Region Xəbərləri 

Şəhidlərin ildönümlərində xatirələri anılıb

11 noyabr 2025-ci il tarixində Ağstafa rayonunda Vətən müharibəsi şəhidləri Abdullayev Nihat Adil oğlunun və Əlizadə Xəyal Nəsrəddin oğlunun ildönümlərində əziz xatirələri yad olunub.   Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, şəhidlərimizin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri Ağstafa şəhərində və Vurğun qəsəbəsində şəhidlərin məzarlarını ziyarət ediblər, önlərinə gül dəstələri düzüblər və ruhlarına dualar oxuyublar.   Allah bütün şəhidlərimizə rəhmət eləsin!   #ŞəhidlərimizəEhtiramla #ŞəhidlərÖlməz #VətənVarOlsun

Read More
Region Xəbərləri 

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü 

Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq edilib. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə minib.   Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni Konstitusiyasının hazırlanmasıdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası layihəsi hazırlanmışdır. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda…

Read More
Region Xəbərləri 

Ölkənin konstitusiya quruluşunun tarixi

Ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə ərsəyə gəlmiş və qəbul edilmiş Əsas Qanun ölkəmizin tarixində çox mühüm və taleyüklü tarixi hadisə olmaqla demokratiyamızın, dövlət suverenliyimizin, insan hüquq və azadlıqlarının təminatı sahəsində artıq bizə çox şey vermişdir. Bizim cəmiyyətin ən mühüm dəyərləri bu qanunun təməl prinsiplərini təşkil edir.   Konstitusiyamızda demokratik və hüquqi dövlət quruculuğunun əsasları göstərilmiş, hər bir vətəndaşın hüquq və azadlıqları, seçib-seçilmək hüququ, ölkənin siyasi və iqtisadi həyatıında fəal rolu təsbit olunmuşdur. Bizim milli Konstitusiya müasir dünyanın sivil dəyərlərinə və qanun yaradıcılığı praktikasına, milli və ümumbəşəri prinsiplərə söykənərək…

Read More
Region Xəbərləri 

9 noyabr – Azərbaycan dövlətinin rəmzinə hörmət və ehtiramın simvoludur

9 noyabr mənim üçün sadəcə bir tarix deyil Azərbaycan dövlətinə, rəmzlərimizə olan hörmətin, ehtiramın təcəssümüdür. 2009-cu il 17 noyabrda verilmiş qərara əsasən bu gün hər il ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur və rəsmi olaraq qeyri-iş günüdür. Bayraq Gününün kökü Azərbaycan Xalq Cümhuriyyətinə dayanır. 1918-ci ilin 9 noyabrında üçrəngli bayrağımız Bakıda keçirilən hökumət iclasında qəbul edilir və həmin binanın üzərində qaldırılır. Bu bayraq 1920-ci ilin aprel ayınadək dövlət bayrağı statusunda olub. Bayrağımızın rəngləri boşuna seçilməyib onun arxasında bütöv bir ideya dayanır: türkçülük, müasirlik və islamçılıq. Bu düstur XX əsrin…

Read More
Region Xəbərləri 

Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir

Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan Dövlətinin suverenliyinin rəmzidir. Möhtərəm Prezident cənab İlham Əliyevin sərəncamı ilə hər il 9 noyabr ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Milli Bayraq Gününün ölkəmizdə təntənə ilə qeyd olunması dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş 50 milyondan çox azərbaycanlının sonsuz sevincinə səbəb olmuşdur. Çünki bu əziz günün qeyd olunması bir millətin özünüdərki, qeyrəti, məsləki və əqidəsidir. Tarix sübut edir ki, dövlətin müstəqilliyini qoruyub saxlamaq onu qazanmaq qədər çətindir. Xalqımız öz tarixi müstəqilliyini bərpa etmək üçün uzun illər ərzində çox çətinliklərə sinə gərmiş, son dərəcə ağır faicələrlə üz-üzə…

Read More
Region Xəbərləri 

Müstəqilliyimizin və milli mənsubiyyətimizin müqəddəs rəmzi olan bayrağımız

Azərbaycanın üçrəngli Dövlət Bayrağı, sadəcə bir parıldayan parçadan ibarət deyil. O, millətimizin dövlətçiliyinin, azadlığının və müstəqilliyinin ən müqəddəs rəmzidir. Ulu Öndər Heydər Əliyev öz müdrik sözləri ilə bunu belə ifadə etmişdir: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.” Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən dövlət bayrağı kimi təsdiqləndi. Bu tarixi addımın arxasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin iradəsi dayanırdı. O özü xatırladırdı: “Biz…

Read More
Region Xəbərləri 

Müstəqilliyimizin simvolu

Artıq beş ildir ki, bütün tarixi günləri, bayramları Zəfər ovqatında qeyd edirik. 9 Noyabr- Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Sərəncamda da qeyd edildiyi kimi, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildi. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Azərbaycanın Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti…

Read More
Region Xəbərləri 

Bərdə rayonunda 8 Noyabr-Zəfər Gününün 5-ci ildönümü münasibətilə Şəhidlər xiyabanı ziyarət olunub.

8 Noyabr -Zəfər Gününün 5-ci ildönümü münasibətilə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya, hüquq-mühafizə orqanlarının rəhbərləri birlikdə 44 günlük Vətən müharibəsi zamanı öz qəhramanlıqları ilə Zəfərə yol açan igid Vətən oğullarının uyuduğu Şəhidlər xiyabanını ziyarət edərək, xatirə lövhəsi önünə güllər düzüblər. Eyni zamanda rayon rəhbəri xiyabanda görülmüş təmizlik və abadlıq işləri ilə yaxından tanış olub. Allah bütün şəhidlərimizə rəhmət etsin!

Read More
Region Xəbərləri 

Bərdə rayonunda Zəfər Gününün 5 illiyi münasibətilə bayram konserti keçirilib

8 Noyabr – Zəfər Günü ilə əlaqədar Bərdə Heydər Əliyev adına park-bulvarda Bərdə Rayon İcra Hakimiyyətinin və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə bayram konserti keçirilib. Konsertdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Milli Məclisin deputatı Xanlar Fətiyev, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə və təşkilatların əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları 8 noyabr – Zəfər Gününə həsr olunan rayon ümumtəhsil, peşə və incəsənət məktəblərinin şagirdlərinin rəsm və əl işlərindən ibarət “Zəfər sərgisi” nə baxış keçiriblər. Konsert qəhrəman…

Read More
Region Xəbərləri 

8 Noyabr Zəfər Günü münasibətilə Bərdə Rayon Mərkəzi Xəstəxanasında silsilə tədbirlər keçirilib

Tədbirdə tibb müəssisəsinin direktoru Vüsal Məmmədov, müavinlər, şöbə, bölmə müdirləri, şəhid ailələri, qazilər, veteranlar və tibb personalı iştirak edib. Tədbirin açılışı zamanı Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbir zamanı direktor və müavinlər çıxış edərək, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin xalqımızın şanlı tarixində əbədi iz qoyan, əsrlərlə yaddaşlardan silinməyəcək bir hadisə olduğunu vurğulayıb. Torpaqlarımızın işğaldan azad olunmasının, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasının Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış ən parlaq səhifələrdən olduğunu, bu…

Read More