Region Xəbərləri 

1 Avqust Azərbaycan əlifbası və Azərbaycan Dili Günü

Azərbaycan əlifbası və Azərbaycan Dili Günü, milli kimliyin, mədəni və tarixi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Hər il 1 Avqustda qeyd olunan bu gün, Azərbaycan dilinin və əlifbasının inkişafı və qorunması məqsədilə müxtəlif tədbirlərlə qeyd edilir. Azərbaycan dili Türk dillərinin Oğuz qrupuna aiddir və qədim zamanlardan bəri Azərbaycan xalqının ana dili olaraq istifadə olunmuşdur. Əlifbamızın tarixi də çox qədimdir. Əvvəllər Azərbaycan dilində ərəb əlifbasından istifadə olunmuşdur. Lakin XX əsrin əvvəllərində əlifba islahatlarına başlanıldı və 1929-cu ildə latın qrafikalı yeni əlifbaya keçid edildi. 1940-cı ildə…

Read More
Region Xəbərləri 

Azərbaycan dili dünya dilləri arasında öz layiqli yerini tutub

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir” söyləyən müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev, eyni zamanda, bu məqamı da böyük fəxr hissi ilə qeyd edirdi ki,  bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var. Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində  Ümummilli Liderin misilsiz xidmətləri olmuşdur. Belə ki, 1970-ci illərin ortalarından başlayaraq SSRİ-yə daxil olan respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirilmişdir.  Belə bir…

Read More
Region Xəbərləri 

Yevlaxda rayon sakinlərindən qanunsuz silahlar aşkarlanaraq götürülüb Video

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon sakinlərində olan qanunsuz silahların yığılması istiqamətində tədbirlər davam etdirilir. Son aylarda keçirilən tədbirlərlə müvafiq sənədləri olmayan 20 ov silahı aşkarlanaraq götürülüb. Bundan əlavə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində mülki silahın saxlanılması və daşınması ilə bağlı qayda pozuntusuna yol verən 8 nəfər də müəyyən edilib. Aşkarlanan qayda pozuntuları ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib olunub.

Read More
Region Xəbərləri 

Ağcabədidə rabitə kabellərini oğurlayan şəxs saxlanılıb VİDEO

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinə şəhər ərazisindəki rabitə kabellərinin oğurlanması barədə məlumat daxil olub. Keçirilən əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törədən yetkinlik yaşına çatmayan N.X. saxlanılıb. Onun şəhər ərazisindəki iki küçədən 367 metr uzunluğunda rabitə kabelini oğurlayaraq 4000 manatdan artıq ziyan vurduğu müəyyən edilib. Oğurlanmış kabellərin bir qismi maddi sübut kimi aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Aaraşdırmalar davam etdirilir

Read More
Region Xəbərləri 

Ana südünün faydaları və tətbiqi mövzusunda təlim keçirilib

27.07.2024-cü il tarixində Bərdə Rayon Mərkəzi Xəstəxanasının illik təlim planına əsasən “ Ana südünün faydaları və tətbiqi” mövzusunda təlim keçirilib. Təlimdə Doğum evinin böyük maması Dilşad Hacıyeva və digər tibb personalları iştirak ediblər. Təlimin keçirilməsində məqsəd “Ana südü ilə düzgün qidalanma təcrübələrinin artırılması və ilk ayda yalnız ana südü ilə qidalanmanın təmin edilməsi” olub. Təlim zamanı “ Əmizdirmənin texnikası və əhəmiyyəti”, “ Sağım və saxlama şəraiti”, “Xüsusi qablaşdırma”, “Ana südü ilə bağlı problemlər”, “İstirahətin əhəmiyyəti” mövzuları haqqında məlumat verilib. Təlim sual-cavab sessiyası ilə yekunlaşıb.

