Ramazan 

Məşhur dietoloq orucun bədənə FAYDALARINDAN DANIŞDI

Türkiyəli dietoloq Mürşüd Özener orucun bir çox xəstəliklərin müalciəsində effektli təsiri olduğunu bildirib. ARANTV.AZ  Türkiyə mətbuatına istinadən xəbər verir ki, sağlam qidalanma mütəxəssisi yağların yandırılması nəticəsində şəkər və xolesterin səviyyəsinin yaxşılaşdığını deyib: “Orucun immunitetə bir çox faydası var. Gündəlik həyatda çox enerji verən qidaları yemək insanlarda zamanla insulin müqaviməti, köklük və şəkər xəstəliyinin inkişafına səbəb olur. Qənnadı məhsullar, şəkər nisbəti yüksək olan meyvələr, xəmir xörəkləri, ağ çörək, plov kimi ərzaqlar qara ciyəri yağlandırır. Beləliklə, orqanizmin xəstəliklərə qarşı müqaviməti zəifləyir və öz funksiyalarını yerinə yetirə bilmir. Oruc qaraciyərin işini asanlaşdırır və…

Read More
Ramazan 

Cümə gününün müstəhəb qüslünü nə zaman almaq lazımdır?

Cümə gününün müstəhəb qüslünü nə zaman almaq lazımdır? Şəriətə görə, bəzi günlərdə müstəhəb qüsl almaq bəyənilir. Bəzi əlamətdar tarixlər və cümə günləri bura aiddir. Yaxşı olar ki, cümə günü sübh azanından sonra zöhr azanına kimi vaxt ərzində bu qüsl yerinə yetirilsin. Zöhr azanına yaxın bir vaxtda edilməsi daha çox bəyənilir. Əgər zöhr vaxtına kimi qüsl almaq mümkün olmasa, zöhrdən sonra, əsr vaxtına kimi də almaq olar. Hətta əgər bir şəxs cümə günü su tapmayacağını və ya başqa səbəb üzündən qüsl ala bilməyəcəyini bilirsə, cümə gününə keçən gecə savaba çatmaq ümidi…

Read More
Ramazan 

Hansı qidalar haram sayılır? İzah

Qurani-Kərimdə və Peyğəmbərin səhih hədislərində haram olması buyurulan qidalardan başqa heç bir qida haram deyildir. ARANTV.AZ  bildirir ki, Allahın halal buyurduğu qidanı haram saymaq böyük günahdır. Uca Allah buyurur: “Dilinizin uydurduğu yalana əsasən: “Bu halaldır, o haramdır!”– deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar” (ən-Nəhl, 116). Uca Allah haram etdiyi qidaları təfərrüatı ilə bizə bəyan edərək buyurur: “Leş, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, döyülüb öldürülmüş, hündür bir yerdən yıxılıb gəbərmiş, buynuzlanıb öldürülmüş, yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş, –…

Read More
Ramazan 

Oruc tutarkən ağızda yaranan xoşagəlməz qoxunu aradan qaldırmağın ÜSULLARI

Ramazan ayında oruc tutanların yaşadığı ciddi problemlərdən biri xoşagəlməz ağız qoxusudur. ARANTV.AZ xəbər verir ki, diş həkimləri Ramazanda ağızda xoşagəlməz qoxularının yaranmaması üçün bir neşə tövsiyə verib. Uzun müddət davam edən oruc prosesi ağızda quruluğa yol açır. Bu da ağız boşluğunda xoşagəlməz və ətrafdakıları narahat edəcək qoxu yaradır. İmsak və iftardan sonra dişlər fırçalanmırsa, ağızda qalan qida artıqları ağız qoxusuna səbəb olur. Uzun müddət təmizlənməyən ağızda diş əti iltihabı başlayar və bu iltihab da qoxuya səbəb olar. İmsak və iftar yeməyindən sonra dişlər mütləq şəkildə, ən az, 2-3 dəqiqə fırçalanmalıdır.…

