Cümə axşamı, 02 İyl, 2026

Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı – Atası da dindirilib

“İdrak” liseyində müəlliminə odlu silahla ağır xəsarət yetirməkdə ittiham olunan 10-cu sinif şagirdinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 4 ay davam edən araşdırmanın sonunda təqsirləndirilən şagirdin ittihamı ağırlaşdırılıb. İstintaq belə qənaətə gəlib ki, məktəbli öz müəllimini xuliqanlıq niyyəti ilə öldürməyə cəhd edib. Bu əsasla Ə.Ş-ya Cinayət Məcəlləsinin 29 120.1-ci (qəsdən adam öldürməyə cəhd […]

DİN və DSX İranla sərhəddə əməliyyat keçirib, 38 kq narkotik dövriyyədən çıxarılıb

Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat zamanı külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə Musavat.com-a qurumların mətbuat xidmətindən məlumat daxil olub. Qeyd olunub ki, mayın 23-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə keçirdiyi kompleks […]

Zobucuqda fermeri ildırım vurdu

Bu gün axşam saatlarında Füzuli rayonunun Zobucuq qəsəbəsində Aşağı Seyidəhmədli kəndindən olan fermer Hacıyev Əliyar Güləhməd oğlunu ildırım vurub. Mərhumun qohumlarının verdiyi xəbərə görə, 77 yaşlı fermer Zobucuq həndəvərində qoyunlarını otardığı zaman təbii fəlakətin qurbanı olub. İldırım onu atının üstündə vurub və mərhum dərhal həlak olub. Xəbər verilir ki, neçə müddət imiş ki, böyük təsərrüaftı, […]

Bərdədə ağır QƏZA: Ölən var

Bərdə rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Mehdixanlı kəndi ərazisində baş verib. Belə ki, Nadir Rəşid oğlu Həsənovun sükanı arxasında olduğu VAZ-2107 markalı minik avtomobili idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı su arxına düşüb. Qəza zamanı sürücü N.Həsənov ağır xəsarət alıb, avtomobildə olan sərnişin – 1996-cı il təvəllüdlü Pəri Mahir qızı […]

Lerikdə qazi olan müəllim vəfat edib

Lerikdə Vətən müharibəsi qazisi Şamo İbadov vəfat edib. Musavat.com xəbər verir ki, müəllim kimi fəaliyyət göstərən Şamo İbadov xəstəlik səbəbindən dünyasını dəyişib. Bildirilib ki, o, pedaqoji fəaliyyətini müvəqqəti dayandıraraq 44 günlük Vətən müharibəsində könüllü şəkildə iştirak edib. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərən qazilərdən biri olub. Qeyd edək ki, Vətən müharibəsində iştirak etdikdən sonra […]

TƏCİLİ! Bakıda məşhur hotel YANIR – VİDEO

Novxanı qəsəbəsində yerləşən məşhur “AF Hotel” istirahət mərkəzində güclü yanğın başlayıb. Hadisənin miqyası getdikcə genişlənir və alov kompleksi bürüməkdədir. Musavat.com xəbər verir ki, bu barədə nocomment.az-a ətrafda yaşayan sakinlər məlumat verib. Onların sözlərinə görə, hotelin ərazisindən qəfil qara tüstü dumanı ucalmağa başlayıb və qısa müddətdə alov bütün binanı bürüyüb. Sakinlər qeyd ediblər ki, külək yanğının daha da […]

Ucarda oğul anasını traktorla vurub öldürdü

Ucarda oğul anasını traktorla vuraraq öldürüb. Musavat.com xəbər verir ki, hadisə rayonun Alpı kənd ərazisində baş verib. Ucar şəhər sakini, 1989-cu il təvəllüdlü Gündüz Yaqub oğlu Faxrətov “Belarus” markalı traktoru arxaya verərkən anası, 1959-cu il təvəllüdlü Adilə Əkbər qızı Abbasovanı vurub. Ağır xəsarət alan A. Abbasova həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

Sabirabadda ağır qəza: 7 nəfər öldüFOTO

Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Musavat.com-un məlumatına görə, yük avtomobili idarəetmədən çıxaraq diametri 530 mm olan “Azadkənd–İmişli” magistral qaz kəmərinin 38-ci kilometr hissəsinin üzərinə aşıb. Hadisə nəticəsində 7 nəfər qəza yerində həyatını itirib. Qaz kəməri deformasiyaya uğrasa da, ilkin ehtimala görə, qaz kəmərində sızma qeydə alınmayıb. Faktla bağlı araşdırma aparılır. […]