Təhsil 

II ixtisas qrupunda ən yüksək bal toplayan şəxs Naxçıvandandır – FOTO

Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə 20-21 may 2023-cü il tarixlərində keçirilən qəbul imtahanlarının nəticələri elan olunub. Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 394,0 bal toplayan Naxçıvan Respublikasının Şərur rayon Kürçülü kənd tam orta məktəbinin məzunu Mikayıl Cəfərli göstərib. O, imtahanın birinci mərhələsində 296,7 bal toplayıb. Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticə (690,7 bal) də məhz Mikayıl Cəfərliyə məxsusdur.  

Read More
Təhsil 

Nazir məşhur Xalq artistini yüksək vəzifəyə təyin etdi – FOTO

Məşhur xanəndə Səxavət Məmmədovun qardaşı, xalq artisti Firuz Səxavət yüksək vəzifəyə təyin olunub. Firuz Əmirxan oğlu Məmmədov (Firuz Səxavət) müvafiq əmrlə, Ağdam musiqi kollecinin direktoru vəzifəsinə təyinat alıb. Qeyd edək ki, bir müddət öncə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlardan rüşvət alan Ağdam Musiqi Kollecinin direktoru Rafail Musayevin qanunsuz əməlləri ifşa edilib. Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, kollec direktorunun 2019-2023-cü illərdə müəllimlərə dərs saatlarının ayrılması, işə qəbul, tələbələrə imtahanlarda qiymətlərin yazılması və digər qanunsuz məqsədlərlə külli miqdarda rüşvət almasına…

Read More
Təhsil 

Varlı həyatın “kasıb” məktəbi bağlanır – VİDEO

Şəmkirin Varlı həyat kəndində fəaliyyət göstərən 96 nömrəli Kəlbəcər köçkün məktəbi bağlanmaq üzrədir. Xezerxeber.az-ın məlumatına görə, 2008-ci ildən fəaliyyət göstərən təhsil müəssisəsi üçün 2020-ci ildə yeni modul tipli məktəb binası da tikilib. Ancaq bu da onun aqibətini dəyişməyib. Məktəbin müəllim və əməkdaşları da verilən qərarla razılaşmaq istəmirlər. Mövzu ilə bağlı Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən isə bildirilib ki, məktəbdə hazırda cəmi 4 şagird təhsil alır və onların 2-si müəllim övladıdır. İdarənin aparıcı məsləhətçisi Nərmin Musayevanın sözlərinə görə, təhsil ocağında işləyən müəllimlər əsasən Gəncə və Şəmkir şəhərlərindən gəlirlər. Məktəb bağlanacağı halda…

Read More
Təhsil 

Dünyada yalnız 20 nəfər bunu bacarır – Biri azərbaycanlıdır

Dünyada yalnız 20 nəfərə verilən təqaüdün qaliblərindən biri də Azərbaycan məktəblisidir. ARANTV.AZ metbuat.az-a istinadən xəbər verir ki, Sumqayıt şəhəri 24 nömrəli məktəbin 9 “D” sinif şagirdi Cavadzadə Şəhanə Avropa İttifaqının (AI) və Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəyi ilə yaradılan “Eastern Partnership European School in Georgia” beynəlxalq məktəbinə tam təqaüdlə qəbul alıb. O, növbəti iki ilini “The International Baccalaureate (IB) Diploma Programme (DP)” proqramı ilə davam etdirəcək.  

Read More
Təhsil 

Rus bölməsinə qəbulda “UNİKAL” yoxlama üsulları… – VİDEO

6-7 yaşlı uşaqlara rus dilindən başqa hər  sahəyə aid suallar verilir. Onların məntiqi, astronomiyaya aid biliyi yoxlanılır. ARANTV.AZ Xəzər Xəbər-ə istinadən xəbər verir ki, belə  bir  iddia  ilə övladlarını rus  bölməsində oxutmaq  istəyən valideynlər  çıxış  ediblər. Onların sözlərinə görə, orta məktəbə təzə başlayacaq azyaşlılara bir çox mövzuda,qarışıq  sualların ünvanlanması düzgün deyil. Valideynlərdən biri deyir ki, 5 il Rusiyada yaşadığından indi övladının rus dilində təhsil almasını istəyir. Müsahibim bildirir ki, rus bölməsində təhsil alacaq  azyaşlılardan daha çox dil bacarıqları ilə bağlı suallar soruşulmalıdır: Bu zaman belə bir sual yaranır?. Rus bölməsində…

