Region Xəbərləri 

Orduda xidmət etmək hər bir Azərbaycanlının şərəf borcudur.

26 iyun Azərbaycan Respublikasının Silahlı qüvvələrinin yaranması günüdür. Ümummilli lider Heydər Əliyev: “Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının Milli Ordusu – respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək üçün, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarının müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır” Azərbaycan vətəndaşları vətənpərvərdirlər. Bunu Azərbaycan oğulları dəfələrlə öz əməli ilə sübut edib. Hazırda gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin artırılmasında ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının rolu danılmazdır. Gənclər təşkilatıgənclər siyasətinin strateji bölməsidir ki, onun da əsası Ulu Öndər Heydər Əliyev tərəfindən 1994-cü ildə qoyulub. Məhz bundan sonra gənclərlə bağlı həyata keçirilən bütün islahatların birində milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi məsələsi hər zaman prioritet olub.Hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət gənclərin milli şüuru və…

Read More
Region Xəbərləri 

Silahlı Qüvvələrimizin modernləşdirilməsi əsasdır

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Döyüş bacarığı, hazırlığı, mübarizliyi ilə dünyanın hərb tarixinə yeni səhifə yazan Azərbaycan Ordusu Ulu Öndər Heydər Əliyevin “Biz hərb istəmirik, amma hərbə hazırıq” tezisini reallığa çevirdi. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz 106 yaşını qeyd etməyə hazırlaşan rəşadətli ordumuzun keçdiyi inkişaf yolunu, hansı imkanlara malik olduğunu dünyaya nümayiş etdirdi.  Ümummilli Lider daim bu çağırışı da edirdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü, qüdrətli ordunun olması mütləqdir. Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərindəki uğursuzluqlar ordu quruculuğu sahəsində də yaşandı və torpaqlarımızın işğalına səbəb…

Read More
Region Xəbərləri 

İnkluziv Platforma

Təbii ki, yeni dövrün yeni hədəfləri olmalıdır. Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi və indi bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər. Halbuki onların özlərinin o zəfərlərə heç bir aidiyyəti yoxdur. Yəni, biz o ölkələrdən olmaq istəmirik. Prezident İlham Əliyevin “Euronews”a verdiyi və Azərbaycanın yaşıl gündəliyini ehtiva edən müsahibəsi bu istiqamətdə bütövlükdə regionun perspektiv enerji xəritəsini müəyyənləşdirmək üçün mühüm əhəmiyyətə malikdir. Xüsusən Azərbaycanın COP29-a ev sahibliyi etməsi fonunda dünyanın təmiz enerjiyə transformasiya nəbzinin Azərbaycanda döyündüyünü…

Read More
Region Xəbərləri Təhsil 

NÖVBƏTİ PEDAQOJİ ŞURA KEÇİRİLİB

20.06.2024-cü il tarixdə növbəti pedaqoji şura iclası keçirildi. İlk öncə pedaqoji şura iclasının gündəlik məsələləri pedaqoji heyətin nəzərinə çatdırılıb. 2023-2024-cü il yanvar-mart ayı aralığı ərzində məktəb rəhbərliyi tərəfindən ayrı-ayrı fənlər üzrə keçirilmiş monitorinqlərin nəticələri, məktəbdənkənar işlərin təşkili, sağlam psixoloji işin təşkili barədə müzakirələr aparılıb.

Read More
Region Xəbərləri 

Bərdə polisi şəhid ailələrinə qurban sovqatı payladı -VİDEO+ FOTO

Bərdə Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə ümumi çəkisi 1 ton olmaqla qurbanlıq iribuynuzlu heyvanlar kəsilib. Bərdə rayon prokurorluğu və Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının iştirakı ilə rayonda yaşayan Vətən müharibəsi şəhidlərinin, qazilərin və aztəminatlı ailələrin ünvanlarına qurban əti çatdırılıb. Polis əməkdaşları ümumilikdə 250-dən artıq ailəyə qurban əti paylayıb, onları təbrik edib, problemləri ilə maraqlanıblar. Görüşlər zamanı Silahlı Qüvvələrimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq, qələbə əzmi barədə danışılıb, şəhidlərimizin əziz xatirəsi yad edilib. Şəhidlərimizin ailə üzvləri də göstərilən diqqət və qayğıya görə, asayiş keşikçilərinə öz minnətdarlıqlarını bildiriblər.

