Region Xəbərləri 

Bayramınız mübarək, əziz gənclər!

YAP Bərdə rayon təşkilatı Respublika Gənclər günü münasibəti ilə tədbir keçirib. Öncə tədbir iştirakları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər. YAP Bərdə rayon təşkilatının məsləhətçiləri Əlövsət Məmmədov və Nurayə Məmmədova çıxış edərək, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətindən, bugün Müzəffər Liderimiz cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbələrdən, gənclərə göstərilən diqqət və qayğıdan, gənclərin ölkənin ictimai-siyasi həyatındakı fəallığından, mədəniyyət, təhsil və digər sahələrdə əldə etdikləri uğurlarından danışıblar. Ölkədə gedən bütün siyasi kampaniyalarda gənclərin fəallığını qeyd edərək gəncləri…

Read More
Region Xəbərləri 

Polis əməliyyat tədbiri keçirdi: Bərdəyə qaçaqmalçılıqla narkotik gətirənlər həbs edildi -VİDEO

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Elcan Mirzəyev və Əhməd Əhmədzadə saxlanılıblar. Həmin şəxslərə məxsus 5 kiloqram marixuana aşkarlanaraq götürülüb. Onlar əvvəlcədən əlbir olaraq narkotiki İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə gətiriblər və Bərdə rayonunda satışını təşkil etməyi planlaşdırıblar. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Read More
Region Xəbərləri 

Xocalıya növbəti köç oldu – FOTOLAR

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Xocalı rayonunun Ballıca kəndinə, respublikanın müxtəlif ərazilərində çətin şəraitdə müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb.Bu mərhələdə Ballıca kəndinə 22 ailə – 94 nəfər köçürülüb. Bu gün kəndə çatan ailələrə evlərinin açarları təqdim olunub. Açarların təqdimat mərasimində, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.Ailələr açarları təhvil alıb və öz evlərində məskunlaşıblar.…

Read More
Region Xəbərləri 

Biz haqlı olaraq gənclərimizlə fəxr edirik

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Bu gün Azərbaycan gəncləri ən qürurlu günlərini yaşayır. Artıq tarixi Zəfərə imza atan, ərazi bütövlüyünü və suverenliyini tam təmin edən qalib ölkənin vətəndaşı olaraq üzərinə düşən məsuliyyətin böyüklüyünü dərk edərək daha səylə çalışır, uğurlarımızın davamlılığına töhfələri ilə diqqətdədirlər. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.  Vətən müharibəsində iştirak etmiş hər bir…

Read More
Region Xəbərləri 

Azərbaycanda nəqliyyat infrastrukturu sürətlə inkişaf edir.

Bu gün Azərbaycanın uğurlu inkişafı onu göstərir. Biz son bir neçə il ərzində dünya miqyasında ən sürətli inkişafa nail ola bilmişik. Ən sürətli inkişaf Azərbaycandadır. Dünya miqyasında bunu hamı görür, etiraf edir. Bizi istəməyənlər də məcburdurlar bunu etiraf etsinlər. Bakıya və bölgələrə gələn hər bir vətəndaş, hər bir xarici qonaq bu gözəlliyə, bu abadlığa, bu təmizliyə heyran qalır. Bunu biz yaratmışıq. Ona görə qəsəbələrin problemlərini də özümüz həll edəcəyik. Bugünkü müşavirə, ilk növbədə bu məsələlərlə bağlıdır və bu gün biz müzakirələr aparacağıq. Bakı şəhərinin, ətraf kənd və qəsəbələrin inkişafı ilə…

Read More
Region Xəbərləri 

Xocalıya növbəti köç olacaq-FOTO

Yanvarın 31-də Xocalı rayonunun Ballıca kəndinə növbəti köç baş tutacaq.Daha 23 ailədən ibarət 100 nəfər doğma yurda qayıdacaq. Kəndə köçəcək ailələrin siyahısı dəqiqləşdirilib. Köç karvanı respublikanın müxtəlif şəhər və rayonlarında ağır şəraitdə müvəqqəti məskunlaşmış ailələrdən ibarət olacaq.Ballıca kəndində dövlət başçısının göstərişi əsasında keçmiş məcburi köçkünlərin bərpa edilən fərdi yaşayış evlərində məskunlaşması üçün bütün şərait yaradılıb. Qeyd edək ki, bu günə qədər Xocalı rayonunun Ballıca kəndinə üç köç karvanı olub. Kənddə 68 ailə (373 nəfər) məskunlaşıb.

Read More
Region Xəbərləri 

Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub

Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən “Ford” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü P.Məhərrəmova “saxla” işarəsi verilib. Araşdırma zamanı onun narkotik vasitənin təsiri altında avtomobili idarə etdiyi aşkarlanıb. Sürücü barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən P.Məhərrəmov 15 gün müddətinə inzibati qaydada həbs olunub.

Read More
Region Xəbərləri 

Vətəndaşlar dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bərdə rayonu, Xəsili və Bərdə bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər ölkəmizə tarixi nailiyyətlər qazandırıb. “Sosial-iqtisadi və siyasi islahatların uğurlu nəticəsi olaraq dövlətimizin nüfuzu artıb, insanların rifahı daha da yüksəlib. Vətəndaşlar dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub”, – deyən rayon təşkilatının sədri seçiciləri növbəti dəfə Yeni Azərbaycan Partiyasına etimad göstərməyə dəvət edib.Seçki qərargahının üzvü Elməddin Əsgərxanov, bələdiyyə…

Read More
Region Xəbərləri 

Bərdə rayonunda ilkin tibbi-sanitariya yardımı ilə bağlı pilot layihəyə başlanılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və TƏBİB Bərdə rayonunda ilkin tibbi-sanitariya yardımının təkmilləşdirilməsinə dair birgə pilot layihəyə başlayır. Layihənin məqsədi əhalini ehtiyaclarına uyğun keyfiyyətli ilkin tibbi-sanitariya yardımı ilə təmin etməkdir. Layihənin təqdimatı ilə bağlı Bərdə rayon Mədəniyyət Mərkəzində tədbir keçirilib. Tədbirdə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, İdarə Heyəti sədrinin müşaviri İsa Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, İcraçı direktorun müavinləri Anar İsrafilov və Araz Nəsirov, Milli Məclisin deputatı Fatma Yıldırım və Bərdə Rayon Mərkəzi…

Read More
Region Xəbərləri 

Parlaq gələcək üçün…

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bərdə rayonu, Xanərəb bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib. YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya bildirib ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə siyasi sabitliyin qorunmasında əsas qüvvə kimi çıxış edir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə demokratik təsisatlar inkişaf etdirilir və siyasi plüralizmə şərait yaradılır. Təşkilat sədri, seçiciləri bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verməyə çağırıb. Tədbirdə çıxış edən Xanərəb bələdiyyəsi üzvlüyünə namizədlər Cavid Abdullayev və Mahizər Quliyeva partiyamızın bələdiyyələrin demokratik…

Read More