İSLAM 

Qəbir və qəbir əzabı nədir?

Qəbir dünyası həmişə insanların marağına səbəb olan məsələlərdən biridir. Qəbir dedikdə, insanın öləndən sonra düşdüyü bərzəx aləmi nəzərdə tutulur. Bu aləm Qiyamətə qədər davam edir. İmam Sadiqin (ə) tərəfdaşlarından biri olan Həmad deyir: “İmam Sadiqdən (ə) soruşdum ki, bərzəx nədir?” O, buyurdu: “Bərzəx – ölümdən qiyamətə qədər olan qəbirdir””. İnsanın ruhu öləndən sonra öz misali bədəninə qovuşur. Əslində insan bu dünyanı tərk edən zaman maddi bədənindən ayrılır. Öz misali bədəninə qovuşur. Çünki onun bu bədəni bərzəx aləminə uyğun olan bir bədəndir. Ruh ilə rabitəsi maddi bədənin ruh ilə olan rabitəsindən…

Read More
İSLAM 

Uzun arzulara nə səbəb olur?

Uzun arzular – ən təhlükəli əxlaqi rəzilliklərindəndir. İnsanı müxtəlif günahlara düçar edər, Allahdan uzaqlaşdırar. Şeytana yaxınlaşdırar, pis nəticələrə gətirib çıxardar. Uzun arzular insanın maddi və mənəvi həyatına dağıdıcı təsir qoyur. İnsan bəs nəyə görə uzun arzular qurur? Uzun arzulara səbəb olan ən mühüm amil – cəhalət və agahsızlıqdır. Özünə qarşı cəhalət, dünyaya qarşı cəhalət, Allahın qüdrətinə qarşı cəhalət, dünya və axirət savabına qarşı cəhalətdir. Bu cəhalətlər insanı uzun arzular etməyə sövq edər. İnsan öz vəziyyətindən xəbərsiz olarsa, ölümdən xəbərsiz olarsa, uzun arzular qurmağa daha çox meyl edər. İnsan bilmir ki,…

Read More
İSLAM 

Başqasını yolundan azdıran, sanki bütün dünyanı öldürmüşdür

(Ayətullah Məzahirinin əxlaq dərsindən) Deyerler.org: Üç elm vardır ki, müsəlman gərək ona əhəmiyyət versin: biri etiqada aid olan elmdir, biri əhkama və dini məsələlərə aid olan elmdir, biri isə əxlaq və nəfsi islah etməyə aid olan elmdir. Bu, vaciblərin vacibidir. Əgər siz sual versəniz ki, Məkkəyə getmək, təvaf etmək yaxşıdır, yoxsa elm öyrənmək? Gərək deyək ki, Peyğəmbərn (s) və Əhli-beytin (ə) nəzərinə görə elm öyrənmək daha yaxşıdır. Kərbəla bu qədər müqəddəs və əziz olmasına baxmayaraq, elm öyrənmək ziyarətdən daha önəmlidir və daha faydalıdır. Bir müsəlman gərək etiqadına aid məsələləri öyrənsin…

Read More
İSLAM 

Namazda qiyamın fəlsəfəsi nədir?

Namazqılan namaz qılmaq üçün yerindən qalxar və təvazökarcasına və vüqarla Allahın qarşısında qərar tutar. Qiyam – ayağa qalxmaq və sakit olmaqdan uzaq olmaq deməkdir. Qiyam – nəfsani istəklərdən uzaq olub, tövbə üçün hazır olmaqdır. Qiyam – cisim və ruhun Allah qarşısında durmasıdır. Bu zaman insan başını təvazö niyyəti ilə aşağı salmalıdır. Yəni təkəbbürdən uzaq olduğunu göstərər. Qiyam – İlahi ibadətə hazır olmaq deməkdir. Qiyam – insanın inkişaf və tərəqqi yolunda fəaliyyət göstərməsidir. Namazqılan tənbəlliyi və süstlüyü kənara qoyub, ümidlə ayağa qalxar və Allaha çatmaq üçün hərəkət edər. Qiyam – namazqılanın…

Read More
İSLAM 

Hicabı qorumağın hikmətləri

Hicaba riayət etmək hər bir müsəlman qadının vəzifəsidir. Hicabı hifz etməyin bəzi hikmətləri vardır ki, onlara işarə edək: 1. Cəmiyyətin psixologiyası sağlam olar. Əgər qadın öz hicabına riayət edərsə, cəmiyyətdə iffətli bir qadın kimi tanınar. Bəzi təhlükələrdən amanda qalar. Ona görə də hicab məhdudiyyət deyildir, bəlkə hifz olunma vasitəsidir. Qadın əgər hicabına riayət edərsə, cəmiyyətin psixologiyası sağlam olar. Bundan başqa, qadının özü də ruhi rahatlıq əldə edər. O xanım ki, hicabı olmadan evdən çıxar, pis nəzərlərdən amanda deyildir. Həmişə təşviş içində olar ki, tərbiyəsiz insanlar ona söz atmasın. Ona görə…

