İSLAM 

ON BİR AYIN SULTANI

Allahın qulları üçün yaratdığı fürsət hesab olunan müqəddəs Ramazana həm fiziki, həm də mənəvi cəhətdən hazırlaşmaq vacib şərtdir Qarşıdan 11 ayın sultanı olan müqəddəs Ramazan ayı gəlir. Bütün dünya müsəlmanları bu ayın fəzilətindən yararlanmağa çalışırlar. Allahü-Təala Qurani-Kərimdə buyurmuşdur: “Orucdan başqa insanın bütün ibadətləri özünə aiddir. Oruc isə Mənə aiddir. Onun mükafatını Mən verəcəm”. Ramazan Hicri təqviminin bir hissəsi hesab edilir. Yeni ayın çıxması bu ayın başlanmasına işarədir. Məlum olduğu kimi, Hicri təqvimi Miladi təqvimdən 10-11 gün qısadır. Ona görə də hər il Ramazan ayı 10-11 gün əvvəl başlayır. Müsəlmanların etiqadına…

Read More
İSLAM 

2022-ci ilin Ramazan təqvimi

Azərbaycanda Ramazan təqvimi açıqlanıb. ARANTV.AZ xəbər verir ki, təqvimə əsasən Ramazan ayı aprelin 2-si başlayacaq. Ramazan ayının ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, yəni aprelin 19-da olacaq. İkinci qədr gecəsi aprelin 21-i (Ramazan ayının 20-dən 21-nə keçən gecə), üçüncüsü aprelin 23-də və sonuncusu aprelin 27-də olacaq. Şəvval ayının 1-i, mayın 2-də Azərbaycanda Ramazan (Fitr) bayramı qeyd olunacaq.

Read More
İSLAM 

QMİ Ramazan ayının başlaması ilə bağlı fətva verib

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası mübarək Ramazan və orucluq ayının başlanması münasibətilə dünya və ölkə müsəlmanlarına təbriklərini ünvanlayır, bu müqəddəs ayda vacib ibadətlərin Allah dərgahında qəbula yetməsi üçün dualar edir. ARANTV.AZ xəbər verir ki, Ramazan ayı ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Fətva qəbul edib. Fətvada deyilir: “Ramazanın fəzilətləri barədə müqəddəs Kitabımız “Qurani-Kərim”də Uca Rəbbimiz buyurur: “Ramazan ayı insanlara doğru yol göstərən, doğru yolu və haqqı batildən ayırmağı açıq-aşkar dəlillərlə bəyan edən Quranın nazil olduğu aydır. Sizdən hər kim o aya yetişsə oruc tutsun..” (Bəqərə, 185). Aləmlərə rəhmət, möminlərə mərhəmət…

Read More
İSLAM 

Ramazan ayı üçün fitrə zəkatının məbləği açıqlanıb

Azərbaycanda bu il üçün Ramazan ayının son günündə veriləcək fitrə zəkatının məbləği açıqlanıb. ARANTV.AZ  xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Ramazan ayı ilə bağlı qəbul etdiyi fətvada bildirilib ki, oruc ibadətinin mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Qeyd olunub ki, Qazılar Şurasının qənaətinə görə, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Məlumat üçün bildirək ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının…

Read More
İSLAM Ramazan 

Azərbaycanda Ramazan bayramının tarixi açıqlanıb

Azərbaycanda Ramazan bayramının qeyd olunacağı günlər açıqlanıb. ARANTV.AZ xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Ramazanla bağlı fətvasında deyilir. Fətvada qeyd olunur: “Ramazan bayramı Şəvval ayının 1-i – Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 2-nə təsadüf edəcək, inşallah. Bütün İslam ümmətini mübarək Ramazanın gəlişi münasibətilə təbrik edir, müqəddəs dinimizə ehtiram nümayiş etdirməkdə, oruc ibadətimizi layiqincə tamamlamaqda bizə yardımçı olmasını Uca Rəbbimizdən diləyirik! Allah oruc və namazlarımızı qəbul etsin, bizləri məğfirət və mərhəmətə nail olan bəndələrindən qərar versin. Allahdan diləyim budur ki, Öz Böyük Mərhəmət və Kəramətini xalqımızın üzərində…

