İSLAM
Qurani-Kərimdə “İsrail övladları”, “Bəni-İsrail” sözlərinə çox rast gəlirik. İsrail kimdir və bu ayələrdə kimlərdən danışılır?
Qurani-Kərimdə “İsrail övladları”, “İsrail oğulları”, “Bəni-İsrail” sözlərinə çox rast gəlirik? İsrail kimdir və bu ayələrdə kimlərdən danışılır? “İsrail” Həzrət Yəqub Peyğəmbərin (ə) məşhur ləqəbidir. Yəhudi və xristian rəvayətlərində bu sözün mənası fərqli izah edilsə də, İslam dininə görə, “Allahın bəndəsi” deməkdir. Həzrət Yəqubun (ə) 12 oğlu və onların nəsli “Bəni-İsrail” (yəni İsrail övladları və ya […]
Qurandan və hədislərdən ilham alan dahi türk (Üçüncü hissə)
Müsəlman mədəniyyətinin böyük simaları (Əvvəli: https://islam.az/az/mezhaleler/i-slam-tarikhi/item/6104-oz-dilini-dunyaya-tan-rtd-rm-s-turk-mahmud-kasghari; https://islam.az/az/mezhaleler/i-slam-tarikhi/item/6142-muselman-turk-dunyas-n-n-en-meshur-dilci-alimi) Kaşğari qətiyyən buna şübhə etmirdi ki, köçəri türklərin mədəniyyəti və dəyərləri dünyanı keyfiyyət baxımından yeni bir mərhələyə çıxarmaq üçün (Allah tərəfindən) seçilib. O, öz lüğətinin müqəddiməsində yazırdı: “Türklər zəmanənin hakimidirlər, dünyanı idarə etməyin ipini Allah onların əlinə vermiş, onları digər insanlardan daha yüksəyə ucaltmış, onlara yaxın və sədaqətli olanları gücləndirmiş, […]
Ateist düşüncəsində olan bir insan Allahı, dini dəyərləri təhqir etsə, dindar şəxs onu cəzalandırmalıdırmı?
Ateist düşüncəsində olan bir insan Allahı, müqəddəs şəxsləri, dini dəyərləri təhqir etsə, dindar şəxs onu cəzalandırmalıdırmı? Allahı qəbul etməmək, dinin inancları, müqəddəs şəxsləri təhqir etmək həm insanın özünə qarşı (özünün ilahi missiyasına qarşı) zülmdür, həm də böyük günahdır. Bu düşüncədə olan və dinə qarşı təhqiramiz hərəkətlərə yol verən şəxs Allah qarşısında böyük günah etmiş sayılır, […]
Qədir-Xum hadisəsini hansı səhabələr rəvayət etmişlər?
Qədir-Xum hadisəsini hansı səhabələr rəvayət etmişlər? Cənubi Azərbaycan əsilli alim Əllamə Əmini özünün “əl-Qədir” kitabında Qədir-Xum hadisəsinin ən geniş təsvirini vermişdir. Bu əsərdə Qədir-Xum hadisəsi 110 nəfər səhabədən, 84 nəfər tabeindən və hicri II-XIV əsrlərdə yaşamış 360 alimin kitabından nəql edilir. Kitabda Qədir-Xum mövzusuna həsr edilmiş ən gözəl şeir nümunələri də toplanıb. Qədir-Xum hadisəsini rəvayət […]
Qədir-Xum bayramınız mübarək, əziz müsəlmanlar!
Bu gün, Zilhiccə ayının 18-də (bu il avqustun 8-i) İslam dünyasının ən əhəmiyyətli bayramlarından biri – Qədir-Xum bayramı qeyd edilir. Məhz bu gün, hicrətin 10-cu ili (miladi 632-ci ilin mart ayı) Məhəmməd Peyğəmbər (s) Allahın buyruğuna müvafiq olaraq Həzrət Əlini (ə) canişini təyin edib. Qədir-Xum hadisəsi Məkkə ilə Mədinə arasında yerləşən Qədir-Xum (əslində Ğədir əl-Xum) vahəsində […]
Qədir-Xum gününün müstəhəb əməlləri
Məşhur dua kitablarından sayılan “Misbahül-Kəfəmi”də yazılıb ki, İmam Cəfər Sadiqdən (ə) soruşdular: “Müsəlmanlar üçün iki bayramdan (Fitr və Qurban bayramlarından) başqa bayram varmı?”. İmam cavab verdi: “Bəli, hətta onlardan daha böyük və daha şərəfli bayram var”. Sual erən adam soruşdu: “O hansı gündür?” İmam buyurdu: “Əmirəl-mömininin insanlara tanıdılıb, uca məqama təyin edildiyi gün”. Hədisin ravisi […]
Qədir-Xum məkanı harada yerləşir və oranın özəlliyi nədədir?
Qədir-Xum məkanı harada yerləşir və oranın özəlliyi nədədir? Qədir-Xum (əslində Ğədir əl-Xümm) vahəsi Məkkə ilə Mədinə arasında yerləşir. Məkkə ilə Mədinənin fasiləsi 500 km.-ə yaxındır. Bu şəhərlərin arasında, Məkkədən təqribən 4 mənzil şimalda, Qırmızı dəniz sahilindən təqribən 10 km. məsafədə Cühfə kəndi yerləşirdi. Cühfədə Misir, Şam və Mədinə yolları bir-birində ayrılırdı. Məhz Cühfə yaxınlığında, hacılar […]
Zilhiccə ayının 18-i (8 avqust) Qədir-Xum hadisəsi günüdür
Qədir-Xum hadisəsi hicrətin 10-cu ili zilhiccə ayının 18-də (miladi 632-ci ilin mart ayı) Məkkə ilə Mədinə arasında yerləşən Qədir-Xum (əslində Ğədir əl-Xümm) vahəsində baş vermiş məşhur hadisənin adıdır. Rəvayətlərə görə Həzrət Mühəmməd Peyğəmbər (s) 100 min nəfərdən artıq səhabə ilə birlikdə vida həccini yerinə yetirib, zilhiccə ayının 14-də Məkkəni tərk etdi və Mədinəyə sarı üz tutdu. […]