Gündəm 

Azərbaycan turizmində yeni üfüqlər

Beynəlxalq tanıtım strategiyaları ölkəmizin turizm potensialını və turist axınını artırır Azərbaycan zəngin tarixi irsi, təbii gözəllikləri və geniş turizm imkanları ilə beynəlxalq səviyyədə diqqət çəkir. Ölkəmizin turizm sektorunun inkişafı yalnız yay mövsümü ilə məhdudlaşmır, eyni zamanda ekoturizm və aqroturizmin təşviqi, qeyri-mövsüm turizminin stimullaşdırılması ilə də dəstəklənir. Bu tədbirlər Azərbaycanın turizm potensialının daha geniş auditoriyaya çatdırılmasına və ölkəyə gələn turistlərin sayının artırılmasına xidmət edir. Bu kontekstdə ortaya çıxan əsas sual  isə belədir: “Dövlət Turizm Agentliyinin beynəlxalq bazarlarda aparılan tanıtım strategiyaları, ekoturizm və aqroturizmin inkişafına yönələn təşəbbüslər, eləcə də qeyri-mövsüm turizminin təşviqi…

Read More
Gündəm 

Fransa Azərbaycana yeni səfir təyin edib

Fransa Azərbaycana yeni səfir təyin edib. APA xəbər verir ki, bu barədə Fransa Səfirliyi sosial mediada paylaşım edib. Məlumata görə, Sofi Laqut Fransanın Azərbaycandakı yeni səfiri təyin edilib. Yeni səfir Sofi Laqut özü də bununla bağlı sosial media hesabında paylaşım edib. “Fransaya, maraqlarımıza və həmvətənlərimizə Azərbaycanda səfir kimi xidmət edəcək olmağım mənim üçün böyük şərəfdir. Bu vəzifəni Ann Buayonın yolunu davam etdirərək icra edəcəyəm. Fransanın Azərbaycandakı səfirliyinin komandası ilə birlikdə ölkəmiz və Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyan bu regionda Fransa-Azərbaycan əlaqələrini daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirəm”, – diplomat…

Read More
Gündəm 

Azərbaycan ət idxalını 18 faiz azaldıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 25 min 180 ton ət idxal edib. Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu həcmdə ətin dəyəri 55 milyon 116 min ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 5 min 542 ton (18 %), dəyər baxımından isə 13 milyon 427 min ABŞ dolları (19,5 %) azdır. Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,4 %-ini təşkil edib.//Milli.Az

Read More
Gündəm 

Kremlin Azərbaycana qarşı isteriyası – Moskva tarixi dərsləri unudur

Azərbaycanla Ermənistanın barışıq istiqamətində atdığı real addım və bu tarixi hadisənin ABŞ prezidentinin iştirakı ilə Ağ Evdə baş verməsi rəsmi Kreml üçün şok effekti yaratdı. Azərbaycan üzərində siyasi, iqtisadi və hərbi-texniki təzyiq rıçaqlarına malik olmayan Moskva, bütün prokreml təbliğat kanallarında anti-Azərbaycan isteriyasına start verdi. Ardınca isə Rusiyanın müxtəlif bölgələrində Azərbaycan diasporunun nümayəndələrinə qarşı təzyiq və təqiblər başladı. Eyni zamanda, Ukraynada Azərbaycan dövlət neft şirkəti SOCAR-a məxsus enerji infrastrukturuna yenidən raket zərbələri endirildi. Əgər Kreml düşünürsə ki, bu yolla Azərbaycanı, onun rəhbərliyini və xalqını qorxuda bilər, o zaman onlar böyük səhv…

Read More
Gündəm 

Azərbaycan çörək ehtiyatını artırır – nəyə hazırlıq?

Rusiyadan asılılıq kəskin azalıb, əvəzində Qazaxıstandan idxal artıb; iqtisadçı deyir ki, dövlət əkin sahələrinin azaldığını gördükdən sonra daha çox ehtiyat yaratmaq qərarına gəlib Azərbaycan 2025-ci ilin ilk yarısında buğda idxalını 56% artırıb. Ekspertlər deyir ki, idxalın artması daxili istehsalın azalması və ya istehlakın kəskin yüksəlməsi kimi dəyərləndirilməməlidir. İqtisadi təhlillər idxalın artmasının daha çox dövlət ehtiyatlarının gücləndirilməsi məqsədi daşıdığını göstərir. Azərbaycan 2025-ci ilin ilk yarısında buğda idxalını ötən ilin eyni dövrü ilə müqayisədə 56% artırıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu dövrdə ölkəyə 602 255 ton buğda idxal edilib. Buğdanın dəyəri…

