Ağdamda Beynəlxalq Müəllimlər Günü qeyd olundu
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Ağdamda 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə rayonun müxtəlif ümumtəhsil məktəblərindən 20 nəfər müəllim iştirak edib. Çıxışlarda müəllimlik peşəsinin müqəddəsliyi, cəmiyyətin və gələcək nəsillərin formalaşmasında müəllimlərin rolu xüsusi vurğulanıb.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinin sədri Tamerlan Hüseynov tədbirdə çıxış edərək müəllimlərin əməyinə göstərilən diqqət və qayğının dövlət siyasətində mühüm yer tutduğunu qeyd edib. O, həmçinin Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayevə müəllimlər adından təşəkkürünü çatdırıb.
Sonda tədbir iştirakçılarına hədiyyə və mükafatlar təqdim olunub.