Kriminal 

Masallı sakini qayçı ilə qaynına xəsarət yetirdi

Masallıda qohumlar arasında xəsarətlə bitən insident yaşanıb. ARANTV.AZ-ın verdiyi xəbərə görə, hadisə ötən gecə Masallı şəhərində baş verib. Nəriman Nərimanov küçəsi ev 76 ünvanında yaşayan 1964-cü il təvəllüdlü Ramiq Babayev təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sağ çiynin ön nahiyəsinin deşilmiş yarası diaqnozu qoyulub. Yaralının dediyinə görə, o, münaqişə zəminində yeznəsi Vüsal (soyadı dəqiqləşdirilir – red) tərəfindən vurulub. Faktla bağlı araşdırma aparılır.“Report”

Read More
Kriminal 

Gənc qız sevgilisini yataqda qanına boyadı – Məhkəmə cəzanı ağırlaşdırdı

Lənkəranda sevgilisini bıçaqlamaqda ittiham olunan 1995-ci il təvəllüdlü Sevil Əsədovanın (ad və soyadlar şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. ARANTV.AZ teleqraf.com-a istinadən bildirir ki, Sevil Əsədova həmkəndlisi Faiq Balayevin aralarında olan sevgi və intim münasibətlər barədə başqa şəxslərə məlumat yaymasından şübhələnib. Bu səbəbdən ona ağır xəsarət yetirmək qərarına gəlib. Sevil Əsədova 6 sentyabr 2019-cu ildə, saat 22 radələrində Faiq Balayevin yaşadığı Lənkəran rayonu Ləj kəndində fərdi yaşayış evinin otağında görüşərkən aralarındakı münasibətlər barədə digər şəxslərə məlumat verdiyi üçün ona etirazını bildirib. Sevil Əsədova əvvəlcə yanında…

Read More
Kriminal 

Gəncədə qadın əri tərəfindən bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ-ın məlumatına görə hadisə şəhərin Natavan qəsəbəsində qeydə alınıb. 1994-cü il təvəllüdlü Əsgərova Həcər Hüseyn qızı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadın dərhal əməliyyat olunub, vəziyyətinin orta-ağır olduğu bildirilir. İlkin məlumata görə, qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.APA

Read More
Kriminal 

Arvadından şübhələnən ərin dəhşətli CİNAYƏTİ – Çayxanada boğazını kəsdi – VİDEO

2018-ci il oktyabrın 19-u saat 14 radələrində Xətai rayonunda fəaliyyət göstərən çay evindən xəstəxanaya kəsilmiş-deşilmiş xəsarətlərlə Günel Məmmədova daxil olub. ARANTV.AZ  BAKU.TV-yə istinadən xəbər verir ki, yaralı həkimlərin səyi nəticəsində xilas olunub. Hadisədən bir saat sonra qadını bıçaqlayan şəxs Nizami RPİ 24-cü PŞ-nə gələrək təslim olub və cinayət törətdiyini bildirib. O, aidiyyəti üzrə Xətai RPİ 36-cı PB-nin əməkdaşlarına təhvil verilib. İlkin olaraq İstintaq şöbəsində CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Məlum olub ki, Şəki rayonunda qeydiyyatda olan Rəcəb Məmmədov Bakı şəhərinin Nizami rayonunda yaşayıb, yük daşıma xidmətində…

Read More
Kriminal 

Bakıda İYRƏNC CİNAYƏT – Qulağını kəsdilər, daha sonra…

Bakıda quldurluq hadisəsi baş verib. ARANTV.AZ  xəbər verir ki, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Quliyev martın 1-də Babək prospektində 2 nəfərin onun qulaq nahiyəsinə bıçaqla xəsarət yetirib mobil telefonunu aldığını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri V.Qafarov və əvvəllər məhkum olunmuş İ.Sadiqov saxlanılaraq Nizami RPİ-yə təhvil veriliblər. Nizami RPİ tərəfindən araşdırma aparılır.Publika.az

Read More
Kriminal 

Bakıda 22 yaşlı idmançı idman zalında öldürüldü – TƏFƏRRÜAT – FOTO

Dünən günorta saatlarında paytaxtın Xətai rayonu, N.Tusi küçəsi 18 ünvanında yerləşən binanın qarşısında 1999-cu il təvəllüdlü Nəsibov Bəxtiyar Əli oğlunun bıçaqlanaraq öldürülməsinin təfərrüatları məlum olub. ARANTV.AZ  publika.az-a istinadən bildirir ki, qətlə yetirilən 22 yaşlı Bəxtiyar Nəsibov idmançı olub. O, idman zalında məşq edərkən tanımadığı Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Abbasov Əli Allahverdi oğlu ilə mübahisə yaşayıb. Belə ki, yaxınlıqda məşq edən Əli Abbasov Bəxtiyarın ona tərəf istehzalı baxışlarından qıcıqlanıb və ona irad bildirib. Daha sonra tərəflər arasında yaranan mübahisə münaqişəyə çevrilib. Ə.Abbasov idman zalını tərk edəndən sonra özü ilə bıçaq gətirib…

Read More
Kriminal 

Bakıda 45 yaşlı kişi bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb. Belə ki, 1976-cı il təvəllüdlü Ağayev Mehman Əliabbas oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol döş qəfəsinin kəsilmiş-deşilməsi yarası diaqnozu qoyulub.“Report”

Read More
Kriminal 

Bakıda 22 yaşlı gənc öldürülüb, qətldə şübhəli bilinən şəxsin axtarışı davam edir

Martın 1-də saat 13 radələrində paytaxtın Xətai rayonu, N.Tusi küçəsi 18 ünvanında yerləşən binanın qarşısında 1999-cu il təvəllüdlü Nəsibov Bəxtiyar Əli oğlunun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Xətai Rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış ilkin araşdırmalarla Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Abbasov Əli Allahverdi oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəxtiyar Nəsibovun döş qəfəsinin sol…

Read More
Kriminal 

Zərdabda 56 yaşlı qısqanc ər arvadını boğub öldürdü

Zərdabda kişi arvadını qətlə yetirib. ARANTV.AZ  APA-ya istinadən bildirir ki, hadisə bu gün rayonun Təzəkənd kəndində qeydə alınıb. Kənd sakini, 1965-ci il təvəllüdlü Aslanov Məhərrəm Şükür oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1968-ci il təvəllüdlü Aslanova Rəhilə Şahvələd qızını boğaraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, M. Aslanov saxlanılaraq istintaqa cəlb edilib. Faktla bağlı  Zərdab Rayon Prokurorluğunda zəruri istintaq hərəkətləri aparılır.

Read More
Kriminal 

Azərbaycanda kişi arvadını boğub öldürdü

Zərdabda kişi arvadını qətlə yetirib. ARANTV.AZ xəbər verir ki, hadisə bu gün rayonun Təzəkənd kəndində qeydə alınıb. Kənd sakini, 1965-ci il təvəllüdlü Aslanov Məhərrəm Şükür oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1968-ci il təvəllüdlü Aslanova Rəhilə Şahvələd qızını boğaraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, M. Aslanov saxlanılaraq istintaqa cəlb edilib. Faktla bağlı  Zərdab Rayon Prokurorluğunda zəruri istintaq hərəkətləri aparılır.APA

Read More