Təhsil 

Biz daha çox keyfiyyətə önəm verməliyik

Ali təhsil müəssisələri çox dar profilə sahibdir. ARANTV.AZ  xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Keyfiyyət Təminatı Agentliklerinin fəaliyyətinin Avropa Ali Təhsil məkanında keyfiyyət təminatı üzrə standart ve təlimatlara uyğub teşkili adlı kollegiyal məşvərət iclasında çıxışında deyib. Nazir qeyd edib ki, universitetlərin beynəlxalq reytinq cədvəlinə düşməsi üçün bir sıra proseslər dəyişməlidir. “2026-cı ilə qədər bu məsələylə bağlı qarşımızda bir sıra çağırışlar dayanır. Biz daha çox keyfiyyətə önəm verməliyik, nəinki universitetlərin daxilində olan məsələrə”,- deyə nazir əlavə edib.

Read More
Bölgə Gündəm Region Xəbərləri Təhsil 

Bərdədə bu kəndin məktəbi baxımsız vəziyyətdədir-VİDEO

Uçmuş tavan, təhlükəli vəziyyətdə olan döşəmə, yararsız oturacaqlar və yazı üzünə həsrət qalan lövhə. Görüntülər Bərdə rayonunun Çələbilər kəndində yerləşən orta məktəbdəndir. Əgər ona məktəb demək olarsa. Bu təhsil ocağı ötən əsrin əvvəllərində tikilib. 150-dən artıq şagirdi olan məktəbin divarları uçub dağılır. Təbii ki, bu da burada təhsil alan şagirdlərin və onlara təhsil verən müəllimlərin həyatını birbaşa təhlükə altında qoyur. Təhsil üçün tamamilə yararsız halda olan bu məktəbin durumu adiyyatı qurumların diqqətindən kənarda qalıb. Təhsil işçiləri tezliklə yeni məktəb binasının tikintisi arzu edirlər. Müasir tələblərə cavab verən məktəblərin inşa edildiyi,…

Read More
Təhsil 

TARİXƏ İŞIQ SALAN İNSAN

Nümunə ən yaxşı tərbiyədir.                                                                                                                Təhsil sahəsi müqəddəs bir sahədir.  Çünki təhsil sahəsi uşaqları, gəncləri hazırlayıb gələcəyə əsl vətəndaş,  yüksək səviyyəli mütəxəssis etmək üçün mövcuddur. Heydər Əliyev            Azərbaycan məktəbi böyük iftixar hissi keçirir ki, onun yetirmələri…

Read More
Təhsil 

50 mindən çox şagird imtahanda 300 bal toplaya bilməyib – səbəblər

Ekspert: “Bəzən abituriyentlər  “oxumadığımız mövzular var idi” deyir, ya da hazırlığa getdiyi kursun üzərinə atır ki…” Bu il orta məktəblərin buraxılış imtahanları ilə bağlı çoxsaylı şikayətlər oldu. Hətta valideynlər etiraz aksiyası da keçirdilər. Buraxılış imtahanları martın 5-də, 12-də (onun nəticələri hələ açıqlanmayıb) və aprelin 2-də oldu (ötən ildən qalanlar və bu il üzrlü səbəbdən əvvəlki imtahanlara qatıla bilməyənlər). Bir çox valideyn və şagirdlər şikayətlənir ki, bəzi suallar məktəb proqramına aid deyildi. İddialara görə, məqsəd şagirdlərin çox bal toplamasına imkan verməmək olub. 11-ci sinif şagirdi Sona Abdullayeva (adı və soyadı şərtidir)…

Read More
Təhsil 

Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi üçün qeydiyyat başlayır

Bu gün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu başlayır. Bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib. Müsabiqədə iştirak etmək istəyən müəllimlər saat 11:00-dan 17 aprel 11:00-dək www.miq.edu.az/yerdeyishme keçidinə daxil olaraq müraciət edə bilərlər. Vakansiya seçimi zamanı ilkin olaraq şəhid ailələrinin üzvlərinə vakant yer seçmək imkanı veriləcək. Bununla yanaşı, dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla həyata keçiriləcək. İş yerini bu regionlara (Bakı, Sumqayıt…

Read More
Region Xəbərləri Təhsil 

Məktəbdə Aprel döyüşlərinin ildönümünə həsr olunmuş tədbir

Bərdə rayon Kətəlparaq kənd tam orta məktəbində aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilmişdir.Məktəbin akt zalında davam edən tədbir Dövlət himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.  Məktəbin direktoru Adib Salmansoy  çıxış edərək Aprel şəhidlərinin igidliyini tarixi qəhrəmanlıq adlandırıb. Bildirib ki, Ali Baş Komandanımızın da dəfələrlə dediyi kimi, Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi. Bu qələbə igid əsgərlərimizin işğal olunan torpaqlarımızın azad edilməsinə tam hazır olduğunu bir daha sübut edir. Direktor ölkəmizdə, o…

Read More
Region Xəbərləri Təhsil 

Böyük Zəfərin başlanğıcı – Aprel döyüşləri

Aprelin 4-də Şorəlli kənd tam orta məktəbin şagirdləri Aprel döyüşlərinin 7-ci ildönümü ilə əlaqədar şəhidlər xiyabanına ziyarət edərək aprel şəhidlərimizin məzarlarına gül dəstəsi qoyaraq yad etmişlər.Diqqətə çatdırılıb ki, Aprel döyüşləri 2020-ci ildəki 44 günlük müharibədə qazanılan şanlı Zəfərin başlanğıcı idi. Yeddi il əvvəl bu döyüşlərdə düşmən üzərində qazanılan hərbi uğurlar Azərbaycan Ordusunun və xalqının böyük Qələbəyə inamını və əzmini daha da artırdı. ARANTV.AZ Nilufər Əliyeva

Read More
Region Xəbərləri Təhsil 

7 nömrəli tam orta məktəbdə Şanlı Aprel döyüşlərinin 7 – ci ildönümünə həsr olunmuş tədbir keçirildi.

03 aprel 2023-cü il tarixdə Bərdə rayon 7 nömrəli məktəbdə “Aprel döyüşləri şanlı tariximizdir” adlı tədbir keçirilib. Tədbirə başlamazdan öncə Ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Diqqətə çatdırılıb ki, Aprel döyüşləri 2020-ci ildəki 44 günlük müharibədə qazanılan şanlı Zəfərin başlanğıcı idi. Yeddi il əvvəl bu döyüşlərdə düşmən üzərində qazanılan hərbi uğurlar Azərbaycan Ordusunun və xalqının böyük Qələbəyə inamını və əzmini daha da artırdı. ARANTV.AZ Nilufər Əliyeva

Read More
Təhsil 

Bu gün 28 minə yaxın abituriyent imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 2-də növbəti imtahanlar keçirir. Bu barədə Oxu.Az-a DİM-dən məlumat verilib. Aprelin 2-də keçiriləcək imtahanların siyahısı aşağıdakı kimidir: 1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı; 2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı; 3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı; 4. Mart ayında keçirilmiş…

Read More