərə alsaq ki, Qarabağ ixtilafı səbəbi ilə 30 ilə yaxın müddətdə Ermənistanın təyyarələri…

Read More
Gündəm 

Şəhidlər xiyabanında təkrarlanan BİABIRÇILIQ – Turistlərin rəqsi qəzəb yaratdı “…buraxılmasınlar”VİDEO

Tanınmış jurnalist və müharibə veteranı Roza Əliqızı bu gün Şəhidlər xiyabanında xaricilərin rəqs etməsinə etirazını bildirib. Musavat.com-un xəbərinə görə, baş verənləri lentə alan jurnalist bildirib: “Bu gün səhər Şəhidlər xiyabanında gördüklərim…Bir qrup turistin xiyabanda mahnı qoyub oynayarq şənlənməyi..Heyif ki, həyəcandan həmin anı çəkə bilməsəm də, qrup rəhbərinə sözümü deyə bildim”. Qeyd edək ki, Şəhidlər xiyabanında ikinci belə hadisədir yaşanır. Bir müddət öncə Bakıya turist kimi gələn üç ərəb vətəndaşının Şəhidlər xiyabanında yol verdiyi qeyri-etik davranış cəmiyyətdə ciddi qəzəb yaratmışdı. Hadisədən dərhal sonra həmin şəxslər hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış, barələrində cinayət işi…

Read More
Gündəm 

DYP-dən rayona getmək istəyən sürücülərə xəbərdarlıq

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonları paytaxtdan bölgələrə gedən avtomobil axınının artması ilə əlaqədar sürücülərə müraciət edib. BDYPİ-dən verilən məlumata görə, magistral və əsas yollarda hərəkət intensivliyinin yüksəlməsi qəza ehtimalını artırır və bu səbəbdən sürücülərin daha diqqətli, məsuliyyətli davranması vacibdir. Qeyd olunub ki, yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığı, xüsusilə təkərlərin, işıq cihazlarının və əyləc sisteminin vəziyyəti mütləq yoxlanılmalıdır. Eyni zamanda, sürət həddinə əməl edilməsi, sükan arxasına yorğun və yuxusuz halda əyləşməmək, uzun məsafələrdə isə fasilələrlə istirahət etmək təhlükəsizliyin əsas şərtlərindəndir. Baş Dövlət Yol Polisi İdarəsi bir daha…

Read More
Gündəm 

Bir qrup turistdən şəhidlərimizə hörmətsizlik- Xiyabanda rəqs etdilər…- VİDEO

Tanınmış jurnalist və müharibə veteranı Roza Əliqızı bu gün Şəhidlər Xiyabanında xaricilərin oynayıb, rəqs etməsinə etiraz edib. Musavat.com xəbər verir ki, baş verənləri lentə alan jurnalist bildirib: “Bu gün səhər şəhidlər xiyabanında gördüklərim…Bir qrup turistin Xiyabanda mahnı qoyub oynayarq şənləməyi..Heyif ki həyəcandan həmin anı çəkə bilməsəm də qrup rəhbərinə sözümü deyə bildim”. Görüntüləri təqdim edirik:

Read More
Gündəm 

TÜRKLÜKLƏ SAVAŞIN SONU HÜSRANDIR – PROFESSOR NƏSİBLİ KİMƏ QƏZƏBLƏNİB

Son facebook paylaşımımda “ keçmiş qrup yoldaşım Fəxrəddin Abbasova da demişdim, maşa olma, istifadə edib atacaqlar. Sən də yazılarında söhbət etmək, müzakirə-mübahisə üçün yer qoy” -deyə ünvanıma yönəltdiyi aşağılamalara cavab olaraq adama dostcasına, yumşaq şəkildə qarşılıq vermişdim. Yenə hikkəli fikirlər, yenə əsəbi ittihamlar, yenə nifrət qusması. Olmadı, bundan sonra onunla danışmağın faydası olduğunu artıq düşünmürəm. Facebook siyahımdan da çıxardıram. Tanışdırım. Adamın adı Muta Aghayevdir. Müsavatda olanda “Əli” idi, məncə. Müsavatdakı liboşların bəsləməsi olan bu zati-möhtərəm indi İsveçdədir. Hər gün yazır. Hədəfində Türklükdür. Birinci dəfə onun Türklük əleyhinə yazdıqlarına etiraz edərkən…

Read More
Gündəm 

Bu kişini görənlər dərhal polisi YIĞSIN – FOTO

Qazaxda 45 yaşlı kişi itkin düşüb. DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan Musavat.com-a verilən xəbərə görə, Qazax rayon Aslanbəyli kənd sakini, 1980-ci il təvəllüdlü, Məmmədov Camal Mədət oğlu avqustun 2-də yaşadığı ünvandan çıxaraq Bakı şəhərinə gedib və bir daha geri qayıtmayıb. İtkin düşən şəxsin əlamətləri belədir: gözlərinin rəngi qəhvəyi, boyu 176 sm, orta bədən quruluşludur. Sonuncu dəfə evdən gedərkən üzərində ağ köynək, qara şalvar, qara ayaqqabı olub. Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Qazax Rayon Polis Şöbəsinin 0229 5 14 97, 051 233 40 22, 050…

Read More