Read More
Gündəm 

Laçın şəhərinin azad olunması Zəfər tariximizin parlaq səhifəsidir

Azərbaycanın müasir tarixində şanlı səhifələrdən biri də Laçın şəhərinin və rayonunun işğaldan azad olunması ilə yazıldı. 1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Laçın, Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən strateji coğrafi mövqeyi ilə xüsusi əhəmiyyət daşıyırdı. Məhz bu səbəbdən Laçın işğal olunduqdan sonra Ermənistan Azərbaycan əraziləri üzərində nəzarətini genişləndirmək üçün əsas körpünü əldə etmişdi. Üç onillik ərzində Laçın faciəsi xalqımızın qəlbində ağır bir yara kimi yaşayırdı. 2020-ci ildə Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi qələbə nəticəsində Laçın rayonunun böyük hissəsi işğaldan azad…

Read More
Gündəm 

Laçın: Qədim mədəni irs

Laçın rayonu Azərbaycanın cənub-qərbində, Kiçik Qafqaz dağ silsiləsinin əhatəsində yerləşən, zəngin tarixi və mədəni irsi ilə seçilən bölgələrdən biridir. Bu ərazi qədim zamanlardan bəri insan məskəni olmuş, Albaniya və Atropatena kimi qədim dövlətlərin tərkibində yer almışdır. Rayonun ərazisində yerləşən Qaranlıq kaha, Bayqara mağaraları, Hoçaz kəndindəki mağara-məbəd və digər arxeoloji abidələr bu ərazinin qədim dövrlərdən bəri insan fəaliyyəti üçün əlverişli olduğunu göstərir. Laçın ərazisi, həmçinin, Qarabağ xanlığı və Zəngəzur qəzasının tərkibində olmuşdur. Bu bölgə, strateji mövqeyi və təbii sərvətləri ilə daim diqqət mərkəzində olmuş, müxtəlif dövrlərdə müxtəlif dövlətlərin maraq dairəsinə daxil…

Read More
Gündəm 

Laçın: İşğalın Ağrılı Tarixi və Azadlığın Parlaq Səhifəsi

Laçın rayonu Azərbaycanın cənub-qərbində, Kiçik Qafqaz dağ silsiləsinin əhatəsində yerləşən, zəngin tarixi və mədəni irsi ilə seçilən bölgələrdən biridir. Bu ərazi qədim zamanlardan bəri insan məskəni olmuş, Albaniya və Atropatena kimi qədim dövlətlərin tərkibində yer almışdır. Rayonun ərazisində yerləşən Qaranlıq kaha, Bayqara mağaraları, Hoçaz kəndindəki mağara-məbəd və digər arxeoloji abidələr bu ərazinin qədim dövrlərdən bəri insan fəaliyyəti üçün əlverişli olduğunu göstərir. Laçın rayonu 18 may 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində rayonun ərazisində yerləşən 13745 yaşayış evi qarət edilərək yandırılmış, 54 dünya və 200-dən çox yerli…

Read More
Gündəm 

Genişmiqyaslı quruculuq və təhsil infrastrukturunun bərpası

Laçın rayonunun azad edilməsindən sonra ölkə rəhbərliyinin tapşırığı və nəzarəti ilə burada genişmiqyaslı bərpa və quruculuq işlərinə start verilib. Xüsusilə təhsil infrastrukturunun bərpası və müasir tələblərə uyğun şəkildə yenidən qurulması bu prosesin mühüm hissəsini təşkil edir. Rayonun ərazisində ən irimiqyaslı təhsil layihələrindən biri Laçın rayon 2 nömrəli tam orta məktəbidir. Məktəb 510 şagird yerlik tutuma malikdir və üçmərtəbəli binasının ümumi sahəsi 4550 kvadratmetrdir. Təhsil müəssisəsində müasir tədris şəraitinin yaradılması üçün hər cür şərait mövcuddur. Belə ki, binada 24 yerlik 9, 18 yerlik 5 və 12 yerlik 4 sinif otağı fəaliyyət…

Read More
Gündəm 

Şuşa həbsxanasının taleyi necə olacaq? -RƏSMİ AÇIQLAMA

XIX əsrin ortalarında inşa edilmiş Şuşa həbsxanası tarixi əhəmiyyət daşıyan tikililərdən biridir və işgal dövründə erməni silahlı birləşmələri tərəfindən müxtəlif məqsədlərlə istifadə olunub. Modern.az Şuşa həbsxanasının gələcəkdə hansı istiqamətdə istifadə olunacağına dair məlumat əldə etmək üçün Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə sorğu ünvanlayıb. Saytımızın sorğusuna cavab olaraq Şuşa Şəhəri Dövlət Qoruq İdarəsindən bildirilib ki, hazırda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə həmin kompleksdə İşğal Muzeyinin yaradılması ilə bağlı layihə hazırlanma mərhələsindədir. Əlavə olaraq qeyd edilib ki, layihə çərçivəsində binanın tarixi və memarlıq xüsusiyyətləri nəzərə alınmaqla bərpa edilməsi, müasir muzey formatında…

Read More