Gündəm 

Regionun müasir siyasi tarixində mühüm dönüş nöqtəsi – Minsk qrupunun ləğvi

Xəbər verildiyi kimi, sentyabrın 1-də ATƏT-in 57 üzv ölkəsi ilin sonunadək Minsk qrupunu ləğv etməyə yekdilliklə səs verib. Beləliklə, Azərbaycanın düşünülmüş diplomatiyası sayəsində ATƏT-in Minsk qrupu artıq tarixin bir hissəsinə çevrilir. Məlumdur ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yardım etmək üçün yaradılan ATƏT-in Minsk qrupu onilliklər ərzində Ermənistan-Azərbaycan probleminin həllini ləngitmək üçün alət olub, strukturun özü isə Cənubi Qafqazda sülhün bərqərar olmasına deyil, müəyyən dairələrin maraqlarına xidmət edib. 2020-ci ilin payızında Azərbaycanın qələbəsi ilə başa çatan Vətən Müharibəsindən sonra rəsmi Bakı dəfələrlə bəyan edib ki, Qarabağ münaqişəsi həll olunub,…

Read More
Gündəm 

Avropa İttifaqının müşahidə missiyası fəaliyyətini nə vaxt dayandıracaq?

“Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında” Sazişin yeddinci bəndində deyilir: “Tərəflər qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər. Tərəflər, qarşılıqlı sərhədin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər, sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə, hərbi sahə də daxil olmaqla, qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad-quruculuğu tədbirləri həyata keçirəcəklər”. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev mətbuata açıqlamasında vurğulayıb ki, yaxın iki ildə Aİ-nin müşahidə missiyasının Ermənistan ərazisində fəaliyyət göstərmək ehtimalı var: “Lakin delimitasiya və digər müsbət faktorları nəzərə…

Read More
Gündəm 

Azərbaycanın “yaşıl enerji” gələcəyinə açılan qapı – Çinlə strateji dialoq

Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də regionun və qlobal iqtisadi proseslərin dinamikasında strateji əhəmiyyət kəsb edir. Bu səfər zamanı keçirilən görüşlərdə gündəmə gətirilən məsələlər, əslində, Azərbaycanın mövcud inkişaf kursunun və gələcək vizionunun konseptual baxışını ortaya qoyur. Prezidentin vurğuladığı əsas məqam ondan ibarətdir ki, Azərbaycan dövlətinin iqtisadi yüksəlişi təsadüfi deyil, məqsədyönlü siyasət və düşünülmüş strateji qərarların nəticəsidir. Cənubi Qafqazda lider mövqeyə sahib olan Azərbaycan artıq yalnız regional çərçivədə deyil, Avropa və Asiyanın iqtisadi təhlükəsizliyində mühüm rol oynayır. Xüsusilə enerji sahəsində atılan addımlar Azərbaycanın beynəlxalq…

Read More
Gündəm 

Rusiya XİN-dən “AZAL” təyyarə qəzası ilə bağlı YENİ AÇIQLAMA

Rusiya Xarici İşlər Nazirliyi bəzi KİV və bloqerlərin AZAL təyyarəsinin qəzası ilə bağlı guya sığorta ödənişlərinin edilmədiyi barədə iddialarını təkzib edib. Musavat.com-un xəbərinə görə, nazirliyin açıqlamasında bildirilib ki, Azərbaycan aviaşirkətinə təyyarə üçün ümumilikdə 1 milyard 3 milyon rubl sığorta ödənişi həyata keçirilib. Bundan əlavə: Rusiya vətəndaşlarından 15 nəfərdən 7-si üzrə tam ödənişlər edilib; Azərbaycan vətəndaşlarından 38 nəfərdən 35-i üzrə ödənişlər tamamlanıb; Qırğızıstan vətəndaşlarından 3 nəfər üzrə ödəniş olunub; Qazaxıstan vətəndaşlarından isə 6 nəfərdən 1-i üzrə ödənişlər həyata keçirilib. Ümumilikdə qəza nəticəsində xəsarət alan sərnişinlərə və həlak olanların ailələrinə 358,4 milyon rubl ödənilib. XİN-in bəyanatında…

Read More
Gündəm 

Zəngəzur dəhlizinə istiqamətlənmiş mühüm layihə – Qars–İğdır–Aralıq–Dilucu dəmiryol xətti

Xəbər verildiyi kimi, ötən ayın sonlarında Türkiyənin Qars–İğdır–Aralıq–Dilucu dəmiryol xəttinin Naxçıvan Muxtar Respublikası sərhədinə qədər uzanan birinci hissəsinin təməlqoyma mərasimi keçirilib. Tikintisi 5 il müddətinə nəzərdə tutulan infrastrukturun texniki layihəsinə əsasən, ikixətli yol tam elektrikləşdiriləcək, qatarlar uzunluğu 224 kilometr olan xəttin əsas hissələrində saatda 160 kilometrə qədər sürətlə hərəkət edəcək. Layihənin həyata keçirilməsi üçün 10 körpü konstruksiyası, o cümlədən ümumi uzunluğu 2,8 kilometr olan 3 tağvari viyadük, eləcə də ümumi uzunluğu 11,3 kilometr olan 5 tunel tikiləcək. Türkiyə hissəsində 5 stansiyanın – Digör, Tuzluca, İğdır, Aralıq və Dilucunun tikintisi də həyata…