Read More
Təhsil 

Naxçıvan Dövlət Universiteti dünyanın ən yaxşı ali məktəbləri sırasında

Naxçıvan Dövlət Universiteti Böyük Britaniyanın “Times Higher Education Impact Rankings 2023” reytinq cədvəlində dünyanın ən yaxşı universitetləri arasında yer alıb. Bu barədə Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi məlumat yayıb. Qeyd edilir ki, “Impact Rankings” Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Məqsədlərinə uyğun olaraq universitetlərin qiymətləndirildiyi yeganə qlobal effektivlik cədvəli hesab olunur. Reytinq dörd geniş sahə üzrə hərtərəfli və balanslaşdırılmış müqayisəni təmin etmək üçün tədqiqat, idarəetmə, təbliğat və tədris göstəricilərindən istifadə edir. Təqdim edilən dörd nömrəli “Keyfiyyətli təhsil” dayanıqlı inkişaf məqsədi üzrə reytinq cədvəlində 601-800, dayanıqlı inkişaf məqsədlərinin…

Read More
Təhsil 

Emin Əmrullayev TUBİTAK rəhbəri ilə görüşüb

 Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TUBİTAK) rəhbəri Hasan Mandal ilə görüşüb. “Report” xəbər verir ki, nazir bu barədə tviter hesabında yazıb. “İyunun 5-də Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TUBİTAK) rəhbəri Hasan Mandal ilə görüş keçirdik. Görüşdə iki qurum arasında əməkdaşlığın cari vəziyyəti müzakirə edildi və elm, texnologiya sahələrində əməkdaşlığa dair Niyyət Məktubu imzalandı”, – nazir qeyd edib.

Read More
Təhsil 

Daha bir məktəbdə rüşvət qalmaqalı: “Yazığın heç kimlə işi olmur” – VİDEO

Şəki 2 saylı Uşaq Musiqi Məktəbinin direktoru Tərlan Məmmədovun ad günü münasibətilə kollektivdən pul yığılması ilə bağlı səs yazısı yayılıb. Müəllimlərin “WhatsApp” qrupuna göndərilən səsli mesajın məktəbin nəzəriyyə şöbəsinin müdiri Afət Kərimovaya məxsus olduğu bildirilir. Bakupost.az-a daxil olan səs yazısında A.Kərimova bildirir ki, direktor Tərlan Məmmədov ona ad günü ilə əlaqədar müəllimlərdən təbrik gözlədiyini deyib. Şöbə müdirinin sözlərinə görə, direktor müəllimlərin işə gecikməsi, işdən tez çıxması, tabelə qol çəkməməsi, dərsi keyfiyyətli keçməmələri və s. məsələlərə göz yumduğunu, onlardan aylıq “haqq” almadığını, lakin ad günündə təbrik gözlədiyini deyib. A.Kərimova müəllimlərə xitabən “direktor…

Read More
Təhsil 

Magistraturanın qabiliyyət imtahanlarının qeydiyyat tarixi AÇIQLANDI

Müsabiqə şərtlərini ödəyən və ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 68 (Musiqi sənəti istiqaməti), 69 (Teatr, kino və xoreoqrafiya sənəti istiqaməti) və 70 (Təsviri sənət istiqaməti) saylı proqramlarına aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatı 6 iyun saat 23:59-dək aparılacaq. Bu barədə ARANTV.AZ-a DİM-dən bildirilib. Qeyd edilib ki, qabiliyyət imtahanları 70 saylı proqram üzrə 21 iyun, 68 saylı proqram üzrə 23 iyun, 69 saylı proqram üzrə isə 24 iyun tarixlərində keçiriləcək.   Diqqət! 70 saylı qəbul proqramına aid ixtisaslaşmaları seçən bakalavrlar 16-21…

Read More
Təhsil 

Məktəbin dam örtüyü uçub, amma dərslər davam edir – FOTO

Son günlər ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti nəticəsində Ucar Rayon Bərgüşad kənd 1 nömrəli tam orta məktəbində dağıntılar olub. Belə ki, güclü külək nəticəsində məktəbin dam örtüyü uçub. Mərkəzi Aran Regional Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bölgələrdə yağan yağış və əsən güclü külək idarənin tabeliyində fəaliyyət göstərən Ucar Rayon Bərgüşad kənd 1 nömrəli tam orta məktəbdə dağıntı və fəsadlara yol açıb: “Belə ki, məktəbin dam örtüyü və divarındakı mişar daşları dağılıb, elektrik naqillərinə ciddi ziyan dəyib. Lakin bütün bunlara baxmayaraq, tədris prosesinin təşkili və şagirdlərin həyatına…

Read More