Read More
Region Xəbərləri 

BUGÜN ŞUŞADAYAM!!!…

BU YAZINI 08 MAY 2002-Cİ İLDƏ YAZMİŞDİM… MİN BiR HƏSRƏTLƏ… YANİB QOVRULA- QOVRULA… AMMA HƏM DƏ MİN BİR ÜMİDLƏ! ULU ÖNDƏR HEYDƏR ƏLİYEViN PARLAQ İDEYALARINA VƏ APARDIĞI MUDRİK UĞURLU SİYASƏTİNƏ HƏQİQİ ƏMİNLİKLƏ! QEYRƏTLİ OĞULLARIMIZIN İGİDLİYİNƏ SARSILMAZ İNAMLA!!! VƏ HƏR GÜN ARTAN BU ƏMİNLİK, BU İNAM TAM QƏLƏBƏNİ GÖRMƏK VƏ YAŞAMAĞIN ÖZÜ OLDU! REALLAŞDI! HƏM DƏ NECƏ… MÜZƏFFƏR LİDER CƏNAB İLHAM ƏLİYEVİN RƏHBƏRLİYİ İLƏ XALQ, İQTİDAR VƏ ORDUNUN DƏMİR BİRLİYİNİN ARD- ARDA BÜTÜN DÜNYA AZƏRBAYCANLILARINA BƏXŞ ETDİYİ MÖCÜZƏ QƏLƏBƏLƏRİN, ZƏFƏRLƏRİN XOŞBƏXTlİKLƏRİ İLƏ!!! ÇÜNKİ BU MÖCÜZƏ QƏLƏBƏLƏRİN, ZƏFƏRLƏRİN SEVİNDİRDİYİ HƏM DƏ ƏSL…

Read More
Region Xəbərləri 

Şuşa bəyannaməsinin yaratdığı reallıqlar.

Şuşa bəyannaməsi Qafqazda uzun illərdir davam edən münaqişəyə son qoymaq üçün atılan tarixi addımdır. Bu razılaşma sülh və barışıq istəyinin ifadəsi olaraq hesab edilir və diplomatik həll yollarının vacibliyini vurğulayır. Regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi istiqamətində beynəlxalq ictimaiyyətin və region ölkələrinin birgə səylərinin nəticəsi olan Şuşa Bəyannaməsi beynəlxalq əməkdaşlıq və diplomatiya yolu ilə həll yolunun axtarılmasının vacibliyini göstərir. Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında müttəfiqlik əlaqələrini daha da gücləndirdi. Bu saziş regionda sabitliyin və təhlükəsizliyin artırılması üçün birgə səyləri vurğulayaraq iki ölkə arasında strateji tərəfdaşlığı gücləndirir. Həmçinin Şuşa bəyannaməsinin mövcudluğu…

Read More
Region Xəbərləri 

Milli Qurtuluş günü ərəfəsində YAP Bərdə rayon təşkilatı tərəfindən YAP-a yeni üzv qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilmişdir.

Ulu öndər Heydər Əliyevin müdrik zəngin siyasi irsi və xilaskarlıq missiyasının nəticəsi və müstəqilliyimizin möhkəmləndirilməsinin sarsılmaz bünövrəsi olan Milli Qurtuluş günü ərəfəsində YAP- a üzv olmaq istəyənlərin sayı durmadan artır. Bu isə partiyamızin əbədi olmasını təmin edən şərtlərə mühüm töhfədir. YAP Bərdə rayon təşkilatının sədri müavini Elməddin Əsgərxanov, təşkilatın Aparatının məsləhətçisi Əlövsət Məmmədov, partiya fəalı, şəhər inklüziv təhsil komponentli gimnaziya tipli məktəbin direktoru Seymur İslamov bir qrup yeni uzvə partiyamızın üzvlük vəsiqələrini təqdim etmislər.

Read More
Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatı Milli Qurtuluş günü ilə bağlı tədbir keçirib.

Öncə YAP Bərdə rayon təşkilatının əməkdaşları və fəalları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər güllər düzərək əziz xatirəsinə dərin ehtiramlarını bildirmişlər. Sonra YAP rayon təşkilatının sədr müavini Elməddin Əsgərxanov Ulu öndər Heydər Əliyevin xalqımızı və dövlətimizi xilaskarlıq missiyasından danışmış, Milli Qurtuluş gününün tarixi əhəmiyyətindən bəhs etmişdir. Bildirmişdir ki, Milli Qurtuluş günü müstəqilliyimizin möhkəmləndirilməsinin və bugün torpaqlarımızın işğaldan azad edilməsinin sarsılmaz özülüdur. Sonra tədbir iştirakçılarından bir qrupu rayon Heydər Əliyev Mərkəzində olmuş, Ulu öndər Heydər Əliyevin həyatını, xilaskarlıq missiyasinı və zəngin irsini əks etdirən eksponatlarla tanış olmuslar. Milli…

Read More
Region Xəbərləri 

15 İyun- Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası tarixidir

Hər bir xalqın taleyində elə günlər olur ki, onlar tarixə qızıl hərflərlə yazılır.15 İyun-Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin ən əhəmiyyətli günlərindən biridir. Cəmiyyətin bütün təbəqələrinin nümayəndələri müasir Azərbaycanda sabitliyin, iqtisadi inkişafın, sosial rifahın, milli həmrəyliyin əsasının qoyulduğu Qurtuluş Gününü fərəh və məmnunluq, həmçinin minnətdarlıq hissi ilə qeyd edir. Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycan xaos, anarxiya və tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoydu. Məlum olduğu kimi, 1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin…

Read More