Bazar ertəsi, 29 İyn, 2026

Azərbaycanlı hakim Ermənistan millisinin iki oyununu idarə edəcək

Azərbaycanlı FIFA referisi Yusif Nurullayevin Ermənistan millisinin oyununu idarə edəcəyi dəqiqləşib. ARANTV.AZ xəbər verir ki, sabahdan avqustun 23-dək Moldovanın paytaxtı Kişinyovda qadın futzalçılardan ibarət milli komandalar arasında ilk dəfə Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunları keçiriləcək. Yusif Nurullayev də hakim kimi C qrupunda ev sahibi Moldova ilə yanaşı, Belarus və Ermənistan yığmalarının oyunları idarə edəcək. Referimiz sabah […]

Millimizin sabiq futbolçusu Almaniyada bir oyunda dörd qol vurdu – FOTO

Almaniya 3-cü Bundesliqasında mübarizə aparan millimizin sabiq üzvü Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” Federasiya Kubokunda “Şüren” klubu ilə qarşılaşıb. ARANTV.AZ xəbər verir ki, Dadaşov 7:0 hesabı ilə qalib gəldikləri görüşdə poker edib. Rüfət 35, 61, 71 və 87-ci dəqiqələrdə rəqib qapısına yol tapıb. Qeyd edək ki, Rüfət Dadaşov cari mövsüm 3-cü Bundesliqada bir qol vurub. oxu.az

Cüdoçumuz Belarusda çempion oldu

Belarusun paytaxtı Minsk şəhərində cüdo üzrə Avropa açıq çempionatına yekun vurulub. ARANTV.AZ  bildirir ki, trend-in Gənclər və İdman Nazirliyinə istinadən verdiyi məlumata görə, beynəlxalq turnirin ikinci günü millimiz üçün uğurlu olub. 100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Elmar Qasımov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cüdoçumuza Minsk turnirinin qızıl medalı […]

3 qızıl medal qazanan gimnastımız: “Həmişə birinci yeri tutmağa çalışacağam”

“Bakıda keçirilən bədii gimnastika üzrə “GymBala” adlı beynəlxalq turnirdə qazandığım qələbəni məşqçimə həsr etmək istəyirəm”. ARANTV.AZ  xəbər verir ki, bunu Trend-ə turnirdə 2011-ci il təvəllüdlü gimnastlar arasında sərbəst, halqa ilə hərəkətlər və çovnövçülük yarışında qalib olan “Ocaq Sport” klubunun nümayəndəsi Azadə Atakişiyeva deyib. O, Milli Gimnastika Arenasında ilk dəfə çıxış etdiyini bildirib: “Bura çox xoşuma […]

Məmmədyarov supertunirə qələbə ilə başladı

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində keçirilən şahmat üzrə Sinkfild superturnirinə qələbə ilə başlayıb. ARANTV.AZ-ın məlumatına görə, Məmmədyarov ilk turda ağ fiqurlarla amerikalı Uesli Soya qalib gəlib. Hazırda həmyerlimiz turnir cədvəlində rusiyalı Sergey Karyakini məğlub edən erməni Levon Aronyanla 1-2 yerləri bölüşdürür. Qeyd edək ki, turnirdə həmçinin Maqnus Karlsen (Norveç), Fabiano Karuana, Hikaru Nakamura (hər ikisi ABŞ), Aleksandr Qrişuk (Rusiya), Maksim Vaşye-Laqrav (Fransa), Vişvanatan Anand (Hindistan) iştirak edirlər. Ş.Məmmədyarovun növbəti rəqibi […]

Dünya və Avropa çempionları Qazaxa gedib

Bu ilin oktyabr ayında Macarıstanda keçiriləcək Dünya çempionatında iştirak edəcək Azərbaycan Respublikasının sərbəst güləş üzrə Olimpiya Milli yığma komandası yarışla əlaqədar təlim-məşq toplantıları davam edir. ARANTV.AZ xəbər verir ki, Dünya və Olimpiya çempionatlarının mükafatçılarından Hacı Əliyevin, Şərif Şərifovun, Cəbrayıl Həsənovun və başqalarının yer aldığı təlim-məşq toplantılarına ümumilikdə 40 idmançı qatılıb. Federasiyadan bildirilir ki, məşqlərə böyük […]

“Qarabağ”-“Şerif” matçının başlama vaxtı bəlli oldu

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində qarşılaşacaq “Qarabağ”-“Şerif” matçı avqustun 23-də, Bakı vaxtı ilə 21:00-da başlayacaq. ARANTV.AZ  xəbər verir ki, oyun Moldovada, “Şerif” İdman Kompleksinin stadionunda baş tutacaq. Cavab oyunu bu ayın 30-da Bakıda – Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. oxu.az

Zabit Səmədov muay-tay çempionu Bris Quidona qalib gəlib

Azərbaycanlı K-1 döyüşçüsü, kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu olmuş Zabit Səmədov muay-tay üzrə fransalı çempion Bris Quidon ilə qarşılaşıb. ARANTV.AZ  Report-a istinadən xəbər verir ki, əvvəllər tanınmış K-1 döyüşçüsü olmuş 2 metr boya malik fransalı ilə döyüş avqustun 16-da Çeçenistan paytaxtı Qroznıda baş tutub. Döyüş Çeçenistanın ilk prezidenti Əhməd Hacı Kadırovun doğum gününə […]

Şəhriyar Məmmədyarov “Grand Chess Tour”da üçüncü oldu

ABŞ-ın Sent-Luis şəhərində keçirilən “Grand Chess Tour 2018” seriyasının üçüncü mərhələsi – “Saint Louis Rapid & Blitz” turniri Hikaru Nakamuranın qələbəsi ilə başa çatıb. Blits üzrə yarışların ikinci dövrəsində amerikalı şahmatçı 9 mümkün xaldan 5,5 xal toplayıb və bununla da topladığı xalları 22,5-ə çatdırıb. Nakamura onu izləyən Maksim Vaşye-Laqravı 1 xal üstələyib. ARANTV.AZ  xəbər verir […]