Kriminal 

Ağstafa sakini bıçaqlanıb

Ağstafada bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ-ın məlumatına görə, hadisə rayonun Köçüəsgər kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü Babayev Elvin Vaqif oğlu bədənin çoxsaylı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bidirilir. Məlumata görə, o, tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.APA

Read More
Kriminal 

Samuxda qayınata kürəkənini bıçaqlayıb

Samuxda bıçaqlanma hadisə baş verib. ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qovlarsarı kənində qeydə alınıb. 1992-ci il təvəllüdlü Həsənov Vüqar Bəhruz oğlu qarnın kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata  görə, 28 yaşlı kişi qayınatası tərəfindən bıçaqlanıb.Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Tərtərdə QANLI CİNAYƏT — 20 yaşlı oğlan dostu ilə birləşib əmisini öldürdü

Tərtər rayonunda tamah məqsədilə əmisini dostu ilə birlikdə qətlə yetirməkdə təqsirli bilinən Zamin Abbaszadə və Cavad Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ  xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib. İş üzrə məhkəmə hazırlıq iclası yaxın günlərdə keçiriləcək. Qeyd edək ki, hadisə ötən il Tərtər rayonunun Sarov kəndində qeydə alınıb. Kənd sakini 1983-cü il təvəllüdlü Kərimov Niyaməddin Məhiyəddin oğlu tamah məqsədi qətlə yetirilib. Sözügedən şəxsə evinin yaxınlığında iki bıçaq zərbəsi yetirilib. Mərhum aldığı xəsarətlərdən yerindəcə…

Read More
Kriminal 

Xaçmazda kişi qayınata və qayınanasını öldürdü – YENİLƏNİB

Xaçmazda kürəkəni tərəfindən güllələnən Beykəs Yunusov da xəstəxanada ölüb. Bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, Ləcət kənd sakini 46 yaşlı Rəhman Osmanov ikili qətldə günahlandırılır. Qeyd edək ki, 18 sentyabr saat 5 radələrində R.Osmanov ov tüfəngi ilə qayınanası və qayınatasına hücum edib. 57 yaşlı Sona Yunusova hadisə yerində ölüb. Əldə olunan məlumatlara görə, hadisəyə səbəb qohumlar arasında baş vermiş münaqişə olub. R.Osmanov həyat yoldaşı və onun valideynləri ilə yola getməyib. Hazırda istintaq-əməliyyat qrupunun üzvləri hadisə yerindədir. Ramella İbrahimxəlilova 09:48 Bu gün səhər saatlarında Xaçmazın Ləcət kəndində dəhşətli…

Read More
Kriminal 

Xaçmaz sakini qayınata və qayınanasını güllələyib

Bu gün səhər saatlarında Xaçmazın Ləcət kəndində dəhşətli qətl baş verib. APA-nın verdiyi məlumata görə, kənd sakini, 46 yaşlı Rəhman Osmanov ov tüfəngi ilə qayınanası və qayınatasını güllələyib. Aldığı xəsarətdən qayınanası 57 yaşlı Sona Yunusova yerindəcə ölüb, qayınatası Beykəs Yunusov isə Xudat şəhər xəstəxanasının təcili yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırııb. R.Osmanov artıq şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Read More
Kriminal 

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ – Satıcı qadın öldürüldü

9 gün əvvəl Mingəçevir şəhərində yerləşən aptekdə həyat yoldaşı Anar İsmayılov tərəfindən bıçaqlanan qadın vəfat edib. ARANTV.AZ xəbər verir ki, üryindən ağır xəsarət alan və Mingəçevir şəhər Mərkəzi Xəxtəxanasına 1980-ci il təvəllüdlü Könül Mirzəliyevanın həyatını xilas etmək mümkün olmayıb. O, ötən gecə vəfat edib. Bildirilir ki, A.İsmayılov həyat yoldaşına qarşı mütamadi olaraq zorakılıq tətbiq edirmiş və ondan daim pul tələb edirmiş. Hadisəni törədən şəxs tutulub. Faktla bağlı cinayət işi açılıb./XəzərXəbər

Read More
Kriminal 

“Lotu Quli”nin qardaşı varis elan edildi

Türkiyədə qətlə yetirilmiş məşhur “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) doğma qardaşı olan, “Namiq Bakinski” ləqəbi ilə tanınan Namiq Səlifov qardaşının varidatının varisi elan edilib. Bu barədə “Prime Crime” məlumat yayıb. Mənbə yazır ki, kriminal dairələrin iki nüfuzlu şəxsi Merab Mzerelua ilə Masi Qvaramiyanı barışdırmağı bacaran Namiq Səlifovun nüfuzu artıb və o, kriminal aləmin qeyd-şərtsiz lider statusuna yüksəlib. Qardaşı “Lotu Quli”dən fərqli olaraq Namiq Səlifov böyük “sxodka”larda iştirak etməyib, bir çox avtoritetlərlə şəxsən tanış deyil. O, danışıqlara meyilli şəxs kimi tanınır. Namiq Səlifov Ural bölgəsində ciddi təsir imkanlarına malikdir. Üstəlik heç bir…

Read More
Kriminal 

Bakı sakini kürəkənini küçədə güllələdi

Bakıda güllələnmə hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən verilən məlumatda bildirilir ki, hadisə sentyabrın 15-də saat 2 radələrində Buzovna qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Ç.Rəhimovun xuliqanlıq zəminində pnevmatik tüfəngdən açdığı atəşlə kürəkəni N.Allahverdiyevin qol nahiyəsinə xəsarət yetirməsi barədə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə məlumat daxil olub. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ç.Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan “Qamo” markalı pnevmatik tüfəng və 42 ədəd patron (pnevmatik) götürülüb.

Read More
Kriminal 

Şamaxıda kişi keçmiş arvadını mağazada öldürdü

Şamaxı rayonunda qətl hadisəsi baş verib. ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, hadisə rayonun M. Ə. Rəsulzadə küçəsində yerləşən “Ucuzluq” marketdə qeydə alınıb. Rayon sakini Elton Hüseynov marketdə keçmiş həyat yoldaşı Xanım Teymurova ilə rastlaşıb. Tərəflər arasında yaranan mübahisə nəticəsində E. Hüseynov üzərində gəzdirdiyi bıçaqla X. Tetmurovaya bir neçə zərbə endirib. Yaralı mağazadakıların köməkliyi ilə xəstəxanayaya çatdırılsa da, orada ölüb. Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.

Read More
Kriminal 

Bakıda gəlini və qonşusundan şübhələnən qayınata qətlə yetirildi – Cinayət işi + VİDEO

2018-ci il avqustun 20-si saat 13 radələrində Ramana qəsəbəsində yaşayan Kamran Tağı-zadə istifadəsindəki mobil telefondan DİN “102” mərkəzinə zəng edərək atasının qətlə yetirildiyini və evin qarət olunduğunu bildirib. Baku Tv xəbər verir ki, daxil olan məlumat inzibati əraziyə nəzarət edən Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə verilib və əməliyyat qrupu hadisə yerinə yollanıb. Qonaq otağında, divanın üzərində oturaqlı, qana bulaşmış vəziyyətdə kişi meyiti aşkar edilib. Məlum olub ki, mərhum 85 yaşlı Əkrəm Tağı-zadədir. Ağır cinayət əməllərini törətdiyinə əsaslı şübhələr olduğuna görə qəsəbə sakini Sakit Mirzəyev həmin gün saxlanılıb. Sabunçu…

Read More