Read More
Hadisə Region Xəbərləri 

Yevlaxda polis narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni davam etdirir VİDEO

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində çətənə bitkisinin kultivasiyası ilə məşğul olan rayon sakini Rüstəm Abışzadə saxlanılıb. Onun evinin həyətyanı sahəsinə baxış zamanı aqrotexniki qulluq edilərək yetişdirilmiş 26 ədəd çətənə bitkisi və 6 kiloqram marixuana aşkar olunub. Keçirilən digər tədbirlə güclü təsiredici xassəyə malik narkotik vasitə heroinin qanunsuz dövriyyəsini təşkil edən Hafiz Məmmədov da saxlanılıb. H.Məmmədov ondan aşkarlanan heroini pul müqabilində Teymur adlı şəxsdən aldığını bildirib. Davam etdirilən tədbirlərlə Şirvan şəhər sakini Teymur Əkbərov da saxlanılıb. Ondan da külli…

Read More
Region Xəbərləri 

STRATE Jİ HƏDƏF

Ölkəmiz dinamik  sosial-iqtisadi  inkişafyolunda inamla irəliləyi, iqtisadi  yüksəliştempinə görə ilbəil böyük uğurlar qazanır. Azərbaycan Respublikası bu gün öz millimaraqlarını müvəffəqiyyətlə təmin etməyə qadir bir dövlət  kimi  müstəqil siyasət yürüdür, iri tutumlu layihələr həyata keçirir. Büdcə gəlirlərinin ildən-ilə əhəmiyyətli dərəcədəartması iqtisadi sahədə islahatların genişləndirilməsinə, sosial-mədəni modernləşməyə əlverişli şərait yaradır. Artıq Azərbaycan beynəlxalqproqramların,enerjilayihələrinin iştirakçısıdır.Ahəngdar iqtisadiinkişafrespublikanın hər yerindəözünü barizşəkildəgöstərir.Bugün Azərbaycanın  yeni  bir  intibah dövrünü yaşaması tarixi həqiqətdir. O da danılmaz  faktdır ki,bu  epoxanın  təməlində  ulu  öndər  Heydər  Əliyev  tərəfindən  əsası  qoyulmuş,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən yeni neft…

Read More
Region Xəbərləri 

Qaçıb kəndimizə getməyim gəlir

Hər bahar gələndə kövrəlirəm mən, Qaçıb kəndimizə getməyim gəlir. 2024-cü ilin may ayı. Bu bahar sabahı kəndimizə gedirəm. Dan yeri sökülür… Yaxın qohum-əqrabalarımla Ağdama, Kolanı elinə üz tuturuq. Qəlbi Vətənlə döyünən hər kəs adından yazıram. Xüsusi ilə də köçkün düşərək, illərlə doğmalaşan Bərdədə məskunlaşlaşan, böyüyüb, boya-başa çatan Fidan adından yazıram. Yolumuz Qarabağadır… içimdə bir təlatüm, üzümdə sevinc, qəlbimdə gizlətdiyim kədər yol boyu məni izlədi…İllərlə həsrətin çəkdiyim görüşə tələsirəm. Doğma ata-baba ocağıma 31 il sonra getmək qismətmiş. Ağdama əslində bu 31 ildə milyon dəfə getmişəm…amma ərşə çəkilən yuxularımda.. Hələ uşaqkən ayrıldığım…

Read More
Region Xəbərləri 

Səyyar Gənclər Xidməti Bərdə rayonunda gənclər üçün fəaliyyət göstərəcək

6 iyul 2024-cü il tarixində Bakıdan yola çıxan Səyyar Gənclər Xidməti avtobusunun Ağdaş və Göyçaydan sonra növbəti dayanacağı Bərdə rayonu olub. Bərdə rayonunda fəaliyyət göstərən Dövlət Peşə Təhsil Mərkəzində baş tutan açılış mərasimində ilk olaraq Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov çıxış edərək bildirib ki, gənclərin bilik və bacarıqlarının artırılması, onların karyera quruculuğuna dəstək və sağlam həyat tərzinin təbliği dövlət siyasətinin vacib istiqamətlərindən biridir. Bu layihə bu məqsədlərə çatmaq üçün mühüm rol oynayır. İcraçı direktor gənclərə daha çox dəstək olmaq və onların inkişafına töhfə vermək…

Read More
Region Xəbərləri 

Azərbaycanın böyük Zəfərinin müjdəçisi

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Azərbaycan mətbuatı özünün yeni inkişaf dövrünü yaşayır. 149 illik yolu uğurla qət edən mətbuatımızın inkişafından bəhs edərkən müstəqillik mərhələsi, daha dəqiq desək, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövr göz önünə gəlir. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi…

Read More