Təhsil 

5 nəfər qəbul imtahanından qovuldu – YENİLƏNİB

Bu gün II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahan keçirilən şəhər və rayonlarda 116 imtahan binası, 2096 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 116 ümumi imtahan rəhbəri, 342 imtahan rəhbəri, 2623 nəzarətçi-müəllim, 354 buraxılış rejimi əməkdaşı, 116 bina nümayəndəsi ayrılıb. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan…

Read More
Təhsil 

Bağça müəllimlərini gözləyən “təhlükə” – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan 11 300 nəfər tərbiyəçi-müəllimdən 51 faizinin (5800 nəfər) məktəbəqədər təhsil sahəsi üzrə müvafiq ali və ya orta ixtisas təhsili yoxdur. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeyd edək ki, “Məktəbəqədər təhsil haqqında” qanuna əsasən, məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli şəxslər tərbiyəçi-müəllim vəzifəsində çalışa bilərlər. Hazırda sözügedən təhsil müəssisələrinə rəhbər heyətin mərkəzləşdirilmiş müsabiqə əsasında işə qəbulu ilə bağlı qaydalar hazırlanır. Həmçinin sertifikatlaşmanın tətbiqi də əsas hədəflərdəndir. Yəni artıq bağça müəllimlərinin də sertifikasiyası həyata keçiriləcək. “Kaspi” qəzeti mövzu ilə bağlı məqalə…

Read More
Təhsil 

Məktəbli formaları ilə bağlı YENİLİK – Sentyabrdan… – VİDEO

Yeni tədris ilindən məktəbli formaları da yenilənir. ARANTV.AZ xəbər verir ki, Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov “Xəzər Xəbər”ə bildirib ki, 2023-2024-cü tədris ilindən başlayaraq yalnız yeni məktəbli formalarından istifadə olunacaq. Elm və Təhsil Nazirliyinin bölgələr və məktəblər üzrə sifarişi əsasında artıq istehsala start verilib. Etibar Əzimov əlavə edib ki, ötən il yeni məktəbli formaları ilə paralel köhnə məktəbli geyimlərindən də istifadə olunurdu. Nazirlər kabinetinin qərarına əsasən də bir rəngdən 3 il müddətinə istifadə etmək mümkün olacaq. Elm və Təhsil Nazirliyindən bildirdilər ki, ötən il məktəbli forması alanlar yeni…

Read More
Təhsil 

Valideyn haqlıdır, yoxsa elektron sistem? – TƏHSİL + FOTO

1-ci sinfə və ya məktəbəqədər təhsillə bağlı qəbul hər il olduğu kimi məktəblərin xidmət ərazisinə görə aparılır. Bu məqsədlə tətbiq edilən elektron sistem bəzi valideynlərin narazılığına səbəb olur. Bu məsələdə Elm və Təhsil Nazirliyi ilə həmin valideynlərin mövqeyi isə üst-üstə düşmür. Artıq bir neçə ildir ki, məktəblərdə 1-ci sinif və məktəbəhazırlıq qruplarına qəbul, şagirdlərin yerdəyişməsi elektron qaydada aparılır. Bu sistem özünü doğrultsa da, valideynlərin ciddi narazılığına səbəb olan məqamlar da az deyil. Məsələn, şikayətlərdən biri belədir: “Övladımı yaşadığım ünvana yaxın olan 5 nömrəli məktəbdə qeydiyyata salmaq istəyirəm. Lakin sistemdə qeyd…

Read More
Təhsil 

Nazir: “Təhsildən yayınma halları var”

“Bütün dünyada olduğu kimi, Azərbaycanda da təhsildən yayınma halları var”. “Report”un Cənub bürosu xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Astarada ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən Təhsil Festivalında jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, insanlar pozitivə köklənməyi öyrənməlidirlər: “Biz bəzən pozitivlə neqativ arasında daha çox neqativi qabartmağı sevirik. Amma ümumilikdə bugünkü səhnə bizi sevindirdi. Ümid edirəm ki, gələcəkdə belə tədbirlər çox edəcəyik. Bu festival göstərdi ki, ölkənin bölgələrindəki təhsil müəssisələrində çox müxtəlif, maraqlı layihələr icra olunur. İnanıram ki, belə tipli tədbirlər ilk növbədə…

Read More
Təhsil 

Ukraynada təhsil alan azərbaycanlı tələbələrə MÜRACİƏT – FOTO

“Ukrayna universitetlərində təhsil alan tələbələrin diplomlarının tanınması ilə bağlı daha çox problem yaranır”. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri Ülkər Səttarova deyib. O həmçinin bildirib ki, vətəndaşlar bəzi hallarda sərhədi keçməklə bağlı problemlə üzləşdiklərini söyləyirlər: “Vətəndaşlarımız təhsil müddətində orada az olurlar. Ukrayna tərəfi ilə görüşəndə biz bu problemi onların diqqətinə çatdırmışıq və onların xahişi ilə daha çox problem yaşadığımız universitetlərin siyahısını təqdim etmişik”. Agentlik sədri təhsil müddətində həmin ölkədə olmaları ilə bağlı vətəndaşlara müraciət edib: “Həmçinin onlar universitetin akkreditasiyadan keçib-keçmədiyinə diqqət etməlidirlər. Hazırda, bildiyiniz…

Read More
Təhsil 

Birinci siniflərin məktəb seçiminə başlanılır

Bu gündən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunda Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi (məktəb seçimi) həyata keçiriləcək. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, qəbul prosesi mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq. Həmçinin mayın 31-də saat 18:00-a qədər dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat aparılacaq. Paralel şəkildə mayın 20-dən iyunun 9-dək müsahibələr aparılacaq. İyunun 20-də tədris digər dillərdə aparılan məktəblərdə məktəb seçiminə başlanılacaq…

Read More
Təhsil 

Bu gün 14 mindən çox şagird və məzun imtahan verir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirir. DİM-dən Arantv.az-a bildirilib ki, 15 şəhər və rayonda təşkil olunan imtahanlarda 14 min 328 nəfərin iştirakı nəzərdə tutulur. Həmçinin mayın 14-də: – əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı; – müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı; – qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;…

Read More
Təhsil 

Ali məktəbi qırmızı diplomla bitirənlərə əlavə hüquq veriləcək?

Milli Məclis sədrinin müavini Fəzail İbrahimli ali məktəbi qırmızı diplomla bitirənlərin səlahiyyət və hüquqlarının genişləndirilməsini təklif edib. “Report”un məlumatına görə, vitse-spiker çıxışında bildirib ki, bu gün qırmızı diplomun mənası itib, heç kimə lazım deyil. Onun sözlərinə görə, ali məktəbləri qırmızı diplomla bitirənlərin zəhmətinə laqeydlik göstərilir: “Mütləq onlara hansısa üstünlük verilməlidir. Misal olaraq, universiteti bitirib, dərin təhsil alıb və hər şey qaydasındadır, mürəkkəbi qurumamış diplomu ilə yenidən harasa işə düzəlmək üçün imtahan verir. Bax, bu məsələ nəzərə alınmalıdır. Elm və Təhsil Nazirliyinə müraciət edəndə qanuna istinad edilir. Təklif edirəm ki, dəyişikliklərin…

Read More
Təhsil 

Bağça müəllimlərinin sertifikatlaşdırmadan keçməsi ilə bağlı layihə I oxunuşda qəbul olunub

Azərbaycanda bağça müəllimləri sertifikatlaşdırmadan keçəcəklər. “Report” xəbər verir ki, bununla bağlı “Təhsil haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb. Bu, təhsilverənlərin vəzifələri sırasına daxil edilib. Beləliklə, dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsi və peşə yararlılığı yoxlanılacaq. Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçəcəklər. Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan…

Read More