İSLAM
Qurbanlıq barədə ən çox verilən suallara CAVABLAR
Aşağıda qurbanlıqla bağlı oxucular tərəfindən tez-tez verilən suallara cavab olaraq qurban kəsib-kəsdirəcək hər bir şəxsin bilməli olduğu məlumatlar siz əziz oxuculara təqdim olunur. Bu barədə Publika.az oxucularına məlumat verir. Hansı heyvan növündən qurban kəsmək olar? İslam şəriətinə görə, dəvə, inək, qoyun və keçi cinsindən qurban kəsmək olar. Bunun sübutu Qurani-Kərimin “Həcc” surəsinin 28-ci və 34-cü […]
Qurban bayramı namazı necə qılınır?
Bayram namazı iki rükətdir. Şiə məzhəbində bu namaz doqquz qunutla belə qılınır: birinci rəkətdə həmd-surədən sonra beş təkbir deyilməli, hər təkbirdən sonra bir qunut tutulmalıdır. Beşinci qunutdan sonra isə bir təkbir deyib rükü və iki səcdəni yerinə yetirmək lazımdır. İkinci rükətdə isə həmd surədən sonra dörd təkbir deyilməli, hər təkbirdən sonra bir qunut tutub beşinci təkbirdən sonra […]
Qurani-Kərimin Əbəsə surəsində üz-gözünü turşudan şəxsin Həzrət Mühəmməd Peyğəmbər (s) olmadığını bildirən məlumatlar səhihdirmi?
Qurani-Kərimin Əbəsə surəsində üz-gözünü turşudan şəxsin Həzrət Mühəmməd Peyğəmbər (s) olmadığını bildirən məlumatlar səhihdirmi? Bəzi təfsirlərə görə, Həzrət Mühəmməd Peyğəmbər (s) Məkkə müşriklərini dinə dəvət etdiyi zaman Abdullah ibn Ümmi-məktum adlı kor səhabə o həzrətin yanına gəlib sual vermiş, Peyğəmbər (s) söhbətinin yarımçıq qalmasından narahat olub üzünü kənara çevirmişdi. Əsasən əhli-sünnə məzhəbinə mənsub olan təfsir […]
Qurbanlıq barədə ən çox verilən suallara cavab
Aşağıda qurbanlıqla bağlı oxucular tərəfindən tez-tez verilən suallara cavab olaraq qurban kəsəcək (kəsdirəcək) hər bir şəxsin bilməli olduğu məlumatlar Sizə təqdim olunur. Hansı heyvan növlərindən qurban kəsmək olar? İslam şəriətinə görə, dəvə, inək, keçi və qoyun cinsindən qurban kəsmək olar. Bunun sübutu Qurani-kərimin Həcc surəsinin 28-ci və 34-cü ayələridir. Həmin ayələrdə qurbanlığın «ənam» adlanan […]
Ərəfə və Qurban günlərinin əməlləri
Zilhiccə ayının 9-cu gününün (bu il iyulun 30-u) – Ərəfə gününün müstəhəb əməlləri sırasında birinci yeri qüsl tutur. Ərəfə günündə oruc tutmağın da savabı böyükdür. (Nəzərdən qaçırmayaq ki, ertəsi gün, yəni Qurban bayramı günü oruc tutmaq haramdır). Ərəfə günündə İmam Hüseynin (ə) Kərbəladakı məzarını ziyarət etmək insana savab gətirən əməllərdən sayılır. Hətta İmam Cəfər Sadiq […]
Peyğəmbərin (ə) əmisi Əbu Talib İslam dininə iman gətirmişdi yoxsa müşrik olaraq qalmışdı?
Peyğəmbərin (ə) əmisi Əbu Talib İslam dininə iman gətirmişdi yoxsa müşrik olaraq qalmışdı? Əbu Talibin iman gətirib-gətirmədiyi barədə İslam alimlərinin fikri fərqlidir. Əhli-sünnə məzhəbində geniş yayılmış rəyə görə, Əbu Talib iman gətirməmiş və müşrik olaraq dünyadan köçmüşdür. Lakin şiə məzhəbli alimlər və əhli-sünnə alimlərin bir qismi Əbu Talibin iman gətirdiyini iddia etmişlər. Onun Həzrət Mühəmməd […]
Bayram namazlarının ailə daxilində qılınması məqbuldur
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. QMİ-nin Mətbuat xidmətindən daxil olan təbrik mətnində deyilir: “Bismillahir-rəhmanir-rəhim! Əziz müsəlman bacı və qardaşlarımız, möhtərəm həmvətənlərimiz! Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan mübarək Qurban bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, qurbanlarımızın, dua və ibadətlərimizin Haqq dərgahında qəbul olunmasını Rəbbimizdən diləyirik. İslam Aləminin ən […]
Bu il Azərbaycanda Qurban bayramı namazı qılınmayacaq
Koronavirus pandemiyasına görə bu il Azərbaycanın məscidlərində Qurban bayramı namazı qılınmayacaq. ARANTV.AZ xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, Qafqaz Müsəlmanları İdarəsi bayram namazının evdə qılınmasını tövsiyə edib. Eyni zamanda vətəndaşlara qurbanlıqları onlayn qaydada sifariş etməkləri məsləhət görülür. Xatırladaq ki, Azərbaycanda 31 iyul və 1 avqustda Qurban bayramı qeyd ediləcək. Bayramın ikinci günü həftənin şənbə gününə […]
Qurban Bayramı nə vaxtdır və bu bayram bizə nəyi öyrədir?
Qarşıdan müqəddəs Qurban bayramı gəlir (Bu il iyulun 31-nə təsadüf edir). Bütün dünya müsəlmanları kimi Azərbaycan müsəlmanları da Qurban bayramını qeyd edəcək, niyyəti olanlar qurban kəsib qohumlara, qonşulara, ehtiyaclı insanlara paylayacaq, ələ düşmüş istirahət günlərindən istifadə edib qohumların görüşünə, yaxınlarının qəbirlərinin ziyarətinə gedəcək, kimsə yenə növbəti dəfə Qurban Bayramının mahiyyətini yada salacaq, bu bir neçə […]