Təhsil 

Məktəblərin bağlanma vaxtı dəyişir? – AÇIQLAMA

“Azərbaycanda məktəblərdə buraxılış sinifləri aprel, may aylarından imtahanları verib bitirib”. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib. Onun sözlərinə görə, dərslərin iyunun 15-nə kimi uzadılması mənasızdır. “Uşaqları xaricdə təhsilə, xaricdə dini təhsilə yönəltməmək üçün bu məsələlərə diqqət etməliyik”./Sfera.az

Read More
Təhsil 

Məktəblərdə yay tətili qısaldılır?

“Məktəblərdə tədris müddətinin artırılması və yay tətilinin qısaldılması məsələsi cəmiyyət üçün sadəcə təqvim dəyişikliyi deyil, həm də pedaqoji və sosial nəticələri olan ciddi qərardır”. Bu sözləri AzEdu.az-a açıqlama verən Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov qeyd edib. Ekspertin sözlərinə görə, sosial şəbəkələrdə yay tətilinin uzunluğu ilə bağlı səsləndirilən: “bizdə 3 ay, Avropada isə cəmi 6-7 həftədir” fikri haqlı görünə bilər: “Ancaq bu müqayisələr kontekstdən kənar aparıldığı zaman yanıldıcı olur. Tədris müddətinin artırılması yalnız rəsmi günlərin çoxalması ilə deyil, bu müddətin nə dərəcədə effektiv istifadə olunduğu ilə ölçülür. Statistik…

Read More
Təhsil 

Azərbaycanda bu məktəb şagird sayına görə BAĞLANIR – İDDİA

“Biləsuvarda məktəbin bağlanması ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir”. Bu barədə Lent.az-a Şirvan Salyan Regional Təhsil İdarəsindən məlumat verilib. Qeyd olunub ki, Biləsuvar rayonu Nərimankənd kənd ümumi orta ümumtəhsil məktəbinin bağlanması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir. Həmin təhsil müəssisəsi 2025–2026-cı tədris ilində də fəaliyyətini davam etdirəcək. Hazırda həmin məktəbin bağlanması gündəmdə deyil.

Read More
Təhsil 

Müəllimlərin sertifikasiya imtahanlarının QRAFİKİ

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 18-20, 24 və 25 iyun tarixlərində təşkil olunacaq. Bu barədə Musavat.com-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Test imtahanı mərhələsinin vaxtı və yeri barədə məlumatlar iştirkçıların şəxsi kabinetlərinə göndərilib. Müəllimlər portal.edu.az platformasından qeydiyyatdan keçərək, “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatlarla tanış ola bilərlər. Portal.edu.az platformasının “Sertifikatlaşdırma” altsistemindən istifadə üçün hazırlanmış təlimat videosuna keçidə daxil olaraq baxa bilərsiniz: https://youtu.be/lpLKFasQtm4 Qeyd edək ki, cari ildə təşkil olunacaq sertifikatlaşdırılma prosesində kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif,…

Read More
Təhsil 

4 və 6 sinif şagirdləri bu il ilk dəfə imtahan verəcək

4-6-cı sinif şagirdləri üçün monitorinq imtahanları keçiriləcək, bu, tədrisin keyfiyyəti üçündür. Lent.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, monitorinq imtahanlarında 300 minə yaxın şagird iştirak edəcək: “İlk dəfə bu il 10 minə yaxın şagird bu imtahanları elektron qaydada verəcək”.

Read More
Təhsil 

Magistratura imtahanının nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 11 may 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib. Bu barədə Musavat.com-a DİM-dən məlumat verilib. İmtahan nəticələri ilə buradan tanış ola bilərsiniz. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Qeyd edək ki, yekun imtahan balı xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq. Xatırladaq ki, iştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse üzrə isə maksimal 5…

Read More
Təhsil 

Bakı məktəblərində oxuyanlar niyə 300-dən az bal toplayıb?

Paytaxtın təhsil müəssisələrində şagirdlərin əksəriyyəti yalnız formal olaraq dərslərdə iştirak edir; ekspert deyir ki, əgər belə davam edərsə… 2024-cü ildə Bakının ümumtəhsil müəssisələrini 28203 şagird bitirib və onların 28115 nəfəri buraxılış imtahanında iştirak edib. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, məzunların 3073 nəfəri 500-dən, o cümlədən 964 nəfəri 600-dən yuxarı bal toplayıb.  Məlumata görə, məzunların 8.24%-i (1798 nəfər) 0-100 intervalında, 23.82%-i (5197 nəfər) 100-200 intervalında,  21.83%-i (4763 nəfər) 200-300 intervalında, 32.03%-i (6988 nəfər) 300-500 intervalında, 14.08%-i (3073 nəfər) 500-dən yuxarı bal toplayıb. Beləliklə, şəhərin abituriyentlərinin yalnız 46.11%-i 300-dən yuxarı bal toplayıb. …

Read More
Təhsil 

Müəllim + TikTok = Yeni təhsil modeli?

Məlum olduğu kimi, TikTok Elm və Təhsil Nazirliyinin dəstəyi ilə müsabiqə elan edib. Müsabiqədə həm məktəb müəllimləri, həm də kolleclərin və ali təhsil müəssisələrinin müəllimləri iştirak edə bilərlər: bunun üçün onlar tədris etdikləri fənlə bağlı maarifləndirici videolar hazırlayıb platformada paylaşmalıdırlar. İlk dəfə keçirilən bu müsabiqə ictimaiyyətdə müzakirələrə səbəb olub. ARANTV.AZ  xəbər verir ki, təhsil eksperti Kamran Əsədov məsələyə bu cür mövqe bildirib: “Elm və Təhsil Nazirliyinin müəllimlərə dərslərlə bağlı videoları TikTok-da paylaşmaqla bağlı çağırışı müasir dövrün təhsil modelinə atılmış cəsarətli addımdır. Bu təşəbbüs müəllimin sinif otağından çıxaraq cəmiyyətin geniş kütlələrinə…

Read More
Təhsil 

Məleykə Abbaszadəyə gedən 10 mindən çox şikayət – səbəblər

Kamran Əsədov: “DİM bu səhvlərə görə heç bir məsuliyyət daşımır və sistem cəzasızlıq mühitində fəaliyyətini davam etdirir” Dövlət İmtahan Mərkəzinin məlumatına görə, bu il 2 və 9 martda keçirilən 11-ci siniflərin buraxılış imtahanın nəticələri elan edildikdən sonra ümumilikdə 10 min 981 nəfər apelyasiya müraciəti edib (Modern.az). Onlardan 6305-i 2 mart, 4676-sı isə 9 mart tarixində keçirilən buraxılış imtahanında iştirak edənlərdir. Qeyd edək ki, apelyasiya baxışından sonra abituriyentlərin ballarındakı dəyişiklik may ayının sonunadək sistemdə görünəcək. İmtahan nəticələri açıqlandıqdan sonra 1-3 iş günü ərzində apelyasiya üçün müraciət edilə bilər. Proses elektron qaydada,…

Read More
Təhsil 

Təhsil və ailə: Uşaqların ailə dəstəyindən faydalanaraq uğur qazanması

Müasir dünyada təhsilin fərdi və ictimai inkişaf üçün əsas prioritetlərdən biri olduğu artıq qəbul edilib. Lakin təkcə məktəb və müəllimlərin səyi ilə yüksək nəticələr əldə etmək bəzən mümkün olmur. Burada ailənin – uşağın ilk sosiallaşma mühiti və mənəvi dayağının rolu əvəzolunmazdır. Ailə yalnız övladının yemək, geyim və sığınacaq kimi fiziki ehtiyaclarını ödəyən bir institut deyil, həm də onun emosional, intellektual və sosial inkişafına yön verən ən mühüm təsir faktorudur. Uşağın uğurla məktəbə başlaması, dərslərə münasibəti, müəllimlərlə və həmyaşıdlarla ünsiyyəti ailədə aldığı ilk təlim və tərbiyənin davamıdır. Araşdırmalar göstərir ki, ailə…

Read More