Təhsil 

Bir neçə təhsil müəssisəsinin rəhbəri barəsində tədbir görüldü

Qarabağ Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən təhsil müəssisələrində monitorinq aparılıb. İdarədən “Qafqazinfo”ya verilən məlumata görə, monitorinq zamanı məlum olub ki, Ağcabədi rayonu üzrə təhsil sektorunun dörd nəfər əməkdaşı tərəfindən vəzifə öhdəlikləri vaxtında və düzgün icra olunmayıb. Nəticə etibarilə təhsil müəssisələrinin fəaliyyətinə nəzarət edilməyib, bir sıra neqativ hallara yol verilib. Göstərilənləri nəzərə alaraq Ağcabədi rayonu üzrə təhsil sektorunun əməkdaşları və yoxlanılmış təhsil müəssisələrinin rəhbərləri barəsində Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq intizam tənbeh tədbirləri tətbiq edilib. Hazırda monitorinqlər planlı və ardıcıl şəkildə davam etdirilir.

Read More
Region Xəbərləri Təhsil 

“Qohumlararası evliliyin fəsadları” mövzusunda maarifləndirici seminar təşkil edib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 13.02.2023-cü il tarixli 3-29-59/2-500/2023 nömrəli əmrinə əsasən təsdiq edilmiş “Ümumi təhsil müəssələrinin VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər”ə uyğun olaraq məktəbin psixoloqu A.Nağiyeva IX sinif şagirdlərinə “Qohumlararası nikahın fəsadları” mövzusunda maarifləndirici seminar təşkil edib.

Read More
Region Xəbərləri Təhsil 

“Erkən nikah və ona qarşı mübarizə yolları” mövzusunda maarifləndirici seminar keçirildi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 13.02.2023-cü il tarixli 3-29-59/2-500/2023 nömrəli əmrinə əsasən təsdiq edilmiş “Ümumi təhsil müəssələrinin VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər”ə uyğun olaraq məktəbin psixoloqu A.Nağiyeva Vlll sinif şagirdlərinə “Erkən nikahın fəsadları” mövzusunda maarifləndirici seminar təşkil edib.

Read More
Region Xəbərləri Təhsil 

8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirildi

Bu gün 7 nömrəli tam orta məktəbdə 8mart-Beynəlxalq Qadınlar gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Mehparə.Mustafayeva8 Mart -Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edərək bildirmişdir ki, Azərbaycan qadını hər zaman özünün müdrikliyi, işgüzarlığı və saflığı ilə seçilmiş, Şərqdə ilk dəfə seçki hüququ da Azərbaycan qadınına verilmişdir. Bununla da ölkəmizdə qadına verilən qiymət bir daha öz təsdiqini tapmışdır. Sonra məktəblilər müxtəlif səhnəciklər təqdim etmiş, şeir və mahnılar səsləndirmişlər.

Read More
Təhsil 

Milli Kitabxana “8 Mart – Beynəlxalq Qadınlar Günü” adlı sərgi hazırlayıb

Azərbaycan Milli Kitabxanasının əməkdaşları “8 Mart – Beynəlxalq Qadınlar Günü” adlı virtual sərgi, həmçinin eyniadlı ənənəvi kitab sərgisi hazırlayıb. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə tarixdə və müasir Azərbaycanın ictimai-siyasi həyatında iz qoymuş, əhəmiyyətli rol oynamış məşhur qadınlar, onların həyat və yaradıcılığına dair ədəbiyyat, qadınlar haqqında yazılmış kitablar, dövri mətbuat səhifələrində dərc olunmuş məqalələr və fotolar nümayiş olunur. Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/8_Mart_Beynelxalq_Qadinlar_Gunu/index.htm linkindən istifadə edə bilərlər.    

Read More
Təhsil 

Azərbaycanda bu məktəblər ləğv ediləcək – RƏSMİ

Gələn tədris ilində bəzi məktəblər birləşdiriləcək, bəziləri isə ləğv ediləcək. ARANTV.AZ  xəbər verir ki, bunu Xəzər TV-yə Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov deyib. O bildirib ki, bu ilin fəaliyyət planında məktəblərin optimallaşdırılması nəzərdə tutulub. Eşqi Bağırov əlavə edib ki, təhsilanların sayı az olan məktəblərin şagirdləri yaxın ərazidə yerləşən digər təhsil müəssisələrinə daşınacaq. Bunun üçün avtobusların ayrılması da nəzərdə tutulub. Eşqi Bağırov məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi-müəllimlərinin fəaliyyətinə də toxunub. Agentlik sədri bildirib ki, tərbiyəçi-müəllimlərin diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək. Dövlət Agentliyinin rəhbəri 8 Mart – Beynəlxalq Qadınlar Günü…

Read More
Təhsil 

I siniflərə elektron qeydiyyata nə vaxt start veriləcək?

“2024-2025-ci tədris ili üzrə birinci siniflərə elektron qeydiyyata cari ilin may ayında start verilməsi planlaşdırılır”. “Qafqazinfo” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. O bildirib ki, Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin müəyyən edilmiş mikroərazisi bu il 15 yanvar tarixindən etibarən ilk dəfə vətəndaşlara təqdim olunub: “Valideynlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi saytına daxil olaraq məktəblərin ünvanları və həmin məktəblərin ərazisi hesab olunan ünvanların siyahısı ilə tanış ola bilərlər”.

Read More
Təhsil 

8 martla bağlı VALİDEYNLƏRƏ ÇAĞIRIŞ

8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı valideynlərə çağırış edərək bildiririk ki, müəllimlər üçün əsas dəyər şagirdlərin nəticələridir. ARANTV.AZ report-a istinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov keçirdiyi brifinqdə deyib. “Bununla məhdudlaşsaq, heç kimi narazı salmarıq. Əgər hər hansı neqativ hal müşahidə edilsə, qabaqlayıcı tədbirlər görüləcək”, – o vurğulayıb.

Read More
Təhsil 

Magistr olmaq istəyənlərin nəzərinə!

“Magistraturaya qəbul imtahanında xarici dil üzrə danışıq bloku sualları da əlavə olunacaq”​. ARANTV.AZ  APA-ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, hazırda xarici dildə magistratura qəbul imtahanları aparılır: “Onların xarici dil biliklərinin CEFR səviyyəsi üzrə göstəricisi B+a uyğundur. Doktoranturaya qəbul imtahanı və Fəlsəfə doktoru imtahanında xarici dil üzrə dinləyib anlama, yazma, oxuma və danışıq bloku yoxlanılır. Artıq növbəti mərhələdə danışıq bloku magistratura üzrə imtahanlarda da tətbiq olunacaq”.

Read More
Təhsil 

Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün buraxılış imtahanı keçirəcək. Bu barədə Musavat.com-a DİM-dən məlumat verilib. İmtahan Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal rayonlarında, Abşeron, Gəncə – 1, Goranboy, Göygöl, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Ucar, İsmayıllı, Kürdəmir, Ağsu, Zərdab, Lənkəran, Cəlilabad, Astara, Bərdə, Tərtər, Yevlax, Ağdərə (Talış kənd tam orta məktəbi), Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən və Şabran rayonlarında, Çilov adasında yerləşən 131 nömrəli tam orta məktəbdə, eləcə də tədrisi ingilis və fransız dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə baş tutacaq. Çilov…

Read More