Təhsil 

Azərbaycanda iki yeni institut yaradılacaq

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası zamanı AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun bazasında daxili imkanlar hesabına əlavə maliyyə vəsaiti tələb olunmadan Arxeologiya və Antropologiya İnstitutunun yaradılması haqqında müzakirələr aparılıb. AMEA-dan verilən məlumata görə, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, yeraltı maddi mədəniyyət abidələrinin öyrənilməsi ilə məşğul olan arxeologiya elmi ilə xalqların adət-ənənələrinin, maddi və mənəvi mədəniyyət nümunələrinin tədqiqi ilə məşğul olan etnoqrafiya elminin vahid elmi-təşkilati strukturda fəaliyyət göstərməsi bir çox hallarda özünü doğrultmur. Xalqların adət-ənənələrinin, mədəniyyət nümunələrinin tarix, etnoqrafiya və mədəniyyətşünaslığın nəzəri-metodoloji baxışlar sistemi əsasında araşdırılmasına…

Read More
Təhsil 

Bu gündən müəllimlərin sertifikasiya imtahanı başlayır

Bu gündən 28 min müəllim üçün sertifikasiya imtahanı başlayır. Milli.Az xəbər verir ki, onlardan 8 500 nəfəri Azərbaycan dili və ədəbiyyat, 19 500 nəfəri isə ibtidai sinif müəllimləridir. Gün ərzində, səhər və günorta olmaqla iki seans təşkil ediləcək. Yaşı 60-dan yuxarı olan 5 700-dən çox müəllim sertifikasiya imtahanında iştirak etməyəcək. Test mərhələsi 13 şəhərdə yaradılan 23 mərkəzdə baş tutacaq. Sertifikasiya imtahanlarından uğur qazanan müəllimlərin əməkhaqlarına əlavələr olacaq. Gələcəkdə digər motivasiya xarakterli addımlar da olacaq. Belə ki, direktor və direktor müavinləri seçimində sertifikasiya balı nəzərə alınacaq. Eyni zamanda məktəbəsaslı metodist xidməti üçün…

Read More
Təhsil 

Bu gündən tədrisi digər dillərdə aparılan bölmələrdə məktəb seçimi başlayır

Bu gündən tədrisi digər dillərdə aparılan bölmələrdə məktəb seçimi başlayır. ARANTV.AZ report-a istinadən xəbər verir ki, proses sentyabrın 14-nə qədər davam edəcək. Müsahibədən keçmək istənilən məktəbdə yer tapmaq anlamına gəlmir. Əsas prioritetlər sırasında başqa övladın həmin məktəbdə təhsil alması, yaxud valideynlərdən birinin orada işləməsi, eyni zamanda həmin ərazidə yaşamaq yer alıb. Bu üç prioritetlərdən biri varsa seçim edən şagird həmin məktəbə qəbul edilir.

Read More
Təhsil 

Sertifikasiya imtahanında yüksək nəticə göstərmiş müəllimlərə hansı üstünlüklər veriləcək? – AÇIQLAMA

“Gələcəkdə direktor və direktor müavini seçimləri zamanı sertifikasiya imtahanlarında yüksək bal toplayan müəllimlərə üstünlük veriləcək”. ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Təhsil İnstitutunun (ARTİ) direktoru Rüfət Əzizov bu gün keçirilən brifinqdə deyib. O qeyd edib ki, həmçinin məktəblərdə metodist seçimini də gələcəkdə sertifikasiya imtahanlarında uğur qazanmış müəllimlər həyata keçirəcək: “Müəllimlərin qeyri-maddi mükafatlandırılması, dövlət təltifləri zamanı da sertifikasiyadan uğurla keçən müəllimlərə üstünlük veriləcək”.