Read More
İSLAM 

Gündə 3 xurma yemək… – Xurmanın bu günə qədər bilmədiyimiz FAYDALARI

Xurma ləzzətli olmaqla yanaşı insan orqanizminə faydalıdır. ARANTV.AZ  bildirir ki, dəmir, folik turşu və kalsium kimi bir çox mineral xurmanın tərkibində var. Amma qeyd etmək mütləq vacibdir ki, 3 ədəd xurmanın 60 kalorisi var. Bu səbəbdən də ləzzətinə qapılıb xurmanı daha çox qəbul etmək olmaz. Aşağıda xurmanın insan orqanizminə olan faydalarını təqdim edirik.   Həzmi asanlaşdırır Xurmanın tərkibində lif çoxdur. 100 qram xurmada 3.5 qram lif var. Buna görə də mədədə şişir və mədəni gec tərk etdiyi üçün toxluq hissi yaradır. Yüksək lif bağırsaqları işlədir və qəbz problemini həll edir.…

Read More
İSLAM 

Cavan ailəni möhkəm edən amillər

İnsan mədəni bir varlıqdır. Ona görə də bir yavərə ehtiyacı vardır. Üsul və şəraitlərinə riayət edilən bir evlilik başqa ailələrin təcrübəsindən istifadə edərək, daha möhkəm və sabit olar. Cavan ailələr bir neçə nöqtəyə diqqət etsələr, ailələri ilk günlərdən acı və təlatümlü olmaz. 1. Müştərək yaşamaq kamala çatmaq deməkdir. Öz həyat yoldaşınızın yavəri və dostu olun, çalışmayın ki, ona rəhbərlik edəsiniz. Başqa sözlə desək, bir-birinizin yanında olun. O ailələr müvəffəq olurlar ki, bir-biri ilə daima həmahəngdirlər. Bir-biri ilə səmimi və şən həyat qurublar. Cavan cütlüklər bir-birinə tənə vurmaqdan, təhqir etməkdən və…

Read More
İSLAM 

Ramazan ayı nə vaxt başlayır? – TARİX AÇIQLANDI

Aprelin 2-si Ramazan ayının ilk günüdür. ARANTV.AZ APA-ya istinadən bildirir ki, bunu Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib. O bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Şamaxı Rəsədxanasına sorğu göndərilib. “Onlar ayların daxilolma təqvimini bizə təqdim ediblər. Təqvimə əsasən aprelin 2-si Ramazan ayı daxil olacaq. Ayın 1-də Ramazan hilalı görünəcək. Hilal görünürsə, sabahı Ramazan ayının 1-idir” – o qeyd edib. QMİ sədrinin müavini Ramazan bayramının keçirilmə vaxtını da açıqlayıb. “Ramazan bayramı dövlət səviyyəsində 2 gün qeyd olunur. Rəsədxananın verdiyi təqvimə əsasən mayın 2-3-ü Ramazan bayramıdır” – o bildirib.

Read More
İSLAM 

Ramazan ayının başlama vaxtı açıqlandı – FOTO

ARANTV.AZ  xəbər verir ki, bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib. O bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Şamaxı Rəsədxanasına sorğu göndərilib. “Onlar ayların daxilolma təqvimini bizə təqdim ediblər. Təqvimə əsasən aprelin 2-si Ramazan ayı daxil olacaq. Ayın 1-də Ramazan hilalı görünəcək. Hilal görünürsə, sabahı Ramazan ayının 1-idir” – o qeyd edib. QMİ sədrinin müavini Ramazan bayramının keçirilmə vaxtını da açıqlayıb. “Ramazan bayramı dövlət səviyyəsində 2 gün qeyd olunur. Rəsədxananın verdiyi təqvimə əsasən mayın 2-3-ü Ramazan bayramıdır” – o bildirib.  

Read More
İSLAM 

Hər kəs ruzisinə qovuşur

Allahu təala hər insanın və hər heyvanın ruzisini əzəldə təqdir etmiş, ayırmışdır. İnsanların və heyvanların əcəlləri və nəfəslərinin sayı bəlli olduğu kimi, hər insanın bədəninin və ruhunun ruziləri də bəllidir. Ruzi heç dəyişməz. Azalmaz və çoxalmaz. Heç kim heç kimin ruzisini yeyə bilməz. Heç kim də öz ruzisini yemədən, bitirmədən ölməz. Bir kimsə Allahu təala əmr etdiyi üçün çalışır, ruzisini halal yoldan axtararsa, əzəldə bəlli olan ruzisinə qovuşar. Bu ruzi ona bərəkətli olar. Bu çalışması üçün də savab verilər. Əgər ruzisini Allahu təalanın qadağan etdiyi yerlərdə axtararsa, yenə əzəldə ayrılmış…

Read More