Read More
İSLAM 

Allaha görə dostluq və düşmənçilik etmək

İnsan Allaha görə dostluq və düşmənçilik etməlidir. Çünki bu zaman əməlin dəyərli olar və axirət əcrinə malik olar. İmam Sadiq (ə) buyurur: “İmanın möhkəm vasitəsi bunlardır: Allaha görə sevəsən və Allaha görə düşmən biləsən. Allaha görə əta edəsən və Allaha görə əsirgəyəsən”. Allah Təala bu dostluq və düşmənçilik üçün də hədd müəyyən etmişdir. İslam dini mötədil bir dindir. Hər bir sahəsində mötədilliyə riayət etmək – ən mühüm üsullarındandır. İfrat və təfrit etmək Siratül-müstəqim yolundan xaric olmaqdır. Bu üsul dostluq və düşmənçilikdə də özünü göstərir. Həzrət Əli (ə) bir nəfəri görür…

Read More
İSLAM 

“Xalqımızın Məhərrəm ayında toy etməməsi millətimizin müdrikliyindən qaynaqlanır” – Hacı Şahin

Tanınmış din xadimi, İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay Məmmədli mediaya açıqlamasında deyib ki, Məhərrəm ayında toy edənlərin 99 faizi xoşbəxt olmayacaq. Üstəlik, onların uşaqları xəstə doğulacaq. Doğrudanmı belədir? Doğrudanmı dində Məhərrəm ayında toy edib-etməməklə bağlı bir ayə, sürə, hökm mövcuddur? ARANTV.AZ-ın məlumatına görə, QMİ nümayəndəsi Hacı Şahin Həsənli Publika.az-a açıqlamasında deyib ki, Məhərrəm ayında toy etmək qadağalar kateqoriyasına daxil deyil: “Olar-olmaz məsələsi də deyil, şəriətimiz buna icazə verir, hal-haram mövzusu deyil, bu könül, qəlb məsələsidir. Kərbəla faciəsi uzun müddətdir ki, geniş şəkildə qeyd olunur. Çünki faktiki olaraq Peyğəmbər ailəsinə…

Read More
İSLAM 

Məhərrəmlikdə toy edənləri hansı FACİƏLƏR GÖZLƏYİR?- Hacı Surxay danışır

Avqustun 10-u Məhərrəm ayı başlayıb. Əvvəllər Məhərrəm ayında insanlar adi şənlikləri, ad günlərini belə keçirmirdilər. İndi isə toyların ardı-arası kəsilmir. Bunun səbəbi təxminən bəllidir. Əhali karantin rejiminin yenidən sərtləşdiriləcəyindən ehtiyatlandığı toy mərasimlərinin keçirilməsinə əvvəlki illərdə olduğu qədər soyuq yanaşmır. Bəs din xadimləri bu barədə nə düşünürlər? Məhərrəmlikdə toy etmək olarmı? Lent.az bildirir ki, tanınmış din xadimi, İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxay mövzu ilə bağlı Yenisabah.az-a danışıb. O, Məhərrəm ayında sevinməyin belə haram olduğunu vurğulayıb: “Klassik janr ədəbiyatında Məhəmməd Füzulinin bir beyti var. Deyir ki, “Mahi Məhərrəm oldu, məqsədimiz haramdır”.…

Read More
İSLAM 

Aşura qiyamının təhrifləri Mənbə:

Ərəb dilində “təhrif” sözü “hərifə” fe”lindən qaynaqlanır və müəyyən bir şeyi izlədiyi, yaxud izləməyi lazım gələn yoldan döndərmək, kənara çıxarmaq mə”nasını bildirir. Təhriflə “dəyişdirmə”, “başqa şəklə salma” anlayışları arasında fərq vardır. Fərq bundan ibarətdir ki, təhrif – qəsdən və qərəzli şəkildə edilmiş dəyişiklikdir. Məsələn, əgər siz hər hansı cümləni, məktubu, şe”ri daşımalı olduğu mə”nada deyil, tamam başqa mə”nada anlaşılması üçün dəyişdirsəniz, onu təhrif etmiş olarsınız. Təhrifin bir neçə növü vardır ki, bunlardan ən mühümləri ləfzi təhrif (söz təhrifi) və mə”nəvi təhrifdir (mə”na təhrifi). Ləfzi təhrif – hər hansı yazılı ya…

Read More
İSLAM 

Niyə hər il Məhərrəmlik mövsümünü qeyd edirik?

Hər il mühərrəm ayı ərəfəsində bu sualın müxtəlif formalarda qoyuluşunun şahidi oluruq. Istər sualın cavabını bilməyən və öyrənməyə çalışan şəxslər, istərsə də mühərrəmlik ənənəsinin üzərinə kölgə salmaq istəyən qüvvələr məsələni gündəmə gətirirlər. Bu mövzuda böyük alimlər tərəfindən hədsiz kitablar, məqalalər yazıldığını və şifahi məlumatlar verlidiyini nəzərə alaraq, aşağıdakı məqalədə mətləbi çox uzatmamaq qərarına gəldik. Sizə yalnız ən zəruri bildiyimiz məqamları və ən tutarlı hesab etdiyimiz sübutları qısa şəkildə təqdim edirik. Birincisi, Kərbəla hadisəsi hər şeydən əvvəl misli görünməmiş bəşəri faciədir. Kərbəlaya aparıb-çıxaran hadisələr zənciri, bilavasitə aşura günündə baş verən olaylar…

Read More