Read More
Ramazan 

Orucun tibbi faydaları

Şübhəsiz, insan orqanizminin ən mühüm tələbatlarından biri də yeməkdir. Lakin nəzərə almaq lazımdır ki, yeməyə çox aludə olmaq nəinki xeyirli, əksinə, çox zərərlidir. Hədislərdə buyurulur ki, normadan çox yemək qəlbi daşlaşdırır, şəhvət hissini gücləndirir və insanı Allaha ibadətdən uzaqlaşdırır. Həzrət Məhəmməd Peyğəmbər (s.a.s) buyurmuşdur ki, çox yemək bütün dərdlərin mənbəyi, az yemək isə dərmanların ən əsasıdır. Ona görə dinimiz müsəlmanları az yeməyə, aclıq hiss eləmədən yeməməyə, süfrədən yarıtox halda qalxmağa çağırır. Bu baxımdan deyə bilərik ki, bəzi xəstəlik və bəlaları məhz oruc vasitəsilə sağaltmaq olar. Ramazan ayı sanki müsəlmanın bir aylıq müalicə…

Read More
Ramazan 

Oruc – biçaqsiz tibbi əməliyyat kimidir

Oruc tutmağın çox üstünlükləri var və bu haqda yüzlərlə məqalə oxuya bilərsiniz. Dr. Paul Bragg (1895-1976), “The miracle of fasting” (Orucun möcüzəsi) kitabında qeyd etdiyi kimi “Oruc bıçaqsız əməliyyat kimidir”. Yəni, orqanizmdə olan hüceyrələr ac qalan kimi ilk növbədə xəstə və zəif hüceyrələrə istiqamətlənir, onları zərərsizləşdirərək orqanizmi müalicəyə başlayırlar. ARANTV.AZ bildirir ki, fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı Dr. Alexis Carriel də oruc tutduğumuz zaman orqanizmin ehtiyat saxladığı qidalardan istifadə etdiyini və beləliklə də, bədəndəki hüceyrələrdə yenilənmə baş verdiyini bildirmişdir. Dünyanın ən görkəmli tibb adamlarından olan Dr. Arnold Eret…

Read More
Ramazan 

Fitrə zəkatı haqqında

Rəhimli və Mərhəmətli Allahın adı ilə Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə. Bundan sonra: Hökmü: Böyük, kiçik, kişi, qadın, azad və qul olan hər bir müsəlmana vacibdir. İbn Ömər (Allah onların hər ikisindən razı olsun) dedi: «Peyğəmbər ( Allahın ona salavat və salamı olsun) Ramazanın fitrə zəkatını 2,5 kq xurma və ya buğda çıxartmağı hər bir müsəlman kimsəyə: qadın və kişiyə, böyük və kiçiyə, azad və qula fərz etmiş və insanların Bayram namazına çıxmazdan əvvəl vermələrini əmr etmişdir.» (Buxari )…

Read More
Ramazan 

Oruc tutmaq barədə 7 yanlışlıq

ARANTV.AZ oruc haqqında 7 yanlış stereotipləri təqdim edir. 1. Yanlışlıq: Çimmək, duş qəbul etmək olmaz. Həqiqət: Olar. Sadəcə, başı bütünlüklə suyun altına salmaq (suya baş vurmaq) olmaz. 2. Yanlışlıq: Ağız suyunu (tüpürcəyi) udmaq olmaz. Həqiqət: Oruc tutan şəxsin ağız suyunu udmasında heç bir məhdudiyyət yoxdur. 3. Yanlışlıq: Ağzı yaxalamaq və dişləri təmizləmək olmaz. Həqiqət: Olar. Sadəcə, diqqət etmək lazımdır ki, su boğazdan aşağı getməsin. 4. Yanlışlıq: Orucluq vaxtı toy-bayram keçirtmək olmaz. Həqiqət: Mübarək ayda toy etməklə bağlı heç bir məhdudiyyət yoxdur. Məhdudiyyət, hər zaman olduğu kimi, haram məclislərə və bunlara xas atributlaradır. 5. Yanlışlıq: Namaz qılmayan oruc tuta bilməz.…

Read More