Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatı Milli Qurtuluş günü ilə bağlı tədbir keçirib.

Öncə YAP Bərdə rayon təşkilatının əməkdaşları və fəalları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər güllər düzərək əziz xatirəsinə dərin ehtiramlarını bildirmişlər. Sonra YAP rayon təşkilatının sədr müavini Elməddin Əsgərxanov Ulu öndər Heydər Əliyevin xalqımızı və dövlətimizi xilaskarlıq missiyasından danışmış, Milli Qurtuluş gününün tarixi əhəmiyyətindən bəhs etmişdir. Bildirmişdir ki, Milli Qurtuluş günü müstəqilliyimizin möhkəmləndirilməsinin və bugün torpaqlarımızın işğaldan azad edilməsinin sarsılmaz özülüdur.
Sonra tədbir iştirakçılarından bir qrupu rayon Heydər Əliyev Mərkəzində olmuş, Ulu öndər Heydər Əliyevin həyatını, xilaskarlıq missiyasinı və zəngin irsini əks etdirən eksponatlarla tanış olmuslar.
Milli Qurtuluş günü münasibətilə YAP-a yeni üzv qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilmişdir.

Daha çox xəbərlər