Bazar, 28 İyn, 2026

Bir restoranda içki verilirsə, orada halal yemək olarmı?

Bir restoranda içki verilirsə, orada halal yemək olarmı? Restoran və bu kimi məkanlarda içki olan məclislərdə iştirak etmək, yəni həmin məclisin bir üzvü olmaq günahdır. Burada toy, ad günü, qonaqlıq kimi məclislərə qatılmaq nəzərdə tutulur. Hətta məclisdə içki olarsa, amma adamın oturduğu stola işki qoymazlarsa, yenə həmin məclisin üzvü sayılacaq və orada oturmamalıdır. Amma kütləvi […]

Dindar insan digər ailə üzvlərinin günah etdikləri evdə namaz qılsa, qəbul olarmı?

 Bir evdə ailə üzvlərindən bəziləri içki içir, günah edir, ailənin başqa üzvü isə dindardır. O, həmin evdə namaz qılsa, qəbul olarmı? İslam dinində hər kəs öz əməllərinə görə cavabdehdir, heç kim başqasının günahına görə məsuliyyət daşımır. Dindar şəxs imkan daxilində öz ailə üzvlərini düz yola çəkmək üçün çalışmalı, onlara nəsihət etməlidir. Bu, onun dindarlıq və […]

Avqustun 5-nə keçən gecə imam Әliyyən-Nəqinin (ə) mövludunun ildönümüdür

Bu gecə, Zilhəccə ayının 15-i (bu il avqustun 5-nə keçən gecə), müsəlmanların 10-cu imamı, imam Әliyyən-Nəqinin (ə) mövludunun ildönümüdür. İslam.az-ın məlumatına görə, imam 212-ci hicri-qəməri ilində Mədinə yaxınlığındakı Surya adlı məntəqədə dünyaya gəlib. Atası imam Cavad (ə), anası isə Səmanə xanım olub. Həzrət (ə) 220-ci hicri ilində atasının şəhadətindən sonra səkkiz yaşında ikən imamlıq məqamına […]

İmam Əlidən (ə) başqa Kəbənin içində doğulan olubmu?

İmam Əlidən (ə) başqa Kəbənin içində doğulan olubmu? Bütün İslam alimləri (tək-tük təəssübkeş istisnaları çıxmaqla) bu məsələdə müttəfiqdir ki, İmam Əli (ə) Kəbənin işində doğulmuşdur və ondan sonra bu şərəfə layiq görülən olmamışdır. Əksər alimlər ümumiyyətlə Kəbənin mövcud olduğu tarix boyunca onun içində Həzrət Əlidən (ə) başqa heç kimin doğulmadığını demişlər. Lakin bəzi məlumatlar var […]

Uşağa Əliqulu, Hüseynqulu kimi adlar qoymaq şirk deyilmi?

Uşağa Əliqulu, Hüseynqulu kimi adlar qoymaq şirk deyilmi? Uşağa Əliqulu, Həsənqulu, Hüseynqulu kimi adları, eləcə də, bunların ərəb qarşılığını ifadə edən adları qoymaq icazəlidr və şirk sayılmır. Çünki bu hərəkət müqəddəslərə qarşı dərin ehtiramı ifadə edir, Allaha küfr etməyi ifadə etmir. Ümumiyyətlə, özünü bir kəsin qulu və köləsi adlandırmaq özünü Allahın bəndəliyindən çıxarmaq mənasını vermir. […]

Göz hicabı, danışıq hicabı, rəftar hicabı

Adətən hicab dedikdə, qadınların İslami geyimi nəzərdə tutulur. Hicabın lüğətdəki mənası örtük və pərdə deməkdir. Ona görə də deyə bilərik ki, hicabın mənası daha genişdir. Hicab nəinki qadınlara, hətta kişilərə də belə aiddir. Kişilərin də özünəməxsus hicabları olmalıdır. Onlar da qadınlar kimi öz məhrəm yerlərini qorumalı və qarşı cinsi təhrik etməməlidirlər. ARANTV.AZ deyerler.org-a istinadən bildirir […]

Natan peyğəmbər (ə) kim olub?

Bəzi tarixi mənbələrdə deyilir ki, Natan – Həzrət Davudun (ə) altıncı övladı olmuşdur ki, anasının adı Əğla olmuşdur. O, atasının dövründə yaşasa da o, da peyğəmbər olmuşdur. Natan peyğəmbərə (ə) də vəhy nazil olurdu. Bəzi tarixçilərin nəzərinə görə, o, mursəl peyğəmbərlərdən (ə) olmuşdur. Natanın adı Quranda zikr olunmamışdır. Ancaq Səmuel peyğəmbərin kitabında Natan, nəbi adı […]

Dini mənbələrdəki uzun xütbələri necə qeydə alıb yazmışlar?

Bəzi dini mənbələrdə rast gəlinən uzun xütbələri necə qeydə alıb yazmışlar? Onların səhihliyinə necə inanaq? Bu məsələ VII əsrdə Ərəbistan yarımadasındakı mədəni-ictimai vəziyyətlə bağlıdır. Belə ki, o zamankı ərəblərin spesifik xüsusiyyətlərindən biri çox güclü yaddaşa malik olmalarıdır. Ərəblərin arasında ədəbiyyat, şeir, nitq və bəlağət güclü inkişaf etmişdi. Bir şairin uzun qəsidəsini bir dəfə eşitməklə yadda […]

Azərbaycanda bayram namazı qılındı

Qurban bayramı ilə əlaqədar Azərbaycanda bayram namazı qılınıb. ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bayram namazı məhdud sayda din xadminin iştirakı Bakı şəhəri Binəqədi rayonunda yerləşən “Heydər” məscidində həyata keçirilib. Pandemiya ilə əlaqədar olaraq bu il bayram namazı insanların kütləvi şəkildə məscidlərə toplaşması ilə keçirilməyib. Qafqaz Müsəlmanları İdarəsinin göstərişinə uyğun olaraq insanlar öz evlərində bayram namazı […]