Təhsil 

Bu gün 101 915 məzun üçün “Son zəng” çalınacaq

Bu gün Azərbaycanın ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri keçiriləcək. ARANTV.AZ report-a istinadən xəbər verir ki, 2022-2023-cü tədris ilində ümumi təhsilin tam orta təhsil səviyyəsini Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan ümumi təhsil müəssisələrində 100 084, digər qurumların tabeliyində olan ümumi təhsil müəssisələrində 1104, özəl ümumi təhsil müəssisələrindən 727 nəfər məzun olacaq. Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən, “Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunacaq. “Son zəng”…

Read More
Təhsil 

Ukraynalı məktəblilər akademik Zərifə Əliyeva adına liseyi ziyarət ediblər – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Zərifə Əliyeva adına İrpen “Dilçi” Humanitar Liseyində təhsil alan ukraynalı məktəblilər iyunun 11-17-də Azərbaycanda səfərdədirlər. ARANTV.AZ Trend-ə istinadən bildirir ki, səfər Elm və Təhsil Nazirliyi, “SOCAR Ukraine” şirkəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə təşkil olunub. Zərifə Əliyeva adına İrpen “Dilçi” Humanitar Liseyinin 14-16 yaşlı 8 şagirdi liseyin direktoru və müəllimlərinin müşayiəti ilə Azərbaycana gəlib. Azərbaycanın paytaxtında qalma proqramı çərçivəsində ukraynalı məktəblilər paytaxtda yerləşən akademik Zərifə Əliyeva adına liseyi ziyarət ediblər. Onlar burada geniş kitabxananı ziyarət…

Read More
Təhsil 

Təhsil xərcləri niyə azaldılır: Deputatdan çağırış – FOTO

Milli Məclisdə “2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərin müzakirəsi davam edir. Dəyişiklik layihəsində təhsilə ayrılan xərclərin azaldılması nəzərdə tutulub. Belə ki, Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən təhsillə bağlı ayırmalar 15,939 milyon manat və yaxud 0,4% azaldılaraq 4 milyard 423,103 milyon manatdan 4 milyard 407,164 milyon manata endirilib. Qanun layihəsinə əsasən, 15,9 milyon azalma təhsil sahəsində digər müəssisə və tədbirlərə ayrılan xərclər bölməsində tətbiq ediləcək. Təhsil xərclərinin endirilməsi sosial şəbəkələrdə və mətbuatda müzakirələrə səbəb olub. Büdcədə azalmanın təhsil sahəsinə təsiri necə olacaq? Mövzunu Modern.az-a şərh edən Milli Məclisin Elm…

Read More
Təhsil 

İmtahan zalında “ağıllı” saat aşkarlandı, araşdırma aparılır

Bu gün doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və fəlsəfə doktoru imtahanında “ağıllı” saat aşkarlanıb. Dövlət İmtahan Mərkəzindən ARANTV.AZ-a verilən xəbərə görə, imtahan Bakı və Naxçıvan şəhərlərdə təşkil olunub. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub.   İlkin məlumatlara əsasən bir imtahan zalında əvvəlcədən gizlədilmiş “ağıllı” saat aşkar olunub və sahibinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

Read More
Təhsil 

Bu gün DİM magistraturaya qəbul imtahanı keçirəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı (II cəhd) keçiriləcək. DİM-dən bildirilib ki, imtahan respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda, ümumilikdə 71 binada təşkil olunur. İmtahan saat 10:00-da başlanır və 3 saat davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır. İmtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanır. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15…

Read More
Təhsil 

Son zəng tədbirləri niyə zəifləyib? – VİDEO

Bu il son zəng gününü restoranlarda keçirənlər azalıb. Restoranlarda məzun gecəsi əyləncə təşkil edənlərin sayı azdır. İnzibatçılar bidlirir ki, hətta məzunlar üçün onlar xüsusi yemək menyuları da tərtib ediblər. Onlar hətta bildirir ki, tədbir keçirmək üçün adam sayı az olduğu üçün onlar şadlıq evlərinə yox, daha çox xırda kafelərə müraciət edirlər. Çünki qiymət onlar üçün daha münasib olur. ARANTV.AZ xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:  

Read More
Təhsil 

Nazir müavini: “Azərbaycanda peşə təhsili sahəsində islahatlar davam edir”

“Azərbaycanda peşə təhsili sahəsində islahatlar davam edir”. “Report” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev “Bir Peşənin Sirri” festivalının açılışında deyib. Onun sözlərinə görə, valideynlər övladlarının düzgün peşə seçməsinə kömək etməlidirlər: “Pis, yaxud yaxşı peşə yoxdur. Sadəcə öz peşəni yaxşı bilmək önəmlidir. Bu gün bu festivalın əsas məqsədi peşə məktəblərini hamıya tanıtmaqdır. Hazırda peşə təhsili ilə bağlı işlər aparılır. İnanıram ki, 2026-cı ildə peşə təhsilini seçənlərin sayı bundan 2 dəfə çox olacaq”.

Read More
Təhsil 

Dördüncü siniflərdə monitorinq keçirilir

Bu gün Elm və Təhsil Nazirliyi tərəfindən ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq keçirilir. Nazirlikdən bildirilib ki, monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılacaq. Monitorinqin məqsədi şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılmasıdır. Monitorinqdə şagirdlərə təqdim olunacaq tapşırıqlar tədris dili fənnindən oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat fənnindən isə ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmə, statistika və ehtimal məzmun xətlərini əhatə edəcək. Təhsilalanlara tədris dili…

Read More
Təhsil 

Azərbaycanda bəzi tələbələr imtahandan keçmək üçün bu alətdən istifadə edir – VİDEO

Artıq universitetlərdə imtahan sessiyası başlayıb. Hazırlaşıb öz zəhməti ilə yüksək bal alanlar da var, imtahandan keçmək üçün müxtəlif üsullardan istifadə edənlər də. Yaxınlığındakı tələbədən köçürmək, xırda qeyd vərəqlərilə zala daxil olmaq, telefon keçirməyə cəhd artıq hamının bildiyi variantlardı. Son zamanlar başqa bir üsul geniş yayılıb. Təbii ki, elə bu üsul da tələbənin özünü geri atır. Sözün bütün mənalarında. ARANTV.AZ xəbər verir ki, ARB TV bununla bağlı araşdırma edib. Olanda telefon aparatlarıdı, nauşniklərdi, bəzi hallarda konsperktlər də əldə olunur, konspektlərdən istifadə edəndə tuturuq. Yoxlamalar aparanda biz müşahidələr aparırıq kənardan. Təbii ki,…

Read More
Təhsil 

Azərbaycanda 5 universitetin akkreditasiya şəhadətnaməsinin müddəti uzadılıb

Azərbaycanda 5 universitetin akkreditasiya şəhadətnaməsinin müddəti uzadılıb. “Report” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının yeni tərkibdə keçirilən ilk iclasında qərar qəbul edilib. Bildirilib ki, iclasda bir sıra ali təhsil müəssisələrində həyata keçirilmiş institusional akkreditasiya qiymətləndirməsi əsasında müvafiq komissiyalar tərəfindən hazırlanmış hesabat və təhlillər təqdim edilib. Müzakirənin yekununda baş tutmuş səsvermənin nəticələrinə uyğun olaraq Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin institusional akkreditasiya nəticələri “əsasən uyğundur” hesab edilərək növbəti 5 il müddətinə, Sumqayıt Dövlət Universitetinin isə institusional akkreditasiya nəticəsinin…

Read More