Read More
Gündəm 

Geri çağırılan səfir Leyla Abdullayevanın həyat yoldaşıdır

Məlum olduğu kimi, bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Cəlal oğlu Hüseynov vəzifəsindən geri çağırılıb. Hüseyn Hüseynov 1977-ci ildə Bakıda anadan olub. 1998-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu “beynəlxalq münasibətlər” ixtisası üzrə, 2000-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi idarəetmə” fakültəsinin magistratura şöbəsini fərqlənmə diplomu ilə bitirib. H. Hüseynov 2021-ci ilin aprelində Bolqarıstana səfir göndərilmişdi. Bundan öncə isə o, XİN-in Strateji Araşdırmalar İdarəsinin rəhbəri vəzifəsində çalışıb. Diplomat Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın həyat yoldaşıdır. Cütlüyün iki…

Read More
Gündəm 

Azərbaycanda dekarbonizasiya investisiyalarında maliyyə dayanıqlılığı

“Moody’s” beynəlxalq reytinq agentliyinin hesabatına görə, Azərbaycanda dekarbonizasiya investisiyalarının diversifikasiyası ölkədə maliyyə dayanıqlığının təmin olunmasında əsas amildir. Hesabatda bildirilir ki, 2030-cu ilə qədər Mərkəzi Asiya və Qafqaz ölkələrinin iqtisadi və sosial inkişaf hədəflərinə nail olmaq üçün təxminən 120 milyard ABŞ dolları həcmində investisiyaya ehtiyac duyulacaq. Bu məbləğ ümumi daxili məhsulun (ÜDM) təxminən 14%-nə bərabər olmaqla, regionun davamlı inkişafı və rəqabətqabiliyyətinin təmin edilməsi baxımından strateji əhəmiyyət kəsb edir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Dövlət Proqramları şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Lətif Zeynallı mövzunu “İki sahil”ə şərh edərək bildirib…

Read More
Gündəm 

Qalib Liderin Çin səfəri yekunlaşdı – “Cənubi Qafqazda bütün qlobal geosiyasi oyunları pozan…”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına (ÇXR) səfəri başa çatdı. Bu işgüzar səfərinin mühüm məqamlarından biri də Pekində yapon işğalına qarşı Çin xalq müqavimətinin və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş paradda Azərbaycanın da dövlət başçısı səviyyəsində təmsil olunması idi. Belə ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məşhur Tiananmen Meydanında ÇXR-ın Sədri Si Cinpin tərəfindən rəsmi qarşılanmadan sonra tribunadan paradı izlədilər. Bu da təbii ki, ilk növbədə o anlama gəlir ki, İkinci Dünya müharibəsində alman faşizmi və onun müttəfiqləri üzərində Qələbənin qazanılmasında…

Read More
Gündəm 

Kriminal mahnıya görə işdən çıxarılan direktorun yerinə YENİ TƏYİNAT

Samux rayonu İnstitut qəsəbə məktəbinə yeni direktor təyin edilib. Bu vəzifəyə Natiq Əmirov gətirilib. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən xəbəri təsdiqləyiblər. N.Əmirov bu təyinata qədər Göygöl rayon Fəxrəddin İmamquliyev adına Yalqışlaq kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, daha əvvəl həmin məktəbdə keçirilən “Son zəng” tədbirində kriminal həyat tərzini təbliğ edən mahnının səsləndirilməsi barədə görüntülər yayılmışdı. Məktəbin məzunlarının müəllim heyəti ilə bu mahnının sədaları altında rəqs etməsi birmənalı qarşılanmamışdı. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən direktor Gülsəba Abbasova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. O,…

Read More
Gündəm 

Cavablara nəzər salaq

3 sentyabrda Prezident İlham Əliyevin Çin Xalq Respublikasına işgüzar səfəri başa çatdı. Bu səfər ölkəmiz üçün kifayət qədər zəngin və məhsuldar oldu. İnformasiya məkanı sözün əsl mənasında müxtəlif materialların bolluğundan “partlayır”, politoloqlar və analitiklər isə şərhləri ilə Çində keçirilən tədbirlərin demək olar ki, bütün maraqlı məqamlarını işıqlandırdılar. Növbəti ŞƏT sammitini müasir beynəlxalq münasibətlər sisteminin əlamətdar hadisəsi hesab etmək olar. Şübhəsiz ki, hamımızı səmimi şəkildə sevindirən məqam ondan ibarətdir ki, Azərbaycanın bu tədbirdə iştirak faktına həm beynəlxalq, həm də yerli mətbuatda kifayət qədər böyük diqqət göstərildi. Ölkəmiz tədbirin sadəcə qonağı deyildi,…

Read More