İSLAM
Bu gündən Məhərrəm ayı başlayır
Hicri-qəməri təqvimi ilə Məhərrəm ayı başlayıb. ARANTV.AZ bildirir ki, Miladi təqvimi ilə avqustun 21-i Məhərrəm ayının ilk günüdür. Beləliklə, Hicri-qəməri təqvimi ilə 1441-ci il başa çatıb və 1442-ci il daxil olub. Məhərrəm ayının başlamasından 10 gün sonra, yəni avqustun 30-u isə Aşura günü olacaq. Sentyabrın 19-da başlayacaq Səfər ayı isə oktyabrın 19-da başa çatacaq. Qafqaz […]
Məhərrəm ayında təzə evə köçmək olarmı?
Məhərrəm ayında təzə evə köçmək olarmı? İslam hökmləri insanların həyatına çətinlik yox, asanlıq gətirmək məqsədi ilə Allah tərəfindən göndərilib. Təzə evə köçmək heş vaxt qadağan deyil, şəriətimizdə bunu qadağan edən heç bir məhdudiyyət yoxdur. Məhərrəm ayında da təzə evə köçmək olar. Lakin müsəlmanların hüzn və kədər günləri olan məhərrəmlik mövzümündə təzə evə köçən adam bir […]
Mübariz Qurbanlı: “Möminlərə məhərrəmlik mərasimlərini öz evlərində təşkil etmələri tövsiyə olunur” – MÜSAHİBƏ
ARANTV.AZ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Trend-ə müsahibəsini təqdim edir. – Koronavirus pandemiyası dünya ölkələrini narahat edən ciddi problemə çevrilib. Pandemiya mənəvi sahəyə də öz təsirindən yan keçməyib. Bu barədə fikirlərinizi bilmək istərdik. – Koronavirus pandemiyası hələ də insan sağlamlığına böyük təhlükə olmaqda davam edir. Onun təhlükəsi hansısa region və ya ölkə […]
QMİ Qazılar Şurası Məhərrəmlik ayı ilə bağlı müraciət edib
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Məhərrəmlik ayı ilə bağlı müraciət edib. İdarədən verilən məlumata görə, müraciətdə deyilir: “Bismillahir-rəhmanir-rəhim! Möhtərəm mömin qardaş və bacılarımız! Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri nəzərinizə çatdırır ki, Hicri-qəməri təqvimi ilə 1441-ci il başa çatır, yeni 1442-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2020-cü il avqust ayının […]
Məhərrəm ayının ilk gününün müstəhəb əməlləri
Məhərrəm hüzn və kədər ayıdır. Böyük Füzulinin dediyi kimi, “Mahi-mühərrəm oldu, məsərrət həramdır, Matəm bu gün şəriətə bir ehtiramdır”. Məsum imamlarımız məhərrəm ayı girəndə matəmə qərq olar, İmam Hüseynə (ə) əza saxlayardılar. İmam Rza (ə) buyurub ki, məhərrəm ayı girəndən atamın güldüyünü görən olmazdı. Ona görə də hər şeydən əvvəl möhtərəm oxuculardan xahiş edirik ki, […]
Məhərrəm ayında kəbin kəsdirmək olarmı?
Məhərrəm ayında kəbin kəsdirmək olarmı? İmkan daxilində bu işi məhərrəmlikdən əvvələ salmaq və ya sonraya keçirmək daha yaxşıdır. Çünki kəbin insan həyatında sevincli, şad bir gündür. İnsan kəbin kəsdirərkən ürəyində sevinir. Hətta bu məqsədlə yaxınları onu təbrik edirlər, bəzən kiçik miqyasda olsa da ziyafət və ya şirni süfrəsi açılır. Bunlar isə matəm və hüznə uyğun […]
Bu il Məhərrəm ayı nə vaxt başlayır?
Hicri-qəməri təqivimi ilə bu il Məhərrəm ayı avqustun 21-də başlayır. ARANTV.AZ-ın verdiyi xəbərə görə, avqustun 20-də Hicri-qəməri tarixi ilə 1441-cı ilin sonuncu Zilhiccə ayı bitir, avqustun 21-də 1442-ci ilə qədəm qoyuruq – Məhərrəm ayı başlayır. Bu ay hicri ilinin ilk ayı olması və bu ayda döyüşlərin və müharibələrin haram edilməsi ilə yanaşı, həm də Aşura […]
Kərbəlada İmam Hüseynin (ə) neçə tərəfdarı şəhid olmuşdur?
Kərbəlada İmam Hüseynin (ə) neçə tərəfdarı şəhid olmuşdur? Kərbəla şəhidlərinin sayı barədə çoxlu nəzəriyyə mövcuddur, onların sayı müxtəlif kitablarda 61-dən 145-ə kimi qeyd edilib. Əsasən, xalq inancında “72 şəhid” ifadəsi geniş yayılıb. Bəzi kitablar da Kərbəlada İmam Hüseynin (ə) yanında 72 nəfərin şəhid olduğunu yazır. Lakin bu fikir həqiqətə uyğun deyil. Əksər mötəbər məlumatlar bunu […]
“Vəsail əl-şiə” hansı kitabdır və nədən bəhs edir?
“Vəsail əl-şiə” hansı kitabdır və nədən bəhs edir? XVII əsrin sonlarında Səfəvilər dövləti zəiflədiyi üçün düşmən hücumları nəticəsində iri kitabxanalar məhv edildi, xeyli nadir kitablar yandırıldı. Bəzi cəfəri alimləri bu təhlükəni vaxtında dəyərləndirərək, iri hədis məcmuələri tərtib etməyə başladılar ki, nadir dini mətnləri gələcək nəsillərə ötürsünlər. Əllamə Məclisi, Feyz Kaşani, Hürr Amili kimi alimlər bu […]