Region Xəbərləri Təhsil 

Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır.

Heydər ƏLİYEV, Ümummilli lider Ulu Öndərin siyasi kursunun layiqincə davam etdirilməsi bu gün bütün sahələrdə olduğu kimi, uşaqlara olan diqqət və qayğıda, onların Vətənə layiqli övlad kimi yetişdirilməsində özünü büruzə verir. Uşaq – ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir. Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad kimi böyütmək çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. 22.07.2023- cü il tarixində Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan Bərdə şəhər 10 saylı körpələr evi-uşaq bağçası məzunlarının ” Məzun Günü” keçirildi. Sevindirici hal idi ki, 5-6 yaş…

Read More
Təhsil 

DİM-dən İslamşünaslıq ixtisasına qəbul olmaq istəyənlərə MÜRACİƏT

İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər müsahibədə iştirak etmək üçün 20 iyul – 24 iyul tarixlərində verilən link (https://eservices.dim.gov.az/qabiliyyet/?frm=egov) vasitəsilə Dini Psixoloji Komissiya (DPK) üzrə qeydiyyatdan keçməlidirlər. Dövlət İmtahan Mərkəzindən (DİM) verilən xəbərə görə, İslamşünaslıq ixtisası üzrə DPK Bakıda fəaliyyət göstərəcək. Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışlar və dünyəvilik anlayışı, psixoloji parametrlərinin islamşünaslıq ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılır. Müsahibədən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı III ixtisas qrupuna aid digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun islamşü­nas­lıq ixtisasını da seçə bilərlər. DPK-nın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər,…

Read More
Təhsil 

MİQ üzrə müsabiqənin test imtahanlarının nəticələri açıqlanıb

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanlarının nəticələri açıqlanıb. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, 11-15 iyul tarixlərində keçirilən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanlarının nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib. Qeyd edək ki, ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin bütün fənlər üzrə minimum tələbi 40 bal müəyyən olunub.

Read More
Təhsil 

Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbuluna başlanılır

İyulun 25-də saat 11:00-dan tələbələrin köçürülməsi üzrə sənəd qəbulu prosesinə başlanılır. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Tələbələrin ölkə daxilində və xaricində yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud ixtisasının dəyişdirilməsi, xarici ölkə ali təhsil müəssisələrindən ölkədaxili ali məktəblərə bərpası, eləcə də ölkəmizdə və xaricdə yerləşən orta ixtisas təhsili müəssisələrinin tələbələrinin köçürülməsi üzrə elektron sənəd qəbulu transfer.edu.az portalı vasitəsilə həyata keçirilir. Portala müraciət edən şəxslər köçürülmək (bərpa olunmaq) istədikləri təhsil müəssisəsini və ya ixtisası seçmək imkanına malikdirlər. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları elektron müraciətlərinə daxil etməklə sorğu göndərə…

Read More
Təhsil 

Deputat elm və təhsil nazirinə qarşı: “Həmin müəssisələrinin adları açıqlanmalıdır” – FOTO

“Elm və Təhsil Nazirliyi bildirir ki, bəzi müəllimlər hansısa sözü yaza bilmir və ya çubuqlu bölməni edə bilmir. Əgər biz bütün həqiqətləri demək istəyiriksə, onda nazirlik bu tələbələrin hansı universitetləri bitirdiyini desin, onlar da bundan nəticə çıxarsınlar. Bu ali təhsil müəssisələrinin adları ictimaiyyətə açıqlanmalıdır”. Bu fikirləri Bakupost.az-a millət vəkili Ceyhun Məmmədov deyib. O qeyd edib ki, bir tərəfdən tələbələr məzun olur, diplom verilir, digər tərəfdən isə onlar təkrar sertifikasiyaya cəlb edilir. Buna həm vaxt, həm enerji, həm də dövlətin vəsaiti gedir: “Hesab edirəm ki, bu prosesə paralel olaraq universitetlərdə təhsilin…

Read More
Təhsil 

Keçən ay 39 nəfərə elmi dərəcə verilməsindən imtina edilib

İyun ayında 39 nəfərə elmi dərəcə verilməsindən imtina edilib. Bu barədə Prezident yanında Ali Attestasiya Komissiyasından bildirilib. Həmin müddətdə 77 nəfərə fəlsəfə doktoru, 11 nəfərə elmlər doktoru dərəcəsi verilib. Fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 32 nəfərə, elmlər doktoru dərəcəsi almaq istəyən 7 nəfərə isə imtina cavabı gəlib. Bundan başqa, keçən ay 16 nəfərə dosent, 7 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 12 nəfərə imtina verilib.

Read More
Təhsil 

Nə şagird var, nə də müəllim… – Ancaq sinif jurnalında qiymətləri yazılır… – VİDEO

Bu məktəbdə hamı bir birindən şikayətçidir. Müəllimlər direktordan, direktor da müəllimlərdən. ARANTV.AZ Xəzər TV-yə istinadən bildirir ki, görüntüləri “Xəzər Xəbər”in vatsap xəttinə Goranboy rayonun Yuxarı Ağcakənd qəsəbəsində yerləşən Kəlbəcər rayon 91 saylı orta məktəbin müəllimi çəkərək göndərib. Həmin məktəbdə çalışan müəllim iddia edir ki, dərs ilinin başlanmasından sonuna qədər direktorun göstərişinə əsasən şagirdlərin, bəzi fənn müəllimlərinin ayaqları təhsil ocağına dəyməyib. “Həmin şagirdlər nə məktəbi, onlara dərs deməli olan müəllimlər isə şagirdləri tanımır.” Məktəbində ibtidai sinif müəllimi olan Mehdi Mirzəyev direktorun “qanun”larına tabe olmayaraq üzünü görmədiyi, dərs demədiyi şagirdlərə qayıblar yazıb.…

Read More
Hadisə Təhsil 

Elm və Təhsil Nazirliyində intiharların qarşısının alınması ilə bağlı məsələ müzakirə olunub

Elm və Təhsil Nazirliyində intihar, eləcə də intihara cəhd hadisələrinin baş verməsinin minimuma endirilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə dair qurumlararası İşçi Qrupunun iclası keçirilib. “Report” xəbər verir ki, iclas görülmüş tədbirlər və gələcək fəaliyyətlərin müzakirəsinə həsr olunub. Giriş nitqi ilə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, müasir cəmiyyətin problemlərindən biri də intiharlardır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, dünya üzrə 20 faiz intiharlar xüsusilə yeniyetmə və gənc yaşda olan şəxslərdə müşahidə edilir. Bildirilib ki, intihar hadisələrinin baş verməsi minimuma endirilməklə qabaqlayıcı və digər zəruri…

Read More
Təhsil 

Azərbaycan dili fənni üzrə imtahanın nəticələri açıqlanıb

Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə iyunun 18-də keçirilən test imtahanının nəticələri elan olunub. Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, iyunun 18-də DİM tərəfindən hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə mayın 7-də keçirilən Azərbaycan dili imtahanında iştirak etməyən cari ilin məzunları və ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 7-də keçirilən imtahanda iştirak etməyən və ya iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri üçün…

Read More