Təhsil 

Sabahdan MİQ imtahanları BAŞLAYIR

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilir. Təhsil İnstitutundan Musavat.com-a verilən xəbərə görə, 2 iyul tarixindən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilir. Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər. Qeyd edək ki, müsabiqənin test imtahanı mərhələsinə ümumilikdə 61 000-ə yaxın namizəd dəvət olunub.

Read More
Təhsil 

Sertifikasiyadan keçməyən müəllimlərin nəzərinə: Növbəti ildən…

İyun 28-də bir qrup müəllim Elm və Təhsil Nazirliyi önündə etiraz aksiyası keçirib. Azərbaycan müxtəlif bölgələrindən gələn, eləcə də Bakıda yaşayan müəllimlər sertifikasiya imtahanının qeyri-şəffaf keçdiyini iddia ediblər. Xatırladaq ki, ötən həftə təhsil naziri sertifikasiya imtahanından müvafiq keçid balını toplaya bilməyən 4 min müəllimin əmək fəaliyyətinə xitam verildiyini bildirib. Növbəti sertifikasiya imtahanlarında bu rəqəmin artacağı gözlənilir. Demək olar ki, 30-40 min müəllim işini itirmiş olacaq. Maraqlıdır, bəs bu qədər insan maddi problemlərini necə qarşılayacaq? Həmin müəllimlər hansı işlə məşğul ola biləcəklər? Məktəbdə onlara hər hansı bir iş ayrılacaqmı? Məsələ ilə…

Read More
Təhsil 

Bu gün abituriyentlər Azərbaycan dili fənni üzrə ikinci cəhd test imtahanı verirlər

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 30-da ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 12-də keçirilmiş Azərbaycan dili imtahanında iştirak etməyən və ya iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri, eləcə də buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə mayın 12-də keçirilmiş imtahanda iştirak etməyən cari ilin məzunları üçün Azərbaycan dili fənni üzrə test imtahanı (ikinci cəhd) keçirir. DİM-dən Musavat.com-a bildirilib ki, Bakı və Naxçıvan şəhərlərində təşkil olunan imtahan saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış…

Read More
Təhsil 

Bu rayonda BİABIRÇI NƏTİCƏ: onlarla müəllim işini itirəcək, bəs saxta diplom verənlər?

“Sertifikatlaşdırma 2024: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Astarada hər üç müəllimdən biri ilə sağollaşmalı olacağıq. Nazir qeyd edib ki, həmin rayon üzrə zəif nəticə çoxdur. Mövzu ilə bağlı Publika.az-a danışan millət vəkili Fazil Mustafa bildirib ki, burada həm saxta diplom, həm də təhsil sisteminin düzgün qurulmaması amilləri var: “Bu, ictimai bəladır. Saxta diplom verilmə halları təkcə təhsil sistemində deyil, dövlət idarələri və müxtəlif yerlərdə də kütləvi şəkildə ayrı-ayrı adamların yerləşməsini təmin edir. Bu halda Mirzə Cəlilin “Ölülər” əsərindəki faciə baş…

Read More
Təhsil 

8 mindən çox tələbə təhsil borcuna görə qovulursa… – çıxış yolu nə?

Ekspert hesab edir ki, Azərbaycanda  təhsil haqları çox yüksəkdir, aşağı salınmasa…   Ötən il təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə təhsil müəssisələrindən xaric edilənlərin sayı açıqlanıb. “Abituriyent” jurnalının 12-ci nömrəsində qeyd edilir ki, 2023-cü ildə ümumilikdə 8 631 nəfər təhsil haqqının ödənilməməsinə görə təhsil aldığı müəssisədən xaric edilib. Bunlar arasında  bakalavriat, magistratura, tam orta ixtisas bazası və ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub. 8600 tələbənin təhsil haqqına görə təhsil aldığı müəssisədən kənarlaşdırılması təəssüfedicidir. Məlumdur ki, ölkədə ödənişli təhsil alan tələbələrə yardım etmək üçün…

Read More
Təhsil 

3909 müəllim yeri necə doldurulacaq?

Elşən Qafarov: “Qanunla sertifikasiyadan kəsilən müəllimlərin hamısının əmək müqaviləsinə xitam verilə bilməz, çünki… ” Ölkədə təkrar sertifikatlaşdırmada iştirak edən müəllimlərdən 3 909-u müvafiq keçid balını toplaya bilməyib. “”Builki sertifikasiya imtahanlarında 64 min 500 müəllim iştirak edib”.  “Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2024: peşəkar müəllim – keyfiyyətli təhsil” adlı tədbirdə çıxışı zamanı deyib. Nazir bildirib ki, onlardan 31 852-si ibtidai sinif, 9 892-si Azərbaycan dili və ədəbiyyat, 8 807-si riyaziyyat, 13 957-si isə xarici dil müəllimi olub. E.Əmrullayev qeyd edib ki, sertifikasiya imtahanlarında 20…

Read More
Təhsil 

Qəbulda “2” alanların faizi artıb: tədris zəif olub, yoxsa..?

2023-cü ildə qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların statistikası açıqlanıb. I–IV ixtisas qrupları üzrə qəbulda toplanılması mümkün olan maksimal bal 700-dür. 0-700 bal diapazonunu şərti olaraq (0-200), (200-300), (300-500), (500-700) intervallarına bölərək, ənənəvi “2”, “3”, “4”, “5” qiymətləri ilə analogiyasını yaratsaq, görərik ki, həmin il abituriyentlərin 46.3 faizi imtahandan “2”, 21.1%-i “3”, 24.8%-i “4”, 7.9%-i isə “5” qiymət alıb. 2022-ci ildə bu göstəricilər uyğun olaraq, 42.8%, 22.0%, 25.6%, 9.6% olub. Göründüyü kimi, ötən il “3”, “4” və “5” qiymət alanların faizi nisbətən azalıb, “2” qiymət alanların faizi isə artıb.…

Read More
Təhsil 

Təhsilimizin “üz qarası” kimi statistika

Ekspert: “Oxuyub-yaza bilməyən 9-11-cilər  monitorinqlərdən necə keçiblər?!” Ötən il şagirdlər arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta oxuyub-yazmaqda çətinlik çəkənlər və ya ümumiyyətlə, oxuyub-yazmağı bacarmayanlar da aşkar olunub. Bu barədə “Abituriyent” jurnalının 12-ci nömrəsində qeyd edilib. Belə ki, 9-cu sinif şagirdləri arasında 5 nəfər, 11-ci sinif şagirdləri arasında isə 2 nəfər olub. “Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən faktların əslində daha çox olduğunu ehtimal etmək olar. Rayonlar üzrə oxumağı və yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı belədir: Qazax, Şuşa, Ağstafa, Şahbuz rayonlarının və…

Read More
Təhsil 

Dövlət qurumlarına qəbul prosesində yeni model

Ekspertlər hesab edir ki, vakant yerlərin daha çox olması nəzərə alınmalıdır, çünki… Sentyabr ayında dövlət qulluğuna qəbulla əlaqədar səriştə modelini sınaqdan keçirəcəyik. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bundan əvvəl səriştə modelinin sonuncu versiyası ilə bağlı beynəlxalq ekspertlərlə fikir mübadiləsi aparılacaq: “Bu, çox vacib mərhələdir. Bu model üzrə 2 ildir işləyirik. Artıq bu modelin tətbiqinə başlayırıq. 2024-cü ildə bu modelin sınağı, 2025-ci ildə isə müvafiq qanunvericilikdə aparılan dəyişikliklə dövlət qurumlarına işə qəbul prosesini bu modellə həyata keçirəcəyik”. O əlavə edib ki,…

Read More
Təhsil Təhsil Millətin Gələcəyidir 

Qızların təhsilinə dəstək

“Biz çalışmalıyıq ki, ali məktəblərdə və  texnikumlarda daha çox qadın təhsil alsın, elmi fəaliyyətlə məşğul olsun”.   Qızların təhsilinə dəstək cəmiyyətin inkişafı üçün vacib addımlardan biridir. Bu dəstəyin göstərilməsi üçün müxtəlif yollar mövcuddur. Maliyyə yardımı, o cümlədən təqaüdlər və qrantlar vasitəsilə qızların təhsil xərclərini ödəmək olar. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə ölkəmizdə həyata keçirilən “Hənifə Məlikova – Zərdabi adına təqaüd proqramı” Azərbaycan gənclərinin savadlı, bilikli, hüquqlarını və öhdəliklərini bilən şəxsiyyətlər kimi formalaşmasına töhfə verir. Bu layihə gənclərin inkişafını…

Read More