Təhsil 

“Bu gün prestij zahiri görünüş və ya dəbdə olmaqla deyil” – Məleykə Abbaszadə

“Bu gün prestij artıq zahiri görünüş və ya dəbdə olmaqla deyil, faydalı olmaq, problemləri həll etmək və işini peşəkarcasına yerinə yetirməklə ölçülür. Əgər əvvəllər prestij vizual təəssüratla əlaqələndirilirdisə, indi insanın cəmiyyətə verdiyi real dəyər əsas göstərici hesab olunur”. Musavat.com-un xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi “PeşəFest” festivalının yekun tədbirində deyib. DİM sədri qeyd edib ki, gənclər peşə seçərkən nüfuz anlayışına yenidən baxmalıdırlar. O, süni intellektin və dördüncü sənaye inqilabının əmək bazarına təsirinə diqqət çəkib: “Artıq bəzi peşələr yoxa çıxır,…

Read More
Təhsil 

Sumqayıtda gimnaziya şagirdləri sinifsiz qalıb – Dərslər emalatxanada keçirilirVİDEO

Sumqayıt şəhərində yerləşən Təbiət Elmləri Təmayüllü Gimnaziyanın şagirdləri hazırda sinif otaqlarından məhrum vəziyyətdədirlər. “Yeni Müsavat”a müraciət edən valideynlər bildiriblər ki, bir neçə həftə əvvəl təhsil ocağında qəza baş verib və bundan sonra məktəbin dərhal təmirə bağlandığı açıqlanıb. Valideynlərin sözlərinə görə, məktəbin bağlanmasından iki həftə keçsə də, gimnaziyanın şagirdləri üçün uyğun tədris binası hələ də tapılmayıb: “Şagirdlərin təhlükəsizliyi üçün köçürülmə zəruri idi, amma indi uşaqlarımız dərsə haraya gedəcəyini bilmir. Sanki Sumqayıtda məktəb yoxdur. Nəticədə gimnaziyanın şagirdlərini İstedad liseyinə göndəriblər. Lakin oradakı şərait gimnaziyanın özündən də pisdir”. Məlumatda qeyd olunur ki, gimnaziyanın…

Read More
Təhsil 

Azərbaycanda ali təhsil müddəti azaldılmalıdır: Səbəbləri açıqlandı

Gürcüstan hökuməti ali təhsilin müddətini 6 ildən 4 ilə endirməyə qərar verib. Yeni modelə görə, bakalavr təhsili 3, magistratura isə 1 il olacaq. Türkiyədə də oxşar islahat ideyası artıq gündəmə gətirilib. Bununla da ali təhsil sisteminin daha çevik və praktik əsasda qurulması müzakirə olunur. Bəs Azərbaycanda bu mümkündürmü? Hazırda ölkədə bakalavr təhsili 4, magistratura isə 2 il davam edir. Təhsil sistemində dəyişikliklər edilərsə, bu, təhsilin keyfiyyətinə necə təsir göstərə bilər? Əgər müddət qısaldılsa, proqramlar sıxlaşdırılmalıdırmı, yoxsa daha çevik və praktik modellərə keçid lazımdır? Təhsil eksperti Kamran Əsədov məsələ ilə bağlı Publika.az–ın suallarını…

Read More
Təhsil 

“Tədris müddəti bakalavrda 3 il, magistraturada 1 il olsun” – İLGİNC TƏKLİF

“Hazırda Azərbaycanda bakalavr pilləsi 4 il, magistr pilləsi isə 2 ildir. Bu model sovet dövrünün strukturundan qalma bir çərçivəni xatırladır. Amma müasir reallıqlarda 6 illik ali təhsil xüsusilə sosial və humanitar ixtisaslarda gənclərin peşə fəaliyyətinə keçidini ləngidir, əmək bazarında gənc işçi çatışmazlığı yaradır. Dövlət Statistika Komitəsinin 2024-cü il hesabatına əsasən, bakalavr məzunlarının 57 faizi məzun olduqdan bir il ərzində ixtisası üzrə iş tapa bilmir. Bu, təkcə iş yerlərinin azlığından deyil, həm də tədris proqramlarının əmək bazarının real tələblərinə cavab verməməsindən qaynaqlanır”. Bu sözləri Musavat.com-a açıqlamasında təhsil mütəxəssisi Kamran Əsədov deyib. Mütəxəssisin fikrincə, 4-cü –…

Read More
Təhsil 

Dərsliklərdə Çətinlik: Təhsilə Ayrılan Milyonlar Boşa Gedirmi?

