Bölgə Region Xəbərləri 

Ağdam rayonunda tikinti-söküntü tullantılarının təkrar emal edilməsinə başlanılıb-FOTO

İşğaldan azad edilmiş ərazilərin bərpasında yaşıl iqtisadiyyat prinsiplərinin tətbiqi məqsədilə özəl sektorla birlikdə tikinti-söküntü tullantılarının təkrar emalı layihəsinə başlanılıb. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Faiq Mütəllimov bildirib. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə dövri iqtisadiyyatın təmin edilməsi və təbii sərvətlərdən səmərəli istifadə olunması ilə bağlı qarşıya qoyulan hədəflərə uyğun olaraq, Ağdam rayonunun Kəngərli kəndinin bərpa və yenidənqurulması zamanı yaranan tikinti-söküntü tullantılarının təkrar emalına başlanılıb. “İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri nəticəsində tikinti və söküntü tullantılarının sayı xeyli artıb. Təşəbbüs ilk növbədə Ağdam rayonunda…

Read More
Region Xəbərləri 

Tolerantlığın və demokratik yanaşmanın təcəssümü

Prezident İlham Əliyev cari ilin 21 iyul tarixində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış edib, yerli və xarici media nümayəndələrinin suallarını cavablandıraraq mühüm bəyanatlar verib. Dövlət başçısının bu səfəri işğaldan azad edilən bölgələrin yenidən bərpası prosesi ilə tanış olmaqdan daha çox, siyasi xarakter daşıyırdı. Çünki dövlət başçısı səfəri çərçivəsində Xocalı rayonunun işğaldan azad edilən Çanaqçı və Sığnaq kəndlərində olub. Cənab prezident öz çıxışında Azərbaycan və Türkiyə qardaşlığının təkcə regionda deyil, dünyada məlum bir fakt olduğunu nəzərə çatdırdı. İki ölkə arasında olan mövcud…

Read More
Region Xəbərləri Təhsil 

Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır.

Heydər ƏLİYEV, Ümummilli lider Ulu Öndərin siyasi kursunun layiqincə davam etdirilməsi bu gün bütün sahələrdə olduğu kimi, uşaqlara olan diqqət və qayğıda, onların Vətənə layiqli övlad kimi yetişdirilməsində özünü büruzə verir. Uşaq – ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir. Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad kimi böyütmək çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. 22.07.2023- cü il tarixində Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan Bərdə şəhər 10 saylı körpələr evi-uşaq bağçası məzunlarının ” Məzun Günü” keçirildi. Sevindirici hal idi ki, 5-6 yaş…

Read More
Region Xəbərləri 

Diplomatik uğurlarımızın davamlılığına böyük töhfə

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri. Tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri dövlət başçısı İlham Əliyevin bütün çıxışlarının mahiyyətində dayanır. Ölkə Prezidenti bu hədəfi açıqlayır ki, hazırda iki istiqamət prioritetdir: Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsi, hərbi gücümüzün artırılması. İyulun 21-də keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyev çıxışında və tədbir iştirakçılarının suallarını cavablandırarkən bir daha bu məqama diqqəti yönəltdi. Bildirdi ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi mərhələlərə bölünüb. Böyük Qayıdış Proqramı qəbul…

Read More
Region Xəbərləri 

Bərdədə qəbul imtahanı iki mərkəzdə təşkil olunub

İyulun 23-sə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı, həmçinin I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə imtahan keçirilib. Dövlət İmtahan Mərkəzinin Bərdə regional bölməsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, imtahan Bərdə rayonu üzrə 2 mərkəzdə təşkil edilib. İmtahanın idarə olunmasına 2 ümumi rəhbər, 7 imtahan rəhbəri, 46 nəzarətçi-müəllim, 7 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunub. İmtahanlarda 570 abituriyentin iştirakı nəzərdə tutulub. İmtahan bütün binalarda eyni vaxtda 10:00-da başlanıb. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ…

Read More
Cəmiyyət Region Xəbərləri 

“Bərdə rayon mərkəzi xəstəxanasının dünəni, bu günü ,son 2 ili və hədəflərimiz, 22 iyul Milli Mətbuat günü ” ilə bağlı geniş tədbir keçirildi.

21.07.2023 Bərdə RMX-da “Bərdə rayon mərkəzi xəstəxanasının dünəni, bu günü ,son 2 ili və hədəflərimiz, 22 iyul Milli Mətbuat günü ” ilə bağlı Bərdə Rayon İcra Hakimiyyətinin,Bərdə rayon Prokurorluğunun, Bərdə rayon Polis şöbəsinin , Ağsaqqallar şurasının üzvlərinin, media nümayəndələrinin,fəal gənclər və rayon ictimaiyyətinin digər təbəqələrinin iştirakı ilə geniş tədbir keçirildi.Tədbiri açıq elan edən Bərdə RMX-nın direktoru V.Məmmədov qonaqları salamlayaraq tədbirin mahiyyəti və planı haqda məlumat verdi.Son 2 il ərzində görülmüş bərpa və quruculuq, İlkin səhiyyə xidmətinin, cərrahi xidmətin,doğum evi xidmətinin təkmilləşdirilməsi, bu sahələrdə aparılan yeniliklər, digər qurumlarda mütamadi icra olunan…

Read More
İdman Region Xəbərləri 

Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzində “Birlik” milli adət-ənənələr düşərgəsi keçirilib.

11-16 İyul 2023-cü il tarixlərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzində “Birlik” milli adət-ənənələr düşərgəsi keçirilib. Düşərgədə Bərdə gəncləri də fəal iştirak etmişdir. Düşərgənin keçirilməsində məqsəd zəngin mədəniyyətimizin tanıdılması, adət-ənənələrin yaşadılması və geniş təbliğidir. Düşərgə müddətində maraqlı və əyləncəli tədbirlər, o cümlədən gəzintilər, təlimlər, diskusiyalar, kukla teatrı, intellektual və milli idman oyunları keçirilib. Düşərgəyə respublikamızın müxtəlif bölgələrindən təhsildə fərqlənən gənclərlə yanaşı, şəhid və qazi övladları və aztəminatlı ailələrin övladları da daxil olmaqla 100 gənc cəlb olunub.

Read More