İdman 

“Şerif”dən “Qarabağ”la oyun öncəsi qələbə – VİDEO

Moldovanın “Şerif” klubu Avropa Liqasının “Qarabağ”la pley-off matçı öncəsi qələbəyə sevinib.

ARANTV.AZ xəbər verir ki, Moldova çempionatının XVII turu çərçivəsində Tiraspol klubu əsas izləyicisi “Milsami” üzərində qələbə qazanıb – 2:0.

Qolları braziliyalı Joalison və bosniyalı Rifet Kapiç vurub. Bu nəticədən sonra “Şerif” xalını 39-a yüksəldib və vahid liderdir.

Qeyd edək ki, “Şerif” və “Qarabağ” avqustun 23-də ilk oyununa çıxacaq.

oxu.az

Daha çox xəbərlər