“2025-ci ildə Azərbaycanda dərsliklərin yenilənməsi üçün 13 milyon manat vəsait ayrılıb. Lakin milyonlarla manatlıq xərclərə baxmayaraq, dərsliklərin elmi-pedaqoji keyfiyyəti, psixoloji uyğunluğu və praktik tətbiqi hələ də ciddi sual doğurur. Mövcut dərsliklər ya sovet dövründən qalıb, ya da köhnə kserokopiya surətləri ilə tələbələrə təqdim olunur. İbtidai sinif dərsliklərində ağır lüğət, mürəkkəb cümlə quruluşu və informativ yük şagirdlərin psixoloji inkişafına uyğun deyil, bu isə öyrənmədən soyumağa gətirib çıxarır. Riyaziyyat, informatika və coğrafiya dərsliklərində isə anlayışlar arasındakı məntiqi əlaqələr yetərli qurulmayıb, vizual materiallar isə keyfiyyətsiz və qavramağa çətinlik yaradır”. Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti…

Read More
Təhsil 

Şagird və müəllimlərin nəzərinə! – YENİLİK

“Hazırda tətbiq etdiyimiz “Rəqəmsal məktəb” platformasında yaxın gələcəkdə şagird və müəllimlərə dəstək məqsədilə iki süni intellekt agenti istifadəyə veriləcək”. Bu fikirləri Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “CBC Azərbaycan” kanalında yayımlanan “Davamlılıq və inkişaf” verilişində səsləndirib. O bildirib ki, Elm və Təhsil Nazirliyinin bütün fəaliyyəti şagirdləri onların gələcək peşə fəaliyyətlərinə hazırlamağa yönəlib: “Bu gün artıq elə bir sahə yoxdur ki, o sahəni, o cümlədən təhsili süni intellektsiz təsəvvür etmək mümkün olsun. Yaxın gələcəkdə süni intellekt bir çox peşələri əvəz edəcək. Əslində, bu işləri süni intellektin özü yox, onu mənimsəmiş…

Read More
Region Xəbərləri Təhsil 

Ağdamda Beynəlxalq Müəllimlər Günü qeyd olundu

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Ağdamda 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.   Tədbirdə rayonun müxtəlif ümumtəhsil məktəblərindən 20 nəfər müəllim iştirak edib. Çıxışlarda müəllimlik peşəsinin müqəddəsliyi, cəmiyyətin və gələcək nəsillərin formalaşmasında müəllimlərin rolu xüsusi vurğulanıb.   Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinin sədri Tamerlan Hüseynov tədbirdə çıxış edərək müəllimlərin əməyinə göstərilən diqqət və qayğının dövlət siyasətində mühüm yer tutduğunu qeyd edib. O, həmçinin Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayevə müəllimlər adından təşəkkürünü çatdırıb.…

Read More
Təhsil 

Məktəblərdə dərslərin müddəti 40 dəqiqə olacaq? (RƏSMİ)

Son günlər sosial şəbəkələrdə və mediada məktəblərdə dərs müddətinin 45 dəqiqədən 40 dəqiqəyə endiriləcəyi ilə bağlı yayılan xəbərlər geniş müzakirələrə səbəb olub. Modern.az məsələ ilə əlaqədar olaraq Elm və Təhsil Nazirliyi ilə əlaqə saxlayıb. Sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nə əsasən, ümumi təhsil müəssisələrində dərslərin davametmə müddəti 45 dəqiqədən az olmamalıdır. Əlavə olaraq qurumdan verilən məlumata görə, dərslər arasında fasilənin müddəti 5-10…

Read More
Təhsil 

Bağçalarda nə baş verir? – Qidalanma ilə bağlı ŞOK İDDİALAR

Ağcabədinin Pərioğullar kəndində yerləşən körpələr evi-uşaq bağçasında uşaqlara yalnız quru çörək və su verildiyi iddia olunur. Bu barədə kənd sakini bağçada xadimə kimi çalışan Afiqə Şirinova videomateriallar təqdim edib. O, bağçada qanunsuzluqların son 5 ildə artdığını və ən ciddi problemin uşaq yeməklərinin azaldılması olduğunu deyir. Məsələ ilə bağlı bəzi valideynlər də narahatlıqlarını ifadə ediblər. Bağçanın aşpazı Solmaz Bədəlova isə bildirib ki, yemək paylanması hər gün gələn uşaqların sayına uyğun tənzimlənir. Bağçanın müdiri Gülnarə Axundova səhhətinə görə açıqlama verməsə də, səsləndirilən ittihamları tamamilə əsassız sayır./Milli.Az

Read More
Təhsil 

Azərbaycanda dərs rejimi dəyişir? – “Dərslər 40, tənəffüslər 10 dəqiqə”

“Məktəblərdə dərs və fasilə müddətinin optimallaşdırılması şagirdlərin diqqətini, öyrənmə keyfiyyətini və ümumi nəticələrini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Tədqiqatlar göstərir ki, şagirdin diqqəti 45 dəqiqəlik dərs müddətində tədricən azalır və fasilələrlə bərpa olunur”. ARANTV.AZ  xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, ABŞ-də aparılan araşdırmalara görə (Bunce, 2010), dərs zamanı şagirdlərin diqqəti dalğavari şəkildə enib-qalxır. Eyni zamanda, psixologiya üzrə genişmiqyaslı meta-təhlillər (Cepeda, 2006) “spaced practice” – yəni öyrənmənin qısa bloklara bölünməsinin daha effektiv olduğunu sübut edir: “Başqa bir araşdırmada isə Pellegrini (2008) qeyd edir ki, fasilələr öyrənməni…

Read More