İdman
Məmmədyarov Sinkfild Kubokunda növbəti oyunu keçirib
Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində keçirilən şahmat üzrə Sinkfild superturnirində ABŞ-ı təmsil edən Hikaru Nakamura ilə görüşüb. ARANTV.AZ trend-ə istinadən bildirir ki, Məmmədyarov beşinci turda amerikalı Hikaru Nakamuranın müqavimətini qıra bilməyib. Qeyd edək ki, turnirdə keçirilən digər partiyalarda da heç-heçələr qeydə alınıb. Xatırladaq ki, Sinkfild superturnirində Maqnus Karlsen (Norveç), Fabiano Karuana, Hikaru […]
Ramil və Skidan Polşada medal qazandı
Polşanın Xojuv şəhərində Kamil Skolimovskinin xatirəsinə həsr olunan IX atletika turnirində azərbaycanlı idmançı Ramil Quliyev bürünc medal qazanıb. ARANTV.AZ xəbər verir ki, 100 metr məsafəyə qaçışda amerikalı atlet Roni Beyker finişə 9,87 nəticə ilə hamıdan tez çatıb. II yerə 10,10 nəticə ilə onun həmyerlisi Mayk Rocers çıxıb. Türkiyə adından çıxış edən dünya və Avropa çempionu Ramil isə 10,21 saniyəyə finişə çatıb və bürünc medal […]
Üzgüçülükdə dünya rekordu YENİLƏNDİ
İndoneziyada keçirilən Asiya Oyunlarında dünya rekordu yenilənib. ARANTV.AZ xəbər verir ki, oyunlarda iştirak edən çinli üzgüçü Liu Xiang 50 metr məsafəyə arxası üstə üzmədə dünya rekordunu yeniləyib. O, 50 metr məsafəni 26,98 saniyəyə qət edib. Bundan öncə qeydə alınan dünya rekordu isə onun həmyerlisi Çjao Tszinə məxsus olub. Belə ki, 2009-cu ildə 50 metr məsafə 27,06 […]
Klubumuz növbəti dəfə irqçiliyə qurban getdi
İran Futbol Federasiyasının İnzibati Komitəsi 18-ci super liqa yarışlarının 3-cü həftəsində Təbrizin “Traktor” və Tehranın “İstiqlal” komandalarının görüşündə baş verən hadisələrlə bağlı hökm çıxarıb. ARANTV.AZ xəbər verir ki, hökmdə tərəfdarlarının irqçiliyə yol verdiyi “İstiqlal” klubu deyil, Azərbaycanın “Traktor” klubu cəzalandırılıb. Futbol Federasiyasının rəsmi saytında yayılan məlumata görə, “İstiqlal” klubu, tərəfdarlarının rəqib komandanın tərəfdarlarını daşa tutduğuna […]
Valideynləri Neymarın gəlirlərini mənimsədilər
Fransa PSJ-sinin hücumçusu Neymar gəlirlərinin 85 faizini valideynlərinə verir. ARANTV.AZ xəbər verir ki, 2017/18 mövsümündə braziliyalı reklamdan 22,6 milyon avro əldə edib. Lakin forvard bu məbləğin yalnız 15 faizini alıb. Qalan vəsait “NR Sport” şirkətinin hesabına köçürülüb. Şirkətə futbolçunun atası Neymar da Silva Santos rəhbərlik edir. Qeyd olunur ki, gəlirlərin belə bölgüsünə dair qərarı Neymarın ailəsi onun 14 yaşı olanda […]
İdmançılarımız qızıl medal qazandılar
Güney azərbaycanlı idmançılar İran komandası adı altında tarix yazmağa davam edirlər. ARANTV.AZ xəbər verir ki, İndoneziyanın paytaxtı Cakartada keçirilən 2018-ci il Asiya Oyunlarında sərbəst güləş üzrə yarışda Pərviz Hadi qızıl medal qazanıb. 125 kq çəki dərəcəsində güləşən idmançı finalda Çin təmsilçisini 7:0 hesabı ilə məğlub edib. Taekovando üzrə isə Səid Rəcəbi 80 kq çəki dərəcəsində […]
“Qarabağ” – “Şerif” oyununun biletləri satışa çıxarıldı
Qarabağ” və Moldovanın “Şerif” komandaları arasında keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin cavab oyununun biletləri satışa çıxarılıb. ARANTV.AZ oxu.az-a istinadən verdiyi xəbərə görə, qiymətlər sektorlara uyğun olaraq, 1 manat, 2 manat, 3 manat, 5 manat və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatadır. Biletlər “Park Bulvar”dakı “Qarabağ” FK Fan-şopunda, Tofiq Bəhramov adına Respublika stadionun […]
Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları keçirildi
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları keçirilib. ARANTV.AZ xəbər verir ki, turun ilk oyun günündə üç görüş olub. Qitənin ən nüfuzlu klub turnirində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Belarusun BATE komandası Hollandiya təmsilçisi PSV-ni qəbul edib. Hesabı meydan sahibləri açsalar da, qonaqlar 3:2 hesablı qələbəyə nail olublar. Portuqaliyada “Benfika” Yunanıstanın PAOK klubu üzərində qələbəni əldən verib. Tərəflər […]
Yaponiya millisi Bakıya iki Olimpiya çempionu olmadan gələcək
Cüdo üzrə Yaponiya millisinin sentyabrın 20-da Bakıda start götürəcək dünya çempionatı üçün heyəti açıqlanıb. ARANTV.AZ xəbər verir ki, yarışın favoritlərindən sayılan gündoğar ölkə təmsilçisi Azərbaycana 22 cüdoçu ilə gələcək. Onlardan yeddisi ötən il Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatında fərdi, dördü isə komanda yarışlarının qalibi olub. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış kişi […]
“Şerif”dən “Qarabağ”la oyun öncəsi qələbə – VİDEO
Moldovanın “Şerif” klubu Avropa Liqasının “Qarabağ”la pley-off matçı öncəsi qələbəyə sevinib. ARANTV.AZ xəbər verir ki, Moldova çempionatının XVII turu çərçivəsində Tiraspol klubu əsas izləyicisi “Milsami” üzərində qələbə qazanıb – 2:0. Qolları braziliyalı Joalison və bosniyalı Rifet Kapiç vurub. Bu nəticədən sonra “Şerif” xalını 39-a yüksəldib və vahid liderdir. Qeyd edək ki, “Şerif” və “Qarabağ” avqustun 23-də ilk oyununa çıxacaq. oxu.az