Təhsil 

Məktəblərdə YENİLİK – BUNLAR DAHA OLMAYACAQ

“Rəqəmsallaşma prosesi çərçivəsində sadəcə kağız jurnalların deyil, şagirdlərin şəxsi işləri ilə bağlı digər kağız materialların, müəllimlərin perspektiv, tematik və dərs planlarının, şagirdlərin gündəliklərinin elektron versiyaya keçidi nəzərdə tutulub”. Metbuat.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Keyfiyyətə nəzarət və monitorinq sektorunun müdiri Fidan Nəcəfova “Azərbaycan müəllimi”nə müsahibəsində bildirib. O qeyd edib ki, prosesin elektronlaşdırılması ilə müəllimin iş yükü azalacaq, qənaət edilmiş vaxtdan daha səmərəli istifadə ediləcək: “Hazırda bu istiqamətdə müvafiq qanunvericilik aktları araşdırılır. Kağız jurnalların şagirdlərin summativ qiymətləndirilməsi ilə bağlı olan hissəsinin 5 il və daha artıq müddətdə…

Read More
Təhsil 

Elektron imtahanlara keçid təhsili çökdürə bilər – Təhsil ekspertindən SƏRT REAKSİYA

Məlum olduğu kimi növbəti illərdə rus bölməsi üçün Azərbaycan dili imtahanının da rəqəmsal formada keçirilməsi nəzərdə tutulur. Bu barədə ötən gün Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, bu imtahanlar hələlik kağız variantda keçirilir, yaxın gələcəkdə onlayn formata keçiriləcək. Bəs təhsil ekspertləri elektron imtahanlara keçidi necə dəyərləndirir? Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı Musavat.com-a açıqlamasında deyib: “Dövlət İmtahan Mərkəzinin direktoru Məleykə Xanım Abbaszadə deyir ki, elektron imtahanlara keçəcək? Nə ilə? Necə? Dövlət İmtahan Mərkəzinin (DİM) tam rəqəmsal imtahan sisteminə keçid planı prinsipcə müasir texnologiyaların təhsilə…

Read More
Təhsil 

Sınaq imtahanı keçirildi: Nəticələrin elan olunacağı vaxt açıqlandı

16 mart 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirib. İmtahan Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində ümumilikdə 21 binada təşkil olunub. DİM-dən Musavat.com-a bildirilib ki, imtahanın idarə edilməsi üçün 43 imtahan rəhbəri, 327 nəzarətçi, 21 ümumi imtahan rəhbəri, 42 buraxılış rejimi əməkdaşı ayrılıb. Sınaq imtahanında abituriyentlərə ixtisas qruplarına uyğun olaraq hər fənnə aid 30 test tapşırığı (ümumilikdə 90 tapşırıq) təqdim olunub. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3‑ü yazılı…

Read More
Təhsil 

Bu gün sınaq imtahanı keçiriləcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I, II, III və IV ixtisas qrupları üzrə sınaq imtahanı keçirəcək. DİM-dən Musavat.com-a bildirilib ki, sınaq imtahanında iştirakçılara ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun test tapşırıqları təqdim olunacaq. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 3698 abituriyent qeydiyyatdan keçib. İmtahan Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində ümumilikdə 21 binada təşkil olunacaq. Sınaq imtahanı bütün binalarda saat 11:00-da başlanacaq. İmtahanda iştirak edəcək abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 10:45‑də başa çatacaq.…

Read More
Təhsil 

“Repetitorluğun qarşısını bu yollarla almaq mümkün deyil”

“Kobud bir misal var: qarşıqla verirsən, amma çömçə ilə istəyirsən. Sual olunur, məktəblərdə imtahana salınan suallara uyğun bilik və bacarıq verə bilirik? Bunlar nəzərə alınmalıdır. Gücümüz buna çatır, ona görə də sualları da qaşıqla istəməliyik”. Bunu TV Müsavat-a müsahibəsində keçmiş təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, hazırda ölkə təhsilində ən ciddi problem repetitorluqla bağlıdır: “Mən deyərdim ki, təhsilimizdə çox ciddi repetitorluq sistemi yaranıb. Doğrudur, dünyanın hər yerində repetitorluq var. Amma heç bir ölkədə belə geniş yayılmayıb. Sanki paralel ikinci bir təhsil şəbəkəsi mövcuddur. Bu, bir tərəfdən, məktəbi, digər…

Read More
Təhsil 

İmtahan cavabları AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 16 fevral 2025-cü il tarixində keçirilmiş qəbul imtahanının (I cəhd) yekun nəticələrini elan edib. Bu barədə Musavat.com-a DİM-dən bildirilib. Xatırladaq ki, imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələri fevralın 19-da olan olunub. Hazırda isə xarici dil fənləri üzrə esse tapşırıqlarının nəticələri daxil olmaqla yekun imtahan balı təqdim olunub. İştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse üzrə isə 5 olmaqla, ümumilikdə 100 bal toplaya bilərlər. Bakalavrlar yekun imtahan balı ilə buradan tanış ola bilərlər. Yekun nəticələr haqqında məlumatı, həmçinin mobil…

Read More
Təhsil 

Buraxılış imtahanını verib məktəbə davam absurdu

Kamran Əsədov: “Buraxılış imtahanlarının tədris ilinin bitməsindən bir neçə ay əvvəl keçirilməsi ilə bağlı qanunda  aydın mexanizm yoxdur” Məktəblilər və onların valideynləri təhsil sisteminin eksperimentlər meydanına çevrilməsinə çoxdan öyrəşiblər. Ancaq bəzi məqamlar hələ də çoxları üçün suallar yaradır. Məsələn, niyə buraxılış imtahanları martın əvvəlində keçirilir, tədris ili isə iyunun 14-dək davam edir? Bu il tam (11 illik) orta təhsil pilləsinin bəzi məzunları imtahanları martın 2-də veriblər. İmtahan protokollarının emalına martın 3-dən başlanılıb və yekun nəticələrin növbəti 6 həftə ərzində elan edilməsi planlaşdırılır. Qalan məzunlar (təxminən 59 min nəfər) martın 9-da…

Read More
Təhsil 

DİQQƏT: Bu ixtisaslar üzrə keçid balı artacaq

Qarşıdan gələn qəbul imtahanları abituriyentlər və onların valideynləri üçün həyəcanlı bir dövrün başlanğıcını bildirir. Statistikaya görə, son illərdə ölkənin ali təhsil müəssisələrinə qəbul olan tələbələrin sayında artım müşahidə olunur. Belə ki, 2024-2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə 74 min nəfərdən çox şəxs qəbul olunub. 2005-ci və 2017-ci illərlə müqayisədə qəbul sayı müvafiq olaraq 2.2 dəfə və 1.7 dəfə artıb. Bəs builki qəbul imtahanlarında hansı yeniliklər gözlənilir? Musavat.com bildirir ki, təhsil eksperti Kamran Əsədov bu il qəbul imtahanlarında bəzi ixtisaslar üzrə keçid ballarının artacağını deyib. Ekspert qeyd edib ki, bu il…

Read More
Təhsil 

Bu gün imtahan var

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək. ARANTV.AZ  xəbər verir ki, imtahanda 58 min 732 şagirdin iştirakı nəzərdə tutulur. Belə ki, həmin gün Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal, Abşeron (II hissə), Sumqayıt (II hissə), Naxçıvan MR, Gəncə (II hissə), Mingəçevir, Samux,Göygöl, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Biləsuvar, Ucar, İsmayıllı, Ağsu, Zərdab, Masallı, Astara, Lerik, Ağcabədi, Beyləqan,Füzuli, Qax, Balakən, Zaqatala, Quba, Xızı, Qusar, Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayılda (M.Mehdizadə adına məktəb) tam (11 illik) orta təhsil…

Read More