Kriminal 

BMCMİ əməliyyat keçirdi, saxlanılan var

Abşeron sakinində silah-sursat aşkarlanıb. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib. Belə ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (“Bandotdel”) əməkdaşlarının daxil olan məlumat əsasında Abşeron rayonu Masazır kəndində yaşayan əvvəllər məhkum olunmuş S.Əliyevin evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 1 ədəd “BM” markalı tüfəng, 130 ədəd müxtəlif çaplı patron, 1 ədəd ov bıçağı və 14 qramdan artıq marixuana aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Qubada postda saxlanılan avtomobilin sərnişini narkotiki ataraq qaçıb

Aprelin 23-ü saat 21 radələrində “COVİD-19” xüsusi karantin rejimi ilə əlaqədar Quba rayonunun Barlı kəndinin ərazisində quraşdırılmış postda Xaçmaz rayon sakini K.Bəkdəmirovun idarə etdiyi “VAZ-21074” markalı avtomobil orada xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə ARANTV.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib. Bildirilib ki, yoxlama zamanı sürücünün narkotik maddənin təsiri altında olması müəyyən edilib. Bu zaman avtomobildəki sərnişin düşərək əlindəki qutunu yolun kənarına ataraq qaçıb. Polis əməkdaşları qutudan narkotik vasitə olan marixuana aşkar edərək götürüb. K.Bəkdəmirovun barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə (Polis işçisinin və ya…

Read More
Kriminal 

Yasamalda azyaşlıya seksual zorakılıq edildi – Qərar

Bakının Yasamal rayonunda azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham olunan Tural Niftəliyevin barəsində həbs qətimkan tədbiri seçilib. ARANTV.AZ teleqraf.com-a istinadən xəbər verir ki, Yasamal rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub. Tural Niftəliyevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçillib. İttihama görə, paytaxt sakini Tural Dərgah oğlu Niftəliyev Yasamal rayonu ərazisində bir azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edib. O, Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib, Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan…

Read More
Kriminal 

Prokurorluq: Adam öldürən şəxslərin məsuliyyətdən azad olunmalarına dair məlumatlar əsassızdır

Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən paytaxtın Binəqədi rayonu ərazisində qəsdən adam öldürmə cinayətinin iştirakçısı olmuş şəxslərin guya cinayət məsuliyyətindən azad olunmalarına dair əsassız məlumatlar yayılıb. Bakı Şəhər Prokurorluğundan verilən məlumata görə, ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən, tərəfimizdən qəti şəkildə təkzib olunur: “Belə ki, 2019-cu ilin may ayının 9-da saat 23 radələrində Binəqədi rayonu ərazisində 1995-ci il təvəllüdlü Həsən Tağıyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 2008, 2012, 2013, 2014-cü illərdə Cinayət Məcəlləsinin 315.1, 315.2, 221.1-ci maddələri ilə məhkum olunmuş 1988-ci il təvəllüdlü Emin Səfərovu…

Read More
Kriminal 

Bakıda Rusiya vətəndaşının meyiti tapılıb

Bakıda Rusiya vətəndaşı evində ölü tapılıb. APA-nın məlumatına görə, Yasamal rayonu, Yeni Yasamal 2, ev 1, mənzil 50-də yaşayan Rusiya vətəndaşı, 1940-cı il təvəllüdlü Kafi Abdulcabarova mənzilində ölüb.  Hüquq-mühafizə orqanları tərəfindən meyitə baxış keçirilib, müayinə olunması üçün Yasamal rayon morquna təhvil verilib. Araşdırmalar zamanı onun onkoloji xəstəlikdən öldüyü məlum olub. Faktla bağlı Yasamal rayon Prokurorluğunda

Read More
Kriminal 

Azərbaycanda keçmiş bələdiyyə sədri şəhid bacısını məhkəməyə verdi

Yevlax rayon Qoyunbinəsi kəndinin sakini, şəhid Bəşirov Samir Baloğlan oğlunun bacısı Əsgərova Səbinə Baloğlan qızı məhkəməyə verilib. O, Cinayət Məcəlləsinin 147-ci (böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) maddəsi ilə ittiham edilir. İşə Yevlax Rayon Məhkəməsində hakim Günay Cavadovanın sədrliyi ilə baxılacaq. Qeyd edək ki, bu ilin fevral ayında S.Əsgərova KİV vasitəsilə Qoyunbinəsi kəndinin keçmiş bələdiyyə sədri Məmmədov Qabil Süleyman…

Read More
Kriminal 

Məmurun özünü güllələməsi ilə bağlı cinayət işi başlandı

Lerik Rayon İcra Hakimiyyətində baş məsləhətçi işləyən Qalib Quliyevin özünü öldürməsi ilə bağlı cinayət işi başlanılıb. ARANTV.AZ xəbər verir ki, Rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, zərruri istintaq tədbirləri həyata keçirilir. Xatırladaq ki, rayon sakini 1977-ci il təvəllüdlü Qalib Quliyev aprelin 23-də saat 12 radələrində özünü ov tüfəngi ilə güllələyib. Onun meyiti evinin yaxınlığında güllələnmiş vəziyyətdə tapılıb.

Read More
Kriminal 

Saxta polislər həqiqi hüquq mühafizəçiləri tərəfindən həbs olundu – VİDEO

Saxta polis vəsiqəsi təqdim edərək bir evdə axtarış aparıblar və mənzildən iki ədəd cib telefonu oğurlayıblar. “HaberGlobal”ın məlumatına görə, hadisə Türkiyənin Qaziantep şəhərində qeydə alınıb. Lakin dələduzların bu hərəkəti cəzasız qalmayıb. Əsl hüquq mühafizəçilərinin keçirdiyi əməliyyat nəticəsində saxta polislər həbs olunublar.

Read More
Kriminal 

Xaçmazda keçmiş məhkum həmyerlisini bıçaqla qətlə yetirib

Xaçmaz şəhər sakini C.Sadıqovu bıçaqla qətlə yetirməkdə şübhəli bilinən K.Məmmədov saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, aprelin 21-də Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Sadıqovun qarın nahiyəsində kəsilmiş-deşilmiş xəsarət olan meyitinin İzmayılovka qəsəbəsi ərazisində tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində C.Sadıqovu bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunmuş K.Məmmədov saxlanılıb.

Read More
Kriminal 

Bakıda karantin rejimini pozan şəxs həbs edildi

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir. Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, aprelin 23-də Səbail rayonu, Neftçilər prospekti 67 ünvanında təşkil edilmiş nəzarət postunda aparılan yoxlamalar zamanı bir şəxs sənədlərini təqdim etməkdən imtina edib, səs-küy salıb, həmçinin, polis əməkdaşının qanuni tələblərinə tabe olmayıb. Həmin şəxs orada xidmət aparan polis əməkdaşları tərəfindən Səbail RPİ-nin 9-cu Polis Bölməsinə gətirilib. Araşdırmalarla onun Lənkəran rayon sakini Cəmil Əhmədli olması müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və rayon…

Read More