Region Xəbərləri 

DÜNYANIN ən böyük EHTİYACIdır ANA NƏFƏSİ!!!

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Bir udumluğunun qiymətinin bənzəri yox! Qayğısı, sevgisi könüllərə rövnəq, dərdlərə məlhəm! Məhəbbəti kainatı qızdıran günəş! Qaranlığa işıq! Zərifliyi möhkəmliyin, dəyanətin simvolu! YOXLUĞU… YOXLUĞU isə bizi bizdən alan… ürəyimizin ney çırpıntısı… sarı simi… Hər bayram gələndə, hər xoş günümüzdə ürəyimizin ürəyinə, gözlərimizin gözlərinə, əllərimizin əllərinə, bütövlükdə dünyamızın nəfəsinə… darixib yanıb qovrulduqlarımız… Beləcə, təbrik əvəzinə arzulayırıq: Ulu Tanrı məkanınızı əbədi cənnət eləsin!.. Və… anasını təbrik şansı olanlar! Bu günlərin qədrini bilin! Analı dünyanın hər günü bayramdır! Bayramlı günləriniz heç bitməsin, tükənməsin!!!

Read More
Region Xəbərləri Təhsil 

8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirildi

Bu gün 7 nömrəli tam orta məktəbdə 8mart-Beynəlxalq Qadınlar gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Mehparə.Mustafayeva8 Mart -Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edərək bildirmişdir ki, Azərbaycan qadını hər zaman özünün müdrikliyi, işgüzarlığı və saflığı ilə seçilmiş, Şərqdə ilk dəfə seçki hüququ da Azərbaycan qadınına verilmişdir. Bununla da ölkəmizdə qadına verilən qiymət bir daha öz təsdiqini tapmışdır. Sonra məktəblilər müxtəlif səhnəciklər təqdim etmiş, şeir və mahnılar səsləndirmişlər.

Read More
Region Xəbərləri 

Qarşıya qoyulan bütün hədəflər uğurla həll olunacaq.

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları başa çatsa da gündəmə gətirilən məsələlər ətrafında müzakirələr bu gün də davam edir. Hər bir tədbir mahiyyəti, gələcəklə bağlı müəyyənləşdirdiyi hədəfləri ilə diqqətdə olur. Bu toplantı bir daha Azərbaycanın enerji diplomatiyasının uğurlarını dünyaya təqdim etdi. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayan Azərbaycan iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ilə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirir. Bu gün ölkəmizin etibarlı tərəfdaş kimi…

Read More
Region Xəbərləri 

Bərdədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın növbəti tədbiri keçirilmişdir

Bərdə RİH yanında yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın üzvü, şəhər 2 saylı kitabxananın müdiri Nərgiz Cəfərovanın təşkilatçılığı ilə Bərdə Elektron kitabxanada “Qadın həmrəyliyi və qadınların cəmiyyətdə rolu” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Nərgiz Cəfərova bildirib ki, Azərbaycan qadınları yüzillər boyu formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin, mənəviyyatımızın ən etibarlı qoruyucusu və dayağı olub. Azərbaycanın müsəlman şərqində qadına seçmək və seçilmək hüququnu verməsi isə tarixi bir ilkdir. Qadınlarla bağlı siyasətin gücləndirilməsini dövlətin mühüm prioritet vəzifələrindən biri hesab edən Ümummilli lider Heydər Əliyev “Azərbaycan…

Read More
Region Xəbərləri 

Yeni Azərbaycan Partiyası – dünənin, bu günün və gələcəyin partiyasıdır

Əsası Azərbaycan xalqının Ümummilli Lideri, Ulu öndər H.Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası (YAP) 32 ildən çoxdur ki, Azərbaycanın siyasi səhnəsindədir və ölkənin hərtərəfli inkişafı üçün üzərinə götürdüyü bütün missiyaları mükəmməl şəkildə yerinə yetirməkdədir. Hakim Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Yeni Azərbaycan Partiyasının yaradılması müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda hakimiyyətin milli maraqlara zidd siyasəti nəticəsində ölkədə ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün hökm sürdüyü dövrə təsadüf edir. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik…

Read More
Region Xəbərləri 

İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib

“Euronews”: Xahiş edirik, ilk növbədə, bizə bugünkü tədbirlərin enerji sənayesi üçün əhəmiyyətindən, Cənub Qaz Dəhlizinin uğurlu istismarı və inkişafındakı nailiyyətlər və gələcək addımlar barədə danışasınız. Prezident İlham Əliyev: Bilirsiniz ki, biz bu layihəyə başlayanda bunun necə olacağına dair çoxlu müxtəlif ideyalar var idi. Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik. Lakin biz əzmli idik və bilirdik ki, bunu etmək mümkündür. Ancaq bizim geniş beynəlxalq əməkdaşlığa ehtiyacımız var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək…

Read More
Region Xəbərləri 

Bərdə Rayon İcra Hakimiyyətinin başçısının rayonun Körpüsındıran kəndində səyyar qəbul-görüşü keçirildi

Görüşdə rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak etmişlər. Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində, həmçinin Körpüsındıran kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verdi. Daha sonra RİH başçısı Vidadi İsayev görüşdə iştirak edən sakinlərin kənddə 1 ədəd artezian quyusunun qazılması, qəzalı vəziyyətdə olan elektrik dirəyinin yenisi ilə əvəz olunması, təbii qaz boru xəttinin yerinin dəyişdirilməsi, birdəfəlik maddi…

Read More
Region Xəbərləri 

YAP yeni hədəflərə doğru inamla irəliləyir

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Hər bir tarixi məqam keçilən yolun təhlilinə çağırış edir. Bu baxımdan Yeni Azərbaycan Partiyasının VII qurultayından ötən üç ilin təhlili  bu ümumiləşdirməyə əsas verir ki, sözlə əməl birliyi, tutduğu yola sadiqlik, “Güclü dövlət, yüksək rifah” prinsipi partiyanın uğurlarının davamlılığını şərtləndirir. Yeni Azərbaycan Partiyası müasir müstəqil Azərbaycanın siyasi həyatının bütün mərhələlərində tarixi missiyasını gerçəkləşdirməklə davamlı uğurlara imza atır.  Bugünkü reallıqların fonunda partiyanın yarandığı dövrə nəzər salsaq tarixin sınaqlarından şərəflə çıxaraq zəngin yol keçdiyini, Azərbaycanın hər bir uğurunda öz payı olduğunu böyük əminliklə qeyd edə bilərik.…

Read More
Region Xəbərləri 

Cənub Qaz Dəhlizi uğurla icra olunur

Azərbaycan müstəqil və yüksək iqtisadi potensialından səmərəli istifadə etməyi bacaran bir ölkədir. Bu baxımdan ölkəmizin bütün xarici siyasəti milli maraqlarımıza xidmət edir. Azərbaycan beynəlxalq əməkdaşlıqda ən etibarlı tərəfdaş və enerji təminatçısıdır. Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizlik məsələsidir. Ölkəmizin Albaniya ilə müxtəlif sahələrdə fəal əməkdaşlıq etməsi, fəal siyasi dialoqumuzun olması və hər iki ölkənin bir-birini beynəlxalq təsisatlarda dəstəkləməsi Azərbaycan və Albaniyanın iki dost ölkə olmasının təzahürüdür. Prezident İlham Əliyev cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin…

Read More