Region Xəbərləri 

Böyük Qacar kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər. Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Böyük Qacar kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi. Son illərdə kənd qazlaşdırılıb, kəndin 2,5 km daxili yolları qum-çınqılla əsaslı təmir edilib, Böyük Qacar kəndində suvarma üçün 1 ədəd subartezian quyusu qazılıb istifadəyə verilib və 1-nin…

Read More
İdman Region Xəbərləri 

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev kikboksinq üzrə Avropa çempionatının 14 yaşlı qalibi ilə görüş keçirmişdir

Türkiyənin İstanbul şəhərində kikboksinq idman növü üzrə keçirilən Avropa çempionatında yeniyetmələr arasında Full-kontakt versiyası üzrə 48 kq çəki dərəcəsində I yeri tutmuş Mayılzadə Əli Raul oğlu ilə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev görüş keçirmişdir. Görüşdə icra başçısı Əli Mayılzadəni l yeri tutması münasibətilə təbrik edərək gələcək fəaliyyətində uğurlar arzulayıb və ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb. Sonda xatirə fotosu çəkilib və rayon rəhbəri təbrik məqsədilə Əli Mayılzadəyə 500 manat mükafat təqdim edib.

Read More
Region Xəbərləri 

Bərdədə şəhid Behbudlu Behbud Rübail oğlunun doğum günü qeyd olunub

Bərdənin Mustafaağalı kəndindən olan şəhidin doğum günü münasibətilə məzarı ziyarət edilib xatirəsi anılmışdır. Şəhid Behbudlu Behbud Rübail oğlu 09.09.2001-ci il tarixdə Bərdə rayon Mustafaağalı kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Kəlbəcərin azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə Əsgər Behbudlu Behbud Rübail oğlu ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişdir. Allahdan şəhidimizə rəhmət diləyirik!

Read More
Region Xəbərləri 

08 sentyabr Vətən müharibəsi şəhidi Şahmuraz Əyyub oğlu Hümbətzadənin doğum günüdür.

Sentyabrın 8-də Şorəlli kənd tam orta məktəbin kollektivi məktəbin şəhid məzunu Hümbətzadə Şahmuraz Əyyub oğlunun doğum günü ilə əlaqədar Şəhidlər Xiyabanında şəhidimizin məzarını ziyarət etmişlər,şəhidimizin məzarına gül dəstələri qoyulmuş,ruhuna dualar oxunmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Read More
Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskayanın Alpout ƏPT üzvləri ilə görüşü keçirilmişdir.

Görüşdən öncə rayon təşkilatının sədri Fəqət Şadlinskaya fəallarla birlikdə həmin ərazidə şəhidlərin xatirəsinə salınmış komplekslərə baş çəkmiş, önünə qərənfillər düzmüşdür. Alpout kəndinin mərkəzində keçirilən görüşdə F.Şadlinskaya xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulan dövlətçilik siyasətinin hazırda onun layiqli varisi ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışmış, ölkəmizin inkişafı nəticəsində daha yüksək nəticələr, uğurlar əldə edildiyinii qeyd etmiş, Azərbaycanın regionda əsas söz sahibi olduğunu vurğulamışdır. Fəqət Şadlinskaya Yeni Azərbaycan Partiyasının VII Qurultayından sonrakı dövrdə Partiyada aparılan islahatlar, görülən müsbət işlər barədə, ölkə Prezidenti, YAP-ın sədri, Müzəffər Ali…

Read More
Region Xəbərləri 

Bərdədə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının yetişdirilməsi müzakirə olunub+FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Ekoloji İnformasiya İctimai Birliyi tərəfindən həyata keçirilən “Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalının fermerlər arasında təbliği” layihəsinin icra planına uyğun olaraq Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində rayon fermerləri üçün seminar təşkil edilib. ARANTV.AZ xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Layihə rəhbəri Musa Muradlı bildirib ki, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsal gücünün artırılmasına böyük ehtiyac var. Əhalinin sağlamlığı baxımından keyfiyyətli qida məhsullarının istehlak olunması vacib məsələlərdəndir.…

Read More
Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskayanın Şatırlı kənd ƏPT üzvləri ilə görüşü keçirilmişdir + FOTOLAR

Bugün Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskayanın Şatırlı kəndində partiya fəalları ilə görüşü keçirilmişdir. Görüşdən öncə rayon təşkilatının sədri Fəqət Şadlinskaya fəallarla birlikdə həmin ərazidə şəhidlərin xatirəsinə salınmış komplekslərə baş çəkmiş, önünə qərənfillər düzmüşdür. Şatırlı kəndinin mərkəzində keçirilən görüşdə F. Şadlinskaya xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulan dövlətçilik siyasətinin hazırda onun layiqli varisi ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışmış, ölkəmizin inkişafı nəticəsində daha yüksək nəticələr, uğurlar əldə etdiyini qeyd etmiş, Azərbaycanın regionda əsas söz sahibi olduğunu vurğulamışdır. Qeyd etmişdir ki, ölkə…

Read More
Region Xəbərləri 

Qarabağ Regional DOST Mərkəzi fəaliyyətə başlayıb – FOTO

Bərdə şəhərində yerləşən Qarabağ Regional DOST Mərkəzində vətəndaşlara xidmət göstərilməsinə başlanılıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinindən (ƏƏSMN) məlumat verilib. Bildirilib ki, vətəndaşlar həftənin 5 günü saat 9:00-dan 18:00-dək mərkəzin xidmətlərindən yararlana bilərlər. Qarabağ Regional DOST Mərkəzində məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində “bir pəncərə” prinsipi ilə 15 istiqamət üzrə 159 xidmət göstərilir. Bu gün ərzində Qarabağ Regional DOST Mərkəzində 208 nəfər vətəndaşa xidmət göstərilib. Prezident İlham Əliyevin iştirakı ilə bu günlərdə açılışı olan Mərkəzin dördmərtəbəli binası ən yüksək tələblərə cavab verir. Burada 123 işçi çalışır, “Könüllü DOST” proqramı…

Read More
Region Xəbərləri 

MÜSTƏQİLLİYƏ GEDƏN YOL

“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir” bu müstəqilliyi qazanmaq heç də asan olmayıb. Öz ömrünü xalqına həsr etmiş Ulu Öndər Heydər Əliyev, doğma vətəninə qayıdaraq 1990-cı ildə Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetinə deputat seçildi. Bu dövrdə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər gördü. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Soveti üçrəngli cümhuriyyət bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı kimi təsbit olunması barədə qərar qəbul etdi. Həmin qərarda yeni dövlət rəmzlərinin – bayrağın, gerbin, himnin…

Read More
Region Xəbərləri 

Ulu Öndər Heydər Əliyevin siyasi institutların inkişafına verdiyi dəstək sayəsində müstəqil dövlətçilik ənənələrinin inkişafı prosesi başlandı.

Ulu Öndər Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilmişdir. Partiya Ulu Öndər ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Ulu Öndərin təcrübəsi və siyasi peşəkarlığı sayəsində YAP ölkənin ən böyük və effektiv siyasi qüvvəsinə çevrilmişdir. Bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu və inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Başqa sözlə, ölkəmizin inkişafında, gələcəyə əmin addımlarla irəliləməsində lider fenomeni müstəsna…

Read More