Təhsil 

Elm və Təhsil Nazirliyi: “Ali məktəblərdə dövlət imtahanı ləğv olunub”

“Ali təhsil müəssisələrində dövlət imtahanı ləğv olunub”. Bunu APA-ya açıqlamasında Elm və Təhsil Nazirliyi Elm sektorunun müdiri Turxan Süleyman deyib. O bildirib ki, yeni təhsil standartında dövlət imtahanı deyilən anlayış yoxdur: “Bu il ali təhsil müəssisələrinin I və II kursunda təhsil alanlar ali məktəbi bitirdikdə dövlət imtahanı verməyəcəklər. Dövlət imtahanı verənlər köhnə standartla təhsil alanlardır”.

Read More
Təhsil 

Elm və təhsil naziri: “Son illərdə tarixçilər hüquqşünas ixtisasına qəbul ola bilməyənlərdir”

“Son illərdə tarixçilər hüquqşünas ixtisasına qəbul ola bilməyənlərdir”. “Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib. O bildirib ki, bu gün abituriyentlər ixtisas seçimini bazara görə yox, özündən əvvəlki abituriyentin seçiminə görə edirlər.

Read More
Təhsil 

Elm və təhsil naziri: “Ali məktəblərə qəbul sistemində problem var”

“Ali təhsil müəssisələrinə qəbul sistemində problem var”. APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib. O bildirib ki, bunlardan əsası ixtisas seçimidir: “Abituriyent bir neçə ixtisası yazır, birinə düşmürsə, o birinə düşür. Nəticədə abituriyent biologiya, kimya ixtisaslarını istəyirsə, axırda gedib başqa bir ixtisasa düşür. 95 faiz halda abituriyent belə davranır. Mahiyyət etibarilə həkim olmaq istəməyən insanlar həkim olurlar”.

Read More
Region Xəbərləri Təhsil 

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı gül əkmə aksiyası keçirilib

Bu gün 7 nömrəli tam orta məktəbdə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş gül əkmə aksiyası keçirildi.Aksiyanın keçirilməsində əsas məqsəd ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ümummilli liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub. Qeyd olunub ki, dahi rəhbər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət hazırda onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi…

Read More
Region Xəbərləri Təhsil 

Bərdə məktəbində “İdman həftəsi” çərçivəsində yeniyetmə və gənc idmançılarla görüş +Fotolar

Martın 2-də Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə ümumi təhsil müəssisələrində keçirilən “İdman həftəsi” layihəsi çərçivəsində Bərdə rayon Yalçın Yusifov adına Mollaisalar kənd tam orta məktəbinin I sinfində tədbir təşkil edilib. Tədbirdə Bərdə Rayon Gənclər və İdman idarəsi üzrə məşqçi müəllim Məmmədov Rauf və tanınmış idmançılar iştirak ediblər. Tədbir çərçivəsində “İdman həftəsi” layihəsinin proqramına uyğun olaraq şagirdlərin iştirakı ilə səhər gimnastikası edib, qol güləşi və uzaq məsəfayə qaçış idman növü üzrə yarışlar keçirilib, qaliblərə mükafatlar təqdim edilib. Bərdə rayonu üzrə tanınmış gənc idmançıların sinif rəhbəri Samir Abbaslının təşəbbüsü ilə ilə…

Read More
Təhsil 

Bakı məktəbləri yoxlanılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili və idarə olunması ilə bağlı operativ monitorinqlər keçirilir. İdarədən verilən xəbərə görə, monitorinqlərin təşkil olunmasının əsas məqsədi seçmə üsulla müəyyənləşdirilmiş məktəblərdə tədrisin təşkili vəziyyətinin öyrənilməsi şagirdlərin dərsə davamiyyətinin yoxlanılmasından ibarətdir. Təhsil müəssisələrinin idarə olunması, tədris və təlim-tərbiyə prosesinin təşkilinin effektivliyinin artırılması da monitorinqlərin əsas hədəflərindəndir. Monitorinqlərin nəzərdə tutulan əhatə dairəsinin təmin olunması üçün BŞTİ tərəfindən beş komissiya yaradılıb. Monitorinqlər zamanı təhsil müəssisələrində məktəb sənədləri ilə işin təşkili, infrastruktur və maddi-texniki təminat, dərs prosesinin düzgün qurulması…

Read More
Təhsil 

Onminlərlə çox müəllim sertifikasiya imtahanına cəlb ediləcək – Nazir AÇIQLADI

Bu il sertifikasiya imtahanına cəlb ediləcək müəllimlərin sayı açıqlanıb. ARANTV.AZ-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib. O qeyd edib ki, 2023-cü ildə 35 minə yaxın müəllimin sertifikasiya imtahanına cəlb edilməsi gözlənilir: “Həmin imtahandan keçən müəllimlərin böyük əksəriyyətinin əməkhaqları 10 və 35 faiz artacaq”. E.Əmrullayev əlavə edib ki, bu il ibtidai sinif üzrə digər yerdə qalan regionlar və ölkə üzrə Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllimlərin biliyi yoxlanılacaq.

Read More
Təhsil 

Emin Əmrullayev müəllimlərin maaşlarının artırılmasından DANIŞDI – CANLI YAYIM

Elm və təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” imzalandığı sərəncamla bağlı mətbuat konfransı keçirir. ARANTV.AZ-ın məlumatına görə, nazir bildirib ki, 2014-cu illə müqayisədə müəllimlərin orta əməkhaqları 267 manatdan 790 manata qədər artıb: “2015-ci ildə bacarıqların diaqnostik qiymətləndirilməsindən keçən müəllimlərin dərs saatı 12 saatdan 18 saata, əməkhaqları isə iki dəfə artırılıb. Bu da ümumi müəllimlərin əməkhaqlarının orta hesabla 30 faizə yaxın artması deməkdir”.…

Read More