Read More
Təhsil 

Azərbaycan dili fənni üzrə növbəti test imtahanı keçirilib – YENİLƏNİB

Bu gün hər hansı səbəbdən 2023-cü il mayın 7-də keçirilən birinci Azərbaycan dili imtahanında iştirak etməyən şagirdlər və ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin ilk imtahanda iştirak etməyən və ya iştirak edib “qeyri-məqbul” qiymət alan abituriyentləri üçün Azərbaycan dili fənni üzrə test imtahanı (ikinci cəhd) keçirilib. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Qeyd olunub ki, imtahanda 1154 nəfərin iştirakı gözlənilirdi. İmtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 13 imtahan rəhbəri, 112 nəzarətçi-müəllim ayrılıb, 15 buraxılış rejimi əməkdaşı (mühafizə), 5 bina nümayəndəsi…

Read More
Təhsil 

Magistratura səviyyəsinə imtahan vermiş bakalavrlarların NƏZƏRİNƏ

Bakalavrlar xüsusi qabiliyyət tələb edən ixtisaslaşma üzrə keçirilən imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, müsabiqə şərtlərini ödəyən və ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 68 (Musiqi sənəti istiqaməti) saylı proqramına aid ixtisaslaşmasına qabiliyyət imtahanı 23 iyunda, 69 (Teatr, kino və xoreoqrafiya sənəti istiqaməti) saylı proqrama aid ixtisaslaşmasına qabiliyyət imtahanı 24 iyun, 70 (Təsviri sənət istiqaməti) saylı proqrama aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qabiliyyət imtahanı isə 21 iyun tarixində keçiriləcək. İmtahan saatı və yeri haqqında məlumat bakalavrın “İmtahana buraxılış…

Read More
Təhsil 

Bu gün 1 154 abituriyent Azərbaycan dili fənni üzrə növbəti dəfə imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2023-cü il mayın 7-də keçirilən Azərbaycan dili imtahanında iştirak etməyən cari ilin məzunları və ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 7-də keçirilən imtahanda iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri üçün Azərbaycan dili fənni üzrə test imtahanı (ikinci cəhd) keçiriləcək. Arantv.az xəbər verir ki, imtahan Bakı şəhərində 5 binada təşkil olunacaq. İmtahan bütün binalarda eyni vaxtda –…

Read More
Təhsil 

“Qızılı qaytardım, məni biabır elədilər” – Həmin müəllim danışıb ağladı

“İstəməzdim ki, belə olsun. 31 valideyn yığılıb bu tədbiri təşkil edib”. ARANTV.AZ bildirir ki, bu sözləri qaynarinfo-ya açıqlamasında bir neçə gündür sosial şəbəkələrdə və mediada gündəm mövzusuna çevirilən Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyeva bildirib. Müəllim deyib ki, 4-cü siniflərin buraxılışı ilə əlaqədar valideynlərin təşkilatçılığı və təklifi ilə restoranların birində tədbir keçirilib. – Tədbir deyəndə nəyi nəzərdə tutursuz? – Valideynlər bildirdi ki, iştirakımla tədbir keçirmək istəyirlər. Mən də bu təkliflə razılaşdım. 27 may tarixində, yəni şənbə günü Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbdə…

Read More
Təhsil 

Kolleclər ali məktəblərin tabeliyinə verilir

Orta ixtisas təhsili müəssisələrinin bir hissəsinin ali təhsil müəssisələrinin tabeliyinə verilməsi prosesi həyata keçirilir. Modern.az xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini İdris İsayev bildirib. O qeyd edib ki, hazırda 29 minə yaxın şəxs peşə təhsili alır. Nazir müavininin sözlərinə görə, Azərbaycandakı peşə təhsil müəssisələrinin infrastrukturu bu sahədə islahat aparmağa imkan vermir: “Çünki həmin binalarda keçmiş məcburi köçkünlər məskunlaşıblar. Biz bu il Cəlilabadda peşə təhsil müəssisəsini istifadəyə verəcəyik”.

Read More
Təhsil 

Bu il paytaxt məktəblərinin XI siniflərini 26 mindən çox şagird bitirir

2022-2023-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 40 min 16, XI siniflərini 26 min 453, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 144 nəfər bitirir. Bu barədə ARANTV.AZ-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, paytaxtda 45 min 108 nəfər I sinfi başa vurur. Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 482 min 132 şagird təhsil alır. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə 28 min 410 müəllim fəaliyyət göstərir. 2022-2023-cü tədris ilində paytaxt üzrə 282 ümumi təhsil məktəbində fəaliyyət göstərən…

Read More