Ekoloji İnformasiya İctimai Birliyi növbəti ekoseminarını Zərdabda keçirib
“Ekoloji İnformasiya” İctimai Birliyinin təşkilatçılığı ilə iyulun 18-də zərdablı fermerlər üçün ekoseminar təşkil edilib . Tədbir Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “ Mərkəzi Aranda ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalına təşviq layihəsi çərçivəsində baş tutub. Ekoseminar iştirakçıları əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini ehtiram duruşu ilə yad ediblər. Tədbiri Zərdab rayon İcra Hakimiyyəti sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Şövqi Qafarov açaraq iştirakçı fermer və qonaqları salamlayıb. Bildirib ki, cari 2024-cü il ekoloji baxımdan ölkəmiz üçün əhəmiyyətli bir…
Read More