Bayramınız mübarək, əziz gənclər!
YAP Bərdə rayon təşkilatı Respublika Gənclər günü münasibəti ilə tədbir keçirib.
Öncə tədbir iştirakları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.
YAP Bərdə rayon təşkilatının məsləhətçiləri Əlövsət Məmmədov və Nurayə Məmmədova çıxış edərək, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətindən, bugün Müzəffər Liderimiz cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbələrdən, gənclərə göstərilən diqqət və qayğıdan, gənclərin ölkənin ictimai-siyasi həyatındakı fəallığından, mədəniyyət, təhsil və digər sahələrdə əldə etdikləri uğurlarından danışıblar.
Ölkədə gedən bütün siyasi kampaniyalarda gənclərin fəallığını qeyd edərək gəncləri bayram münasibətlə təbrik ediblər.
Sonra gənc YAP fəallarından Coşqun Tapqdıqlı, Sevinc Mustafayeva, Camal Allahyarov ölkəmizə qaliblik şərəfini yazdırmış Müzəffər Lider cənab İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu siyasətin gənclərin təhsilinə, məşğulluğuna, sosial rifahına və vətənpərvərlik ruhunda yetişməsinə böyük töhvə verdiyindən və ölkə Prezidenti ətrafında gənclərin sıx birliyindən danışıblar.
Sonda gənc YAP üzvləri xatirə şəkli çəkdiriblər.