Kriminal 

Bakıda sevgilisini öldürən şəxsin istintaqı başa çatdı

Bakıda sevgilisini qətlə yetirməkdə təqsirli bilinən 1991-ci il təvəllüdlü Dönməz Cəmşidzadənin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.  ARANTV.AZ APA-ya istinadən bildirir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cİnayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Telman Hüseynovun icraatına verilib. İttihama görə, ötən il noyabrın 15-də Dönməz Cəmşidzadə Zabrat qəsəbəsində kirayədə birgə yaşadığı Afərim Mahmudovanı boğaraq öldürüb. Hadisəni törədəndən sonra o, Gəncə şəhər Baş Polis İdarəsinə məlumat verib və həyat yoldaşını öldürdüyünü deyib. Hüquq-mühafizə orqanları əməkdaşları ilə birlikdə Dönməz Cəmşidzadə hadisə baş verən ünvana…

Read More
Kriminal 

Bakıda dava zamanı bir nəfər bıçaqlandı

Bakının Xəzər rayonunda dava zamanı bir nəfər bıçaqlanıb. ARANTV.AZ xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib. Qeyd olunur ki, 1990-cı il təvəllüdlü Məmmədzadə Vüqar Elman oğlu tanışı ilə əlbəyaxa dava edib. Dava zamanı V.Məmmədzadə bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti stabil ağırdır.APA

Read More
Kriminal 

Tərtərdə polisi öldürmək istəyən şəxslə bağlı YENİ XƏBƏR

Tərtərdə qardaşını və polis mayorunu bıçaqlamaqda təqsirləndirlən Seyhan Nəcəfovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi araşdırılması üçün hakim Dadaş İmanovun icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq. İttihama görə, hadisə ötən il dekabrın 26-ı saat 19 radələrində Burunc kəndində qeydə alınıb. Kənd sakini, 1973-cü il təvəllüdlü Seyhun Nəcəfov sərxoş qardaşı Arif Nəcəfovla mübahisə edib. Məlumatı dəqiqləşdirmək üçün əraziyə gələn polis mayoru Elçin İslam oğlu Aslanov bıçaqlanıb. O, polisə 5 bıçaq zərbəsi vurub və onu xidmət…

Read More
Kriminal 

Bakının mərkəzində qanlı dava – Xəstəxanaya çatdırıldı

İyulun 20-də Yasamal rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ xəbər verir ki, A.Naqornıyın kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə 28-ci Polis Bölməsinə məlumat daxil olub. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini X.Fətəli saxlanılıb. Yasamal RPİ-də araşdırma aparılır.Publika.az

Read More
Kriminal 

Bakının mərkəzində 27 yaşlı oğlan bıçaqlandı

Bakıda gənc oğlan bıçaqlanıb. ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, Yasamal rayonu, Hüseyn Cavid prospektində Bakı şəhər sakini 1993-cü il təvəllüdü Ə. Vəliyev naməlum şəxs tərəfindən bıçaqlanıb. Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Fərid Fətəliyev saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Read More
Kriminal 

Azərbaycanda 25 yaşlı qadın əri tərəfindən qətlə yetirildi

İyulun 19-da saat 21 radələrində hüquq-mühafizə orqanlarına Ağdaş rayonu, Nehrəxəlil kəndi ərazisində 1995-ci il təvəllüdlü Nuranə Sətdarovanın öldürülməsi barədə məlumat daxil olub. Baş Prokurorluqdan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinə başlanılıb, müvafiq ekspertizalar təyin edilib. İstintaqla 1988-ci il təvəllüdlü Tural Sətdarovun ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Nuranə Sətdarovaya bıçaq zərbələri vurub, onu qəsdən öldürməsinə əsaslı…

Read More
Kriminal 

Bakıda qadının qətlinə görə qardaşı oğlu saxlanıldı

Xəbər verildiyi kimi, iyulun 17-də saat 17 radələrində Sabunçu rayonunun ərazisində 1958-ci il təvəllüdlü Afət Allahverdiyevanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar olunması faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinə başlanılıb. Baş Prokurorluqdan verilən məlumata görə, prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 1991-ci il təvəllüdlü Orxan Allahverdiyevin birlikdə yaşadığı bibisi Afət Allahverdiyevanı şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə nəticəsində küt alətlə baş və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirib öldürməsinə əsaslı…

Read More
Kriminal 

Sumqayıtda 25 yaşlı gənc amansızlıqla qətlə yetirildi

İyulun 19-da, saat 23 radələrində Sumqayıt şəhəri ərazisində 1995-ci il təvəllüdlü Ramid Sevindikzadənin öldürülməsi barədə məlumat daxil olub. Baş Prokurorluqdan verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. İstintaqla 2003-cü il təvəllüdlü Fərid Əzizlinin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ramid Sevindikzadəyə bıçaq zərbələri vurub onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Fərid Əzizli şübhəli şəxs qismində…

Read More
Kriminal 

İnterpol qanunsuz silahlı birləşmələrdə iştirak edən azərbaycanlını axtarışa verdi

Qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə təqsirləndirilən azərbaycanlı İnterpol xətti ilə axtarışa verilib. ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü azərbaycanlı Raman Salayev Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib. R.Salayev qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunub və Rusiya hüquq-mühafizə orqanlarında onun barəsində cinayət işi başlanıb. İstintaqdan yayınan R.Salayev barədə Rusiya dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.

Read More
Kriminal 

Lənkəranda iki nəfər bıçaqlandı

Lənkəranda 28 yaşlı şəxs iki nəfəri bıçaqlayıb. ARANTV.AZ-ın məlumatına görə, rayon sakini, 1992-ci il təvəllüdlü Murad Əsədzadə münaqişə zəminində 1998-ci il təvəllüdlü Ruslan Rəhmanovu və 2000-ci il təvəllüdlü Məhərrəməli Məmmədovu bıçaqlayıb. Bıçaq xəsarəti alan hər iki şